Səfəvilərin Avropa səfarəti (1599–1602)
Səfəvilərin Avropa səfarəti (1599–1602) — Şah I Abbas tərəfindən Osmanlı imperiyasına qarşı Avropadakı bəzi qüvvələr ilə müttəfiq olmaq üçün göndərilmiş diplomatik heyət. Demək olar ki, yarandıqları ilk dönəmdən etibarən Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi. Müharibə fasilələrlə bir əsrə yaxın idi ki, davam etməkdə idi. Sonuncu dəfə 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi Səfəvilər üçün ağır şərtlərlə imzalanmışdı və I Abbas itirdiyi torpaqları geri qaytarmaq barədə planlar qurmaqda idi.
Heyətin qarşısında qoyulmuş ən böyük məqsəd Osmanlıya qarşı Səfəvi imperiyası ilə ittifaq bağlayacaq, onunla eyni zamanda Osmanlı imperiyasına müharibə elan edəcək qüvvələr tapmaq idi.
Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi. O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu. Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu.