RƏVAN

I
прил. плавный, неторопливый, размеренный, ровный (о речи). Rəvan şeir плавный стих, rəvan nitq плавная речь, rəvan səslə ровным голосом
II
нареч. плавно, размеренно, ровно, неторопливо. Rəvan danışmaq плавно говорить; yoluna rəvan olmaq отправляться в путь, направляться, пуститься в дорогу
RƏVACLIQ
RƏVANBƏXŞ
OBASTAN VİKİ
Rəvan Alxaslı
Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri. Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir. 2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.
Rəvan Bünyadlı
Rəvan Cabbarov
Rəvan Daşdəmirov
Rəvan FK
"Rəvan" futbol klubu — Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.
Rəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Rəvan Lətifov
Rəvan Məmmədov
Rəvan Nurayev
Rəvan Qafarov
Rəvan Quliyev
Rəvan Qəfərov
Rəvan Rəhimov
Rəvan Rəhimov (tam adı: Rəvan Abdullətif oğlu Rəhimov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. Rəvan Abdullətif oğlu Rəhimov – 28.06.1980-cı il tarixində Azərbaycan Respublikasının İsmayıllı rayonu Qalacıq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Qalacıq kənd orta məktəbini bitirmiş və Bakı Dövlət Universitetinin "kimya" fakültəsinə daxil olmuşdur, 2001-ci ildə bakalavr təhsilini aldıqdan sonra həmin Universitetin "Yüksək Molekullu Birləşmələr" kimyası ixtisası üzrə magistraturasına qəbul olunmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycam Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv maddələr və preparatlar" laboratoriyasında prof. Z.H.Əsədovun rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. 2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olmuş və 2007-ci ildə "Çoxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Sintez edilmiş birləşmələr benzinin buxarlanmasını ləngidərək rezervuarlarda baş verən itkilərin azalmasında, ekoloji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. 2008-ci ildən elmi fəaliyyətini kiçik elmi işçi, 2008-ci ildən elmi işçi, 2010-cu ildən böyük elmi işçi, 2013-cü ildən aparıcı elmi işçi kimi vəzifəsini davam etdirmişdir. 2011 və 2014-cü illərdə R.A.Rəhimovun tədqim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc Alim və mütəxəssislərin qrant müsabiqələrinin qalibi olmuşdur.
Rəvan Sığorta
Rəvan Tohidoğlu
Rəvan Tohid oğlu Səmədov (13 dekabr 1983, Bakı) — azərbaycanlı yazıçı, hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014). Rəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb, elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb.
Rəvan Şahmuradov
Rəvan Əhmədov
Rəvan Əliyev
Rəvan Bakı FK
"Rəvan" futbol klubu — Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov (əsgər)
Rəvan Məlikov (şəhid)
Rəvan Məlikov
ASC Rəvan Sığorta
Mir Məhəmməd (Rəvandüzlü)
Mir Məhəmməd, Rəvandüzlü Məhəmməd bəy, Rəvandüzlü Məhəmməd Paşa ya da Kor Əmir (gözlərində problem olduğu üçün) XIX əsrdə Osmanlı İmperiyasında bir kürd üsyançısıdır. Bu gün İraq Kürdüstanı Ərbil vilayətinə bağlı olduğu Rəvandüz şəhərindən olduğu üçün İraqda Rəvandüzlü Məhəmməd adlanır. 19-cu əsrdə kürd qiyamlarında iştirak etmişdir. 1816-1836-cı illərdə Rəvandüzdə mərkəzliyində Soran Əmirliyini qurulmuş. Ancaq bölgədəki bəzi kürd liderləriylə düşmənçiliyi olduğu bilinir. Osmanlılar tərəfindən tutuldu və öldürüldü.
Rəvan FK-ın rekordları
Rəvan FK — Bakı şəhərini təmsil edən peşəkar Azərbaycan futbol komandasıdır. Bu siyahıda klubun Azərbaycan Premyer Liqasında oyunçaları tərəfindən qeydə alınmış rekordları və qeydləri əhatə edir. Bu siyahıda həmçinin klubun bombardirləri ilə, ən çox oyunda meydana çıxanlarla tanış olmaq mümkündür. 17 may 2014 məlumatlarına əsasən. Siyahıya ən azı 50 rəsmi oyun keçirən futbolçular daxil edilmişdir. Mötərizədə isə vurduğu qollar qeyd olunmuşdur. 17 may 2014 məlumatlarına əsasən. Oyunların sayı, mötərizədə isə qolların sayı göstərilmişdir. Qələbə rekordu: 6–2 Turan Tovuz ilə, 2012-13 Azərbaycan Premyer Liqası, 30 Mart 2013 Liqada qələbə rekordu: 6–2 Turan Tovuz ilə, 2012-13 Azərbaycan Premyer Liqası, 30 Mart 2013 Azərbaycan Kubokunda qələbə rekordu: 5–2 Qaradağ ilə, 4 Dekabr 2013 Səfərdə qələbə rekordu: 6–2 Turan Tovuz ilə, 2012-13 Azərbaycan Premyer Liqası, 30 Mart 2013 Evdə qələbə rekordu: 5–1 Kəpəz ilə, 2011-12 Azərbaycan Premyer Liqası, 28 Aprel 2012 Məğlubiyyət rekordu: 0–5 v Bakı, 2013-14 Azərbaycan Premyer Liqası, 18 Avqust 2013 Liqada məğlubiyyət rekordu: 0–4 v Bakı, 2013-14 Azərbaycan Premyer Liqası, 18 Avqust 2013 Səfərdə məğlubiyyət rekordu: 0–5 v Bakı, 2013-14 Azərbaycan Premyer Liqası, 18 Avqust 2013 Azərbaycan Kubokunda məğlubiyyət rekordu: 0–5 v Xəzər Lənkaran, 2-ci dövrənin 1/4 mərhələsi, 7 Mart 2013 Evdə məğlubiyyət rekordu: 3–5 v AZAL, Azərbaycan Premyer Liqası, 14 May 2013 Premyer Liqada bir mövsümdə ən çox qol vurma: 46 – 2012–13 Premyer Liqada bir mövsümdə ən az qol vurma: 30 – 2013-14 Premyer Liqada bir mövsümdə ən çox qol buraxma: 53 – 2012–13 Premyer Liqada bir mövsümdə ən az qol buraxma: 22 – 2013-14 Bir mövsümdə ən yüksək xal: 41 32 oyuna, Azərbaycan Premyer Liqası, 2011–12 Bir mövsümdə ən aşağı xal: 22 38 oyuna, Azərbaycan Premyer Liqası, 2013–14 4 fevral 2014 məlumatlarına əsasən.

Значение слова в других словарях