səthin təmizliyi

ру чистота поверхности en surface condition de Oberflächenbeschaffenheit fr état de surface es estado de la superficie it natura della superficie
səthin strukturu
səthin zədələnməsi
OBASTAN VİKİ
Dil təmizliyi
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Səthin düzxətli doğuranı
Səthin düzxətli doğuranı — hərəkəti nəticəsində verilmiş səthi əmələ gətirən düz xəttdir. Bu cür səthi xətli səth adlandırırlar. Məsələn, birörtüklü hiperboloiddə və hiperbolik paraboloiddə səthin iki ailə düzxətli doğuranı yerləşir və səthin hər bir nöqtəsindən iki düzxətli doğuranı keçir. Bu doğuranların hər biri bir ailəyə aiddir. Konusda, silindrdə, müstəvidə də düzxətli doğuranı var. Səthin düzxətli doğuranı tamamilə həmin səthin üzərində yerləşir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.