Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirov zavod
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. == Tarix == === 1920—1991 === 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Dağlarda Zavod (1962)
Fabrik-zavod rayonu
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Kirov zavodu
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Peyk zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. == Fəaliyyət sahələri == "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalı Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. == Texnoloji imkanları == Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi; Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
Dağlarda zavod (film, 1962)
Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Gəncə Maşınqayırma Zavodu
"Gəncə" Maşınqayırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Gəncə Maşınqayırma zavodu Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 11 avqust 1977-ci il tarixli 44 nömrəli Qərarı ilə SSRİ radiosənayesi nazirinin 21 oktyabr 1977-ci il tarixli 442 nömrəli əmri əsasında 1984-cü ildən inşa olunmağa başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 160 nömrəli Fərmanına əsasən Gəncə Maşınqayırma zavodu "Azəriqaz" Dövlət şirkətinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanına əsasən zavod Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
Kama Avtomobil Zavodu
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Kaunas avtobus zavodu
Kaunas Avtobus Zavodu (lit. Kauno autobusų gamykla, KAG) — Litvanın Kaunas şəhərində mövcud olmuş avtobus zavodu. == Tarixi == Litvanın paytaxtı olmuş Kaunasda 1930-cı illərdə Amerikan şikətlərinə (Ford, Chevrolet, Autocar və s.) aid şassilər üzərinə avtomobil. İlk əvvəllər bu avtobuslar balaca və primitiv idilər ancaq illər ötdükcə təcrübə artırdı. Artıq dövrünün tələblərinə cavab verə biləcək avtomobillər hazırlanırdı. On illiyin sonunda vaqon tipli avtobuslar Mercedes-Benz dizel mühərriki ilə alman şassiləri əsasında hazırlanmışdır. Bütün işlər əsasən iki müəsisədə gedirdi: "Amerika Litvalıları Səhmdar Cəmiyyəti" təmir emalatxansı və Kaunasın Şansi rayonunun Avtobus parkı emalatxanası. Bu müəssisələrin əsasında isə Kaunas Avtobus zavodu meydana gəlmişdi İkinci dünya müharibəsinin somnlarına yaxın Litvada artıq fəaliyyətdə olan bir dənə də olsun avtobus qalmamışdır. Əhalinin daşınması məqsədi ilə yük maçınlarından istifadə edilir və ya Vermaxtın avtobusları təmir edilərək istifadə edilirdi. Üstəli Şərqi Prussiya ərazisinə reydlər təşkil edilərək burada olan avtobuslar təmir edilərək Litvalıların istifadəsinə verilirdi.
Kazan Vertolyot Zavodu
"Kazan Vertolyot Zavodu" (tam adı "Kazan Vertolyot Zavodu" Açıq Səhmdar Cəmiyyəti) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində fəaliyyət göstərən istehsalat müəssisəsi. == Tarixi == Zavod 1940-cı ildən fəaliyyət göstərir. == Fəaliyyəti == Burada müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, eləcə də müdafiə sahəsində istifadə olunan vertolyotlar, "KamAZ" avtotexnikası, avtobuslar və s. istehsal edilir. Zavodun istehsal etdiyi məşhur Mi-17, Mi-38, müasir tipli "Aktay", "Kazan", "Ansat", "Ansat-U" vertolyotların əsas xüsusiyyətləri yüksək etibarlılıq və təhlükəsizlikdir. == Rəhbərləri == İ.V.Fedin (1941—45) M.P.Semyonov (1945—48) V.P.Maksimov (1948—61) F.S.Aristov (1961—75) V.Y.Bivoyno (1975—83) A.P.Lavrentyev (1984—2007) V.A.Liqay (2007-ci ildən) == Rəsmi qonaqları == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 24 iyun 2011-ci ildə "Kazan Vertolyot Zavodu" ASC ilə tanış olmuşdur.
Kömür Qazı Zavodu
Kömür Qazı Zavodu və ya Qazxana kömür qazı qaz istehsalı üçün nəzərdə tutulmuş sənaye zavodu və anbar sahəsidir. Daş kömürünün yüksək temperaturda distillə edilməsi nəticəsində əldə edilən kömür qazı XIX əsrdə işıqlandırma məqsədilə istifadə edilmişdir. Yeni işıqlandırma texnologiyalarının inkişafı ilə bərabər kömür qazı zavodları da öz funksiyalarını itirmişdir. == Tarix == Kömürdən məişət yanacağı kimi istifadə olunmağa XVI əsrin sonlarından başlanmış və kömürün içindən yanan qaz çıxdığı və buna da kömürün yanması zamanı yaranan alovun səbəbi olduğu müşahidə edilmişdir. XVIII əsrin sonunda Belçikada yaşayan Minckelaers adlı bir əczaçı tərəfindən kömürün sobada yanarkən şiddətli bir parıltı verdiyi kəşf edilmişdir. Bundan sonra kömür qazının (hava qazının) işıqlandırma məqsədilə yandırılması ilə bağlı müxtəlif tədqiqatlara başlanılmışdır. İngiltərədəki Boulton and Watt firmasında mühəndis olaraq çalışan William Murdoch, bu qazın partlama və parıltı kimi xüsusiyyətləri olduğunu meydana çıxarmışdır. Merdok böyük bir anbarda yığdığı qazı yandırsa da heç bir partlayış olmadığını müşahidə etdikdən sonra qazın işıq əldə edərək şəhəri işıqlandıra biləcəyi fikrini irəli sürmüşdür. 1804-cü ildə Boulton və Watt firması qaz əldə etmək üçün istifadə edilən retortlar istehsal etməyə başladı. Müxtəlif xüsusi tikililərin və ərazilərin işıqlandırılması üçün kömür qazından istifadə olunurdu.
Minsk Avtomobil Zavodu
"Minsk avtomobil zavodu" (belar. Мінскі аўтамабільны завод) — "BELAVTOMAZ" holdinqinin idarə etdiyi şirkət. SSRİ və Belarus avtomobil şirkəti. Əsasən iri tonnajlı yük avtomobilləri, avtobuslar və trolleybusların istehsalını həyata keçirən zavod. MAZ ticarət markası keçmiş sovet ölkələrində və dünyanın bir çox regionlarında tanınır. MAZ avtomobilləri dünyanın 45 ölkəsinə ixrac edilir. 1990-cı illərdə yaşanan problemlərdən sonra şirkət yenidən əvvəlki səviyyəsinə qayıda bilmişdir. «BELAVTOMAZ» holdinqinə Baranoviç avtoaqreqat zavodu, Osinoviçi, Jodino, Cerjinsk, Qrodnenskimexanika zavodu kimi müəssisələr daxildir. Minsk avtomobil zavodu 400-dən artıq model, modifikasiya və komlektasiya buraxmışdır. 2016-cı ilin II rübünə görə açıq mühasibat uçotu ilə Belarusda ən zərərsiz müəssisə olmuşdur.
Azərbaycanda zavod və fabriklər (siyahı)
Azərbaycanda zavod və fabriklər (siyahı) == Xarici keçidlər == "AAС" MMC “Abşeron-Şərab” ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC APS Energia Group "ARGROUP CONSTRUCTION SERVICES"' ATEF “Avia-Aqreqat zavodu” MMC “Fortis Group” Ana səhifə "AZBORU" MMC Plastik boru zavodu “AZƏRGLASS” "Bakı Polimer İstehsalat” MMC Azertexnolayn MMC “Azkontakt MMC” Azneftkimyamash “Azon zavodu” MMC “Azərtütün” MMC Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib, kapitalı kəskin artırılıb Heydər Əliyev adına Bakı neft emalı zavodu Bunyad Sərdarov Adına Maşınqayırma zavodu “Baki Cihazqayırma zavodu” MMC Bakı Fəhləsi Maşinqayirma zavodu “Baki NQMA zavodu” TASC Bakı Şampan Şərabları Zavodu Bakı tekstil fabriki “Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu” ASC Carlsberg Azerbaijan "Cahan Holdinq" “Təcrübə-Sənaye Zavodu” MMC Etilen-Polietilen Zavodu Glass House “Gədəbəy Mineral Suları” Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayır “Gəncə Xalça Kombinatı” özəlləşdirilir https://www.mdi.gov.az/az/muessiseler-4/gence-masinqayirma-zavodu-mmc-26 Holcim Azərbaycan ASC Inter Glass ASC “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC Qafqaz Konserv Zavodu Karbon Qazı Zavodu.
Azərbaycandakı zavod və fabriklərin siyahısı
Azərbaycanda zavod və fabriklər (siyahı) == Xarici keçidlər == "AAС" MMC "Abşeron-Şərab" ASC "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC APS Energia Group "ARGROUP CONSTRUCTION SERVICES"' ATEF "Avia-Aqreqat zavodu" MMC "Fortis Group" Ana səhifə "AZBORU" MMC Plastik boru zavodu "AZƏRGLASS" "Bakı Polimer İstehsalat" MMC Azertexnolayn MMC "Azkontakt MMC" Azneftkimyamash "Azon zavodu" MMC "Azərtütün" MMC Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib, kapitalı kəskin artırılıb Heydər Əliyev adına Bakı neft emalı zavodu Bunyad Sərdarov Adına Maşınqayırma zavodu "Baki Cihazqayırma zavodu" MMC Bakı Fəhləsi Maşinqayirma zavodu "Baki NQMA zavodu" TASC Bakı Şampan Şərabları Zavodu Bakı tekstil fabriki "Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu" ASC Carlsberg Azerbaijan "Cahan Holdinq" "Təcrübə-Sənaye Zavodu" MMC Etilen-Polietilen Zavodu Glass House "Gədəbəy Mineral Suları" Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayır "Gəncə Xalça Kombinatı" özəlləşdirilir https://www.mdi.gov.az/az/muessiseler-4/gence-masinqayirma-zavodu-mmc-26 Holcim Azərbaycan ASC Inter Glass ASC "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC Qafqaz Konserv Zavodu Karbon Qazı Zavodu.
Gəncə Çini qablar zavodu
Gəncə Çini qablar zavodu — Gəncə şəhərində fəaliyyət göstərmiş çini istehsal müəssisəsi. 1970-ci illərin əvvəllərində açılan Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb. O vaxtlar çini qablara tələbat böyük olduğundan bu zavod sosialist ölkələrinə də çini qablar satırdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır. 1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. == Tarixi == Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Kosmik Cihazqayırma Təcrübi Zavodu
«Kosmik Cihazqayırma Təcrübi Zavodu» Azərbaycan Milli Aerokosmik Agentliyi nəzdində 1987-ci ildə təşkil olunan, məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisə. == Fəaliyyətlər == Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış texniki və texnoloji sənədlər əsasında elmi tədqiqat üçün avadanlıqlar hazırlayır. hazırlayır. MAKA-ya elmi təcrübi sınaq işləri üçün verilmiş cihaz və komplekslər "Salyut" və "Mir" kosmik gəmilərində kosmosun tədqiqində, kosmosdan yeraltı və yerüstü sərvətlərin aşkar edilməsində o cümlədən, "Çernobıl" AES-də baş vermiş qəzanın aradan qaldırılmasında istifadə edilmişdir. == Bölmələri == Mexaniki emal və qeyri-standart avadanlıqlar bölməsi. Elektronika bölməsi. Mikroelektronika bölməsi.
Leytenant Şmidt Adına Zavodda Əməyin Təhlükəsizliyi (1961)
Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
Mil Moskva Helikopter Zavodu
Mil Moskva Helikopter Zavodu (rus. Московский вертолётный завод им. М.Л. Миля) baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir. Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır. == Tarixi == 1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur. Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur. 2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan Kamov və Rostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu. == İstehsalat == Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır: Mil Mi-1 Mil Mi-2 Mil Mi-4 Mil Mi-6 Mil V-7 Mil Mi-8 Mil Mi-10 Mil Mi-12 Mil Mi-14 Mil Mi-24 Mil Mi-26 Mil Mi-28 Mil Mi-34 Mil Mi-38 == Həmçinin bax == Mixail Mil Helikopter == İstinadlar == == Xarici keçidlər == Сайт вертолётов МИ LTd «Helitage» Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine Московский вертолётный завод имени М. Л. Миля.
Minsk Traktor Zavodu
«Minsk Traktor Zavodu» Açıq Tipli Səhmdar Cəmiyyəti — Belarusda traktor istehsal edən müəssisə. Kənd təsərrüfatı texnikasının istehsalına görə dünyada ilk səkkizliyə daxildir. Müəssisə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Belarusun bir çox təltiflərinə layiq görülmüşdür. «Minsk Traktor Zavodu» 29 may 1946-cı ildə təşkil edilmişdir. 2013-cü ilə olan məlumata görə burada 21 min insan çalışır. Zavodda buraxılan traktorlar həm təkərli həm də tırtıllı variantlara sahibdir. 2008-ci ilə olan məlumata görə burada 3,7 mln traktor hazırlanmışdır ki, onun 2,6 mln dünyanın yüzdən çox ölkəsinə ixrac edilmişdir. Burada 62 növ müxtəlif maşın istehsal edilir. Traktorların böyük qismi dizel mühərtikləri ilə təmin edilir. Onlarda Minsk Motor Zavodunda istehsal edilir.
N1 Gilan Çörək Zavodu
Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu və ya qısaca NAZ – 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodu. == Tarixi == Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir. == İstehsal == Zavodda "Lifan" modellərinin yığılmasını həyata keçirilir. Zavodun "NazLifan" brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. 2019-cu ilə olan məlumata görə, 2010-cu ildən bəri "NazLifan" cəmi 5 minə yaxın avtomobil buraxmışdı.
Naxçıvan Elektrotexnika Zavodu
Naxçıvan Elektrotexnika Zavodu- (1961 -ci il) elektrotexnika sənayesi müəssisəsi. == Tarixi == Naxçıvan Radiotexnika məmulatları zavodu adı ilə 1961-ci ildə yaranmış və 1965-ci ildən indiki adını daşıyır. 1961-1965-ci illərdə müxtəlif radiotexniki hissə və məmulatlar istehsal edilmişdir. Həmin dövrdə zavodda 40 nəfərədək işçi çalışmışdır. Zavod 1965-ci ildən lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatların istehsalına başlamış və 1977-ci ilədək bu məmulatlar zavodun istehsal etdiyi yeganə məhsul olmuşdur. 1977-ci ildən bu məhsulların istehsal həcminin artırılması ilə bərabər, elektrik-quraşdırıcı məmulatların və sənaye işıqlandırıcılarının istehsalı və mənimsənilməsinə də başlanmışdır. == İstehsalı == 1965-1982-ci illər ərzində bu məhsulun konstruksiyasında və istehsal texnologiyasında 5 dəfə ciddi dəyişikliklər aparılmışdır. 1989-cu ildə zavodun ümumi məhsulunun 87,6%-ni lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatlar, 5,6%-ni tikiş maşınları üçün işıqlandırıcılar, 0,3%-ni k. t. üçün işıqlandırıcılar, 6,5%-ni müxtəlif elektrik quraşdırıcı məmulatların istehsalı təşkil edirdi.
Naxçıvan Kərpic Zavodu
Naxçıvan Kərpic Zavodu - 1925-ci ildə istifadəyə verilmişdir. Bu zavod həmin vaxt ildə 3 milyon ədəd kərpic buraxmaq gücünə malik idi. == Kürə kompleksi == Zavod hər kamerası 9 mindən 12 min ədədə qədər kərpic tutan 16 kameralı Hofman kürəsi ilə təchiz edilmişdir. Naxçıvan Kərpic Zavodunun kürə kompleksi 1911-ci ildə alman mühəndisi Hofmanın lahiyəsi əsasında tikilmişdir. Kürə kompleksi 2 mərtəbədən və hündürlüyü 38 metr, başlanğıc dia metri 3,76 metr, qurtaracaqda isə 2 metr olan ekologiyaya zərər vuracaq his-pas buraxmadan işləyən bir konsvari qüllədən ibarətdir. Kürə vasitəsilə hər dövretmə ərzində 240 min ədəd keyfiyyətli kərpic istehsal etmək mümkündür. Hofman kürəsində istənilən ölçüdə kərpic bişirmək olar. Hazırda isə burada 20x20x4 sm olan dördkünc kərpic, 20x10x4 sm olan yerli və 25x16x6 sm olan rus kərpic formatlı məmulat istehsal olunur ki, qədim abidələrdə bərpa və yenidənqurma məqsədilə bu kərpiclərdən geniş istifadə olunur. == Binası == Kərpic zavodunun binası öz ilkin quruluşunu saxlamışdır. Planda kəllə divar yarımdairəvi formada həll edilmişdir.
Naxçıvan şüşə qablar zavodu
Naxçıvan şüşə qablar zavodu- Şüşə sənayesi müəssisəsi. == Ümumi məlumat == 1979-cu ildə istifadəyə verilmişdir.1983-cü ildən qaz yanacağı ilə işləyən zavod istehsal həcmini artırmış və nəticədə 1986-cı ildən başlayaraq ildə 60 milyona qədər butulka istehsal etmişdir.1992-ci ilin iyulunadək zavodda 440 milyona qədər butulka istehsal edilmişdir.İlk fəaliyyəti dövründə 450-500 nəfər fəhlə və qulluqçu işləmişdir.Zavodun ümumi tikililərinin sahəsi 3.5 hektar,tam ərazisi isə 12 hektardır.Əsas istehsal növü 0.5 litrlik butulka məhsuludur.Zavodun istehsal gücü ildə 60 milyon ədəd 0.5 litrlik butulka üçün nəzərdə tutulub.Zavodda əsas istehsal prosesi ilə yanaşı,2005-ci ildən etibarən transformator yarımstansiyaları üçün təcridedicilər (izolyatorlar),müxtəlif çeşidli məişət qabları və keramika məmulatları istehsal olunur.
Nobelin zavodları (film, 1908)
Nobelin zavodları — 1908-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ordubad Konserv Zavodu
Ordubad Konserv Zavodu — 1930-cu ildə istifadəyə verilmiş və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən yeyinti sənaye müəssisəsi. == Tarixi == Ordubad Konserv Zavodu 1928-1930-cu illərdə tikilib istifadəyə verilmişdir. Sahəsi 3 hektara yaxındır. Zavodun ilkin gücü ildə 400 min şərti banka (1 şərti banka 400 qram konserv məhsulu deməkdir) olub. Zavod işə başlayanda, əsasən ət konservləri, müxtəlif mürəbbələr və halva məhsulları istehsal edib. Ət konservlərinə tələbat azaldığından həmin məhsulun istehsalı dayandırılıb. 1970-1980-ci illərdə zavodda 20 adda müxtəlif konserv məhsulları (qoz, qızılgül, qovun, ərik, gilənar, tut mürəbbələri, cem, şirələr, ərik və şaftalı kompotları və s.) buraxılıb, olardan 8-i keyfiyyət nişanı alıb. Məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapmışdı. Naxçıvan MR-ın blokada şəraitinə düşməsi ilə əlaqədar zavodda işin ahəngi tədricən azalmışdır.
S.M.Budennoqo adına zavod FK
Semyon Budyonnı tərəfindən əsası qoyulan sərnişin elektrovoz zavodunun işçiləri tərəfindən Bakıda əsası qoyulan futbol klubu. 1954-cü ildə kollektiv Azərbaycan SSR çempionu adını qazanmış, 1955-ci ildə gümüş 1956-cı ildə bürünc medala yiyələnmişdilər.
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. 2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub.
"Peyk" zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. == Fəaliyyət sahələri == "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalı Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. == Texnoloji imkanları == Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi; Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
"Radioquraşdırma" zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
"Telemexanika" zavodu
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Şirvan şəhərində yerləşir. == Tarixi == "Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır. 1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir. 1991-ci ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir. 2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır. Hadisə qısaqapanma nəticəsində baş verib.
Alov zavodu
Alov zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İskra" zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İskra" zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən "İskra" zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2008-ci ildən "Alov" zavodu adı altında fəaliyyət göstərir.
Azon zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. 2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub.
Radioquraşdırma zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
Seqelski zavodu
Seqelski zavodu (pol. H. Cegielski — Poznań S.A.) — Polşanın Poznan şəhərində yerləşən maşınqayırma şirkəti. == Tarixi == Şirkət 1846-cı ildə Hipolit Seqelski tərəfindən qurulmuşdur. Şirkətin ilk işi əvvəlcə metal emalı ilə olmuşdur. 1849-1855-ci illərdə müəssisə kənd təsərrüfatı cihazlarının təmiri ilə məşğul idi. 1855-ci ildə genişləndirməyə ehtiyac olduğu üçün (müəssisə Bazar Otelin yaxınlığında yerləşirdi) şəhərin başqa bir küçəsinə - Kozaya (Koziç) köçürüldü. Təmirdən əlavə şirkət kənd təsərrüfat texnikaları istehsalına başlayır. Bunun nəticəsində şirkət dahada böyüyür. Artıq daha geniş əraziyə ehtiyac duyur. 1859-cu ildə şirkət Arujeynaya küçəsinə köçür.
Telemexanika zavodu
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Şirvan şəhərində yerləşir. == Tarixi == "Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır. 1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir. 1991-ci ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir. 2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır. Hadisə qısaqapanma nəticəsində baş verib.
Gəmiqayırma zavodu
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. == Tarix == Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Katod
Katod (yunanca χάθοδος - aşağıya hərəkət) — məbənin mənfi qütbü (qalvanik elementin, elektrik batareyası və s.) və ya cərəyanın mənfi qütbünə qoşulmuş hər hansı bir qurğunun elektrodudur. Elektroliz prosesi zamanı (məhluldan elementlərin alınması və onların sabit elektrik cərəyanı altında əriməsi) katod mənfi qütbdür, onun üzərində metalın bərpası baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir. == Mənbə == Qarayev, Z. Qeyri-üzvi kimya. Bakı: Maarif, 1983, 436s.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Zalov
Zalov — Azərbaycan soyadı. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi Qəhrəmanı. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.