Rəvan İntiqam oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəvan Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Novruzallı, Cəlilabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Dəfn yeri | Novruzallı, Cəlilabad rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Rəvan İntiqam oğlu Məmmədov 1998-ci il fevralın 17-də Cəlilabad rayonunun Novruzallı kəndində anadan olub.[1]
Rəvan Məmmədov İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. O, oktyabrın 10-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində həlak olmuşdur. Rəvan Məmmədov Novruzallı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəvan Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]