Rəvan Cəmil oğlu Alxaslı (1 yanvar 1996; Rəhimli, Ağsu rayonu, Azərbaycan — 9 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəvan Alxaslı | |
---|---|
Rəvan Cəmil oğlu Alxaslı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rəhimli, Ağsu rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Qarabağ, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Cəmil Alxaslı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətində 2016-cı ilin 1-5 aprel tarixində Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rəvan Alxaslı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuşdur. 9 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]