SIX

sif.
1. Ağacları, budaqları, yarpaqları və s. bir-birinə çox yaxın, bitişik. Sıx meşə. Sıx kol. Sıx çəmən.
– …Dərələrində adamboyu qalxan sıx, ətirli otlar bitən bu yerləri körpəlikdən sevirdi. İ.Hüseynov.

2. Qalın, gur, yoğun. Sıx hörüklər. – Natiq sadə fəhlə paltarı geymiş, papağını əlinə almışdı.
Onun sıx saçları uzanıb boynunun ardına sarı tökülmüşdü. M.Hüseyn.
Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.

3. zərf Bir-birinə yapışmış, çox yaxın. Cərgədə sıx durmaq. Şeyləri sıx qoymaq.
// sif.zərf Bir-birindən ayrılmaz, yaxın, əlaqəli (bəzən “sıxı” şəklində işlənir). Sıx əlaqə.
– …Arasında sıx bir rabitə vardı. S.Hüseyn.

Синонимы

  • SIX 1. SIX (meşə, bağ haqqında) ..Sıx meşələr od tutaraq, qayalıqlar külə dönür (S.Vurğun); QALIN Bu yanda səfalı qalın bir orman; Yaz olsun, qış olsun, g
  • SIX qalın — yoğun
  • SIX kip — bərk — möhkəm
  • SIX qatı — qəliz
  • SIX dar — darısqal

Омонимы

  • SIX SIX I sif. Qalın. Sıx meşədir ətəklərin; Ətirlidir küləklərin (Ə.Kürçaylı). SIX II f. Əzmək, qısmaq. Söyləyin, hər yandan sıxırmı sizi; Qalın daş diva

Антонимы

  • SIX SIX – ARALI Onlar başlarını əyərək gedir, sıx ağaclar arasında dikəlib irəliləyirdilər (S.Vəliyev); Kollar çox aralıdır (İ
SIĞORTALI
SIX-SIX

Значение слова в других словарях