Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Günay Ağakişiyeva
Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır. == Karyerası == Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır. 2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı.
Günay Kazımzadə
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi. == Haqqında == Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir. Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.
Günay Məmmədzadə
Günay Vüqar qızı Məmmədzadə (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür. Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır. 2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Günay İbrahimli
Günay Xəlil qızı İbrahimli (10 fevral 1991, Füzuli) — azərbaycanlı müğənni. Günay İbrahimli Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur. 2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.
Günay Əhməd
Ərtoğrul Günay
Ərtoğrul Günay (türk. Ertuğrul Günay; — 1 mart 1948, Ordu) — Türkiyəli hüquqşünas, siyasətçi, iki dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 2007–2013-cü illərdə Türkiyənin Mədəniyyət və Turizm naziri. 1992–1994-cü illər arasında Cümhuriyyət Xalq Partiyasında baş katib vəzifəsini icra etmişdir. 2004-cü ildə CHP-dən qovulmuş və 2007-ci ildə Ədalət və İnkişaf Partiyasına keçmişdir. Elə həmin il keçirilən ümumi seçkilərdə bu partiyadan millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 60 və 61-ci Hökumətlərində Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışmışdır. 2013-cü ilin sonunda 17 dekabr istintaqında alınan bəzi qərarları əsas gətirərək Ədalət və İnkişaf Partiyasından istefa vermişdir. Ərtoğrul Günay 1 Mart 1948-ci ildə Ordu şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1977-ci ildə ən gənc deputat olaraq Cümhuriyyət Xalq Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir.
Günay Rzayeva
Günay Tapdıq qızı Rzayeva (29 yanvar 1990, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən). == Həyatı == Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. == Təhsili == 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. == Fəaliyyəti == 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Günay Əhmədova
Günay İsmayılova
Günay İsmayılova (8 Mart 1998, ?, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun və Azərbaycanın qadınlardan ibarət milli yığmasının qapıçısı == Həyatı və Karyerası == Günay İsmayılova 8 mart 1998-ci ildə anadan olub. Qapıçıdır. İlk klubu Bakının "Fidan" klubu olmuşdur. 2014-cu ildə U19 Qızlar Liqasının ən yaxşı oyunçusu seçildi. O, "Fidan" klubumda 2017-ci ilə qədər çıxış edib. 2017-ci ildə isə, Azərbaycan mediasında böyük səs-səda salaraq, Türkiyənin "Beşiktaş" klubuna transfer olub. 6 Aylıq müqavilə başa çatdıqdan sonra, 2018-ci ildə "Kireçburnu spor" klubunda forma geyinib. 2023-cü ildə Türkiyənin "Amedspor" klubunda çıxış edirdi. 2023-cü ildən etibarən isə Bakının "Neftçi" klubunda forma geyinir.
Günay Ağamalı
Günay Fəzail qızı Ağamalı ( ) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən seçilmiş deputat. Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri. == Həyatı == == İstinadlar == == Xarici keçidlər == "Fəzail Ağamalı yox, qızı namizəd olacaq". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
Günay Əfəndiyeva
Günay Əfəndiyeva — Azərbaycanlı ictimai-siyasi xadim, Milli Məclisinin deputatı, diplomat, Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi. Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti (2015-2023) == Həyatı == Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olmuşdur. 1991-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirmişdir. 1997-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla həkimlik ixtisası ilə bitirmişdir. 1997-1998-ci illərdə Bakı şəhəri Respublika Diaqnostika Mərkəzində fuksional diaqnostika üzrə internatura keçmişdir. Ailəsi Azərbaycanın görkəmli yazıçısı Azərbaycan Respublikasının xalq yazıçısı Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini Elçin Əfəndiyevin qızıdır Azərbaycanın görkəmli yazıçısı Azərbaycan Respublikasının xalq yazıçısı İlyas Əfəndiyevin nəvəsidir. Sənətşünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi Timuçin Əfəndiyevin qardaşı qızıdır. Tanınmış hüquqşünas,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyevanın bacısıdır == İş fəaliyyəti == 2004-2008-ci illərdə Azərbaycan Respublikasının İstanbul Baş konsolosluğunda vitse-konsul, konsul vəzifələrində çalışaraq başlamışdır. 2009-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə AR Milli Komissiyasının birinci katibi, müşaviri, baş katibi vəzifələrində çalışmışdır. 2015-ci ilin 11 sentyabr tarixində Türk Şurasının (Türk Dövlətləri Təşkilatı) Dövlət Başçılarının Astana zirvə görüşü zamanı qəbul etdikləri qərəra əsasən Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunmuş, 2023-cü ilin noyabr ayına qədər bu vəzifədə çalışmışdır.
Aşıq Günay Ulduz
Aşıq Günay Ulduz (Günay Murad oğlu Ulduz; 1954, Türkiyə) — Türk aşıq. == Həyatı == Aşıq Günay Ulduz 1954-cü ildə Türkiyənin Arpaçay qəzasının Qaraxan kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndində, orta təhsilini və liseyi isə Qars Alpaslan Liseyində bitirmişdir. Aşıqlıq sənətinə və şeirə bağlılığı kiçik yaşlarından başlamış və liseydə oxuyarkən şeir yazmağa, aşıqlığı öyrənməyə başlamışdır. Bir neçə il atası Qaraxanlı Aşıq Murad Ulduza şəyirdlik edərək bu sənəti ondan yetərincə öyrənmişdir. Xüsusilə liseydə oxuduğu illərdə iştirakçısı olduğu aşıq məclislərində özünü daha da tanıtdırmışdır. Liseyi bitirdikdən sonar Hocattəpə Universitetinin sosial biliklər fakültəsinin arxeoloji ixtisasına qəbul olmuşdur. 2 il burada təhsil aldıqdan sonra aşıqlıq sənətinə bağlılığına görə və ailə başçısı olduğuna görə universiteti tərk etmişdir. Bir il doğma kəndində müəllim işlədikdən sonra aşıq araşdırıcısı və tədqiqqatçısı kimi fəaliyyətə başlamışdır. Şeirləri müxtəlif araşdırmalarda yer alan Günay Ulduz 1971-ci ildən bu günə qədər bir çox yarışmalara və şənliklərə qatılmış, müxtəlif ordenlər almışdır.
Günay Kazımova (aparıcı)
Günay Əhmədova (həkim)
Əhmədova Günay Azadxan qızı (ing. Ahmedova Gunay Azatkhan; — Avropa Onkoloqlar Cəmiyyətinin üzvü, tibb sahəsi üzrə alim, tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq. == Həyatı == Əhmədova Günay Azadxan qızı, 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Kimya-biologiya təmayüllü respublika liseyini fərqlənmə attestatı ilə bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə yüksək balla qəbul olub. 2005-2006-ci illərdə Ümumi Cərrahiyə üzrə subordinatura, 2006-2008-ci illərdə Onkologiya üzrə internatura kursu keçib, ardınca Aspiranturada təhsilini davam etdirib. 2013-cü ildə “Sümük şişlərində angiogenez ilə metabolizmin biokimyəvi markerləri arasında əlaqənin öyrənilməsi” mövzusundakı dissertasiya işini müdafiyə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 5 fevral 2014-cü il tarixli (protokol №03-K) qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. == Elmi fəaliyyəti == 2021-2022-ci illərdə İstanbulda süd vəzi xərçəngində orqanqoruyucu cərrahiyə kursunu keçmişdir. 2022-ci ildə İstanbul Onkoloji xəstəxanasının nəzdindəki Radiologiya mərkəzində süd vəzinin USM, mammoqrafiya və MRT kursunu keçmiş, süni intellekt aparatları vasitəsilə xəstəliyə diaqnoz qoyma metodlarına yiyələnmişdir. Hal-hazırda Türkiyənin aparıcı xəstəxanaları ilə əməkdaşlıq etməklə yanaşı, aktual elmi araşdırmalar aparır.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Kəndlər Güney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə) Şəxslər Yılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Gülay Hüseynova
Gülay Zeynallı
Güney (Qaraqoyunlu)
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Güney (Xudabəndə)
Güney (fars. گوناي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (45 ailə).
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Quzay
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Gunaz tv
Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır. == Haqqında == Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir: GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür. === Prinsipləri === İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək; Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq; Fikir ayrılığına önəm vermək; İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi; İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə; Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək; Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq. === Hədəfləri === İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət; Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq; İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədilə ədalətli informasiya yaymaq; Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədilə prosesi təhlil etmək və informasiya çatdırmaq.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Dəmirqapı (Dunay)
Dəmirqapı (serb. Ђердапска клисура, rum. Porţile de Fier) — Dunay çayı yatağının Karpat və Stara-Planin dağlarının birləşdiyi yerdən keçən ensiz hissəsi. Çay qapısı adlanan bu ərazi Serbiya və Rumıniya sərhəddində, Orşov şəhərindən cənubda yerləşir. Uzunluğu 15 km, eni 162 m. olan bu ərazi Avropanın ən gözəl məkanlarından biri hesab olunur. == Təbii və tarixi-mədəni əhəmiyyəti == Çayın sağ sahilində Serbiyanın Cerdap Milli Parkı yerləşir. Dəmirqapının ən qədim yerli əhalisi romandilli valaxlar olmuş. Valaxlar heyvandarlıqla məşğul olan yarımköçəri tayfalar idi. Çayın şimal sahilində isə müasir rumınların əcdadları məskunlaşmış.