SƏFALILIQ
SƏFARƏTXANA
OBASTAN VİKİ
Səfəvilərin Avropa səfarəti (1599–1602)
Səfəvilərin Avropa səfarəti (1599–1602) — Şah I Abbas tərəfindən Osmanlı imperiyasına qarşı Avropadakı bəzi qüvvələr ilə müttəfiq olmaq üçün göndərilmiş diplomatik heyət. Demək olar ki, yarandıqları ilk dönəmdən etibarən Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi. Müharibə fasilələrlə bir əsrə yaxın idi ki, davam etməkdə idi. Sonuncu dəfə 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi Səfəvilər üçün ağır şərtlərlə imzalanmışdı və I Abbas itirdiyi torpaqları geri qaytarmaq barədə planlar qurmaqda idi. Heyətin qarşısında qoyulmuş ən böyük məqsəd Osmanlıya qarşı Səfəvi imperiyası ilə ittifaq bağlayacaq, onunla eyni zamanda Osmanlı imperiyasına müharibə elan edəcək qüvvələr tapmaq idi. Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi. O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu. Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu.
Səfəvilərin Avropa səfarəti (1609–1615)
Səfəvilərin Avropa səfarəti (1609–1615) — Səfəvi şahı Şah I Abbas tərəfindən 1609-cu ildə Avropaya göndərilmiş elçilik nəzərdə tutulur. Diplomatik nümayəndə heyətinin göndərilməsində məqsəd Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin dəstəyini qazanmaq idi. Heyətə ingilis olan Robert Şirli rəhbərlik etmişdir. Səfəvi imperiyası artıq bir əsrə yaxın idi ki, Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi, beləliklə onlar Osmanlı imperiyasına qarşı Avropanın dəstəyini qazanmaq üçün cəhd etmək qərarına gəldilər. Ərazi üzərində düşmənlikdən əlavə olaraq, Osmanlı ilə Səfəvi imperiyaları arasında dini zəmində olan düşmənçilik də mövcud idi. Beləki, Səfəvi imperiyası şiəliyin müdafiəçiləri kimi çıxış edirdilərsə, Osmanlı imperiyası da sünniliyin müdafiəçiləri kimi çıxış edirdilər. Səfəvilər xüsusilə Katolik Avropanın (Habsburqlar, İtaliya və İspaniya) dəstəyini qazanmaqla, Fransa-Osmanlı yaxınlaşmasını balanslamaq niyyətində idilər. Bu zaman Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idilər. Bu müharibə 1603–1618-ci illərdə davam etmişdir. Bu səfarət heyəti Səfəvilərin 1599–1602 Avropa səfarətinin ardı mahiyyətindədir.

Digər lüğətlərdə