Sağlam ol(un)!

Bless your heart! / God bless you! / Good health! / Bless you! Будьте здоровы! / На (доброе) здоровье! (доброе пожелание чихнувшему человеку)
sağlam düşüncə
Sağlam ruh sağlam bədəndə olar.
OBASTAN VİKİ
Sağlam olun! (film, 1969)
Filmdə Azərbaycanın müalicə əhəmiyyətli kurortlarından, bu müalicə ocaqlarında əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmasından danışılır. Tamaşaçılar ekran vasitəsilə Şuşaya, Göy-gölə, Naftalana, Abşerona, Şıx çimərliyinə, İstisu kurortuna və sair sağlamlıq ocaqlarına səyahət edirlər. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Var olun, qızlar...
Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır. Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir. Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir. Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Geyim üzrə rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Qrim üzrə rəssam: S. Pozdeyeva Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov Geyim üzrə assistent: A. Stepanova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə Rafael Dadaşov — İsa Valentina Aslanova — Solmaz G. Salmanlı — Solmaz (uşaq) Yelena Çuxray — Sona A. Orucova — Sona (uşaq) Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb A. Zeynalova — Zeynəb (uşaq) Həsənağa Turabov — Şəmsi Anar — Murad Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım Sofa Bəsirzadə — Səkinə xanım Ömür Nağıyev — Rüstəm Sadıq Həsənzadə — Rüstəmin atası Sədayə Mustafayeva — Rüstəmin anası Arzu Səfərova — Nigar A. Nağıyeva — şlyapalı qız K. Məlikova A. Nəcəfzadə L. Sarabskaya Tatyana Xaritonova Muxtar Maniyev — kino işçisi Hüseynağa Sadıqov — Qəmbər Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur) Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur) Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur) Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur) Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur) Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur) Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) “Yaşayın, qızlar”.
Sağlam həyat tərzi
Sağlam həyat tərzi — insanın davranış risk faktorlarına nəzarət etməklə sağlamlığı qorumağa və qeyri-infeksion xəstəliklər riskini azaltmağa kömək edən yaşam tərzi. Sağlam həyat tərzi tütündən, alkoqoldan və narkotik vasitələrdən imtina, balanslaşdırılmış qidalanma, fiziki aktivlik (məşq, idman və s.), psixi sağlamlığın möhkəmləndirilməsi və sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir . Həyat tərzi prinsipləri adətən gənc yaşlarda möhkəmlənir, ona görə də sağlam həyat tərzini inkişaf etdirmək üçün həmin yaşlarda sağlam həyat tərzinin formalaşması vacibdir — gənclikdə formalaşmış vərdişlər çox vaxt yetkinlik dövründə də davam edir. Ümumdünya Səhiyyə Təşkilatı qeyri-infeksion xəstəliklər vaxtından əvvəl ölüm hallarının 70%-nə səbəb olur, buna görə də sağlam həyat tərzinin mühüm hissəsi olan sağlamlığın təşviqi vacibdir və ÜST tibbi yardım göstərməklə yanaşı, ilk növbədə sağlam həyat tərzinin təbliğinə və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına yönəlmiş ilkin səhiyyə xidmətlərinin tətbiqinə inanır. Sağlam həyat tərzi üçün ən vacib məqamlar aşağıdakılardır: siqaretdən imtina; alkoqol və hər cür narkotiklərdən imtina; balanslaşdırılmış qidalanma; fiziki aktivlik, azhərəkətli (oturaq) həyat tərzindən imtina. Qeyri-sağlam həyat tərzi və eyni zamanda qeyri-infeksion xəstəliklərin riskini artıran amillərə daxildir: düzgün qidalanmamaq, oturaq həyat tərzi (fiziki fəaliyyətin aşağı səviyyədə olma), siqaret çəkmə, alkoqoldan sui-istifadə, kofeinin həddindən artıq istehlakı (qəhvə, çay, enerji içkiləri), nizamsız yuxu rejimi, həmçinin stresslə mübarizəyə uyğunlaşa bilməmək. Tədqiqatlar göstərir ki, sağlam həyat tərzi orta ömür müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Almaniyada aparılan bir araşdırma göstərir ki, sağlam həyat tərzi 40 ildən sonra gözlənilən ömür uzunluğunun 13–17 il artması ilə əlaqələndirilir. ABŞ -da aparılan bir araşdırma 50 ildən sonra gözlənilən ömür uzunluğunun 12–14 il artdığını göstərir . Siqaret çəkmənin nəticəsi orta hesabla 10 il ömrünün azalmasıdır.
Sağlam ətraf mühit hüququ
Sağlam ətraf mühit hüququ — insan sağlamlığını təmin edən ekoloji sistemləri qorumaq üçün insan hüquqları və ictimai ekoloji təşkilatlar tərəfindən müdafiə edilən insan hüququdur. Bu hüquq su və sanitar hüququ, qida hüququ və sağlamlıq hüququ kimi digər sağlamlıq yönümlü insan hüquqları ilə qarşılıqlı əlaqədədir. Hüquq dövlətin ətraf mühitin tənzimləmələrini izləmək və tətbiq etmək, çirklənməyə nəzarət etmək və ətraf mühit problemlərindən təsirlənən icmalara ədalət və müdafiəni təmin etmək vəzifəsi yaradır. Sağlam ətraf mühit hüququ iqlim dəyişikliyi və digər ekoloji məsələlər üzrə məhkəmə çəkişmələri üçün ekoloji hüquqi presedentlərin müəyyən edilməsi üçün mühüm hüquq olmuşdur.. Sağlam ətraf mühit hüququ insan hüquqlarına və iqlim dəyişikliyinə beynəlxalq yanaşmanın əsasını təşkil edir. Bu hüququ dəstəkləyən beynəlxalq müqavilələrə 1972-ci il Stokholm bəyannaməsi, 1992-ci il Rio Bəyannaməsi və bu yaxınlarda qəbul edilmiş Qlobal Ətraf Mühit Paktı daxildir. BMT-də 150-dən çox dövlət bu hüququ bu və ya digər formada milli qanunvericilik, məhkəmə çəkişmələri, konstitusiya hüququ, müqavilə hüququ və başqaları vasitəsilə tanımışdır. İki regional müqavilə, İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası və İnsan Hüquqları üzrə Amerika Konvensiyası sağlam ətraf mühit hüququnu özündə ehtiva edir. Uşaq Hüquqları haqqında Konvensiya kimi digər insan hüquqları sənədləri bu sənədin əsas istiqamətləri ilə əlaqəli olduğu dərəcədə ətraf mühit məsələlərinə istinad edir, bu halda o uşaqların hüquqlarına istinad etmiş olur. İnsan Hüquqları və Ətraf Mühit üzrə Xüsusi Məruzəçilər Con Noks (2012-2018) və Devid Boyd (2018-indiki) bu hüquqların beynəlxalq hüquqda necə rəsmiləşdirilməsinə dair tövsiyələr vermişlər.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Var olun, qızlar... (film, 1972)
Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır. Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir. Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir. Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Geyim üzrə rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Qrim üzrə rəssam: S. Pozdeyeva Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov Geyim üzrə assistent: A. Stepanova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə Rafael Dadaşov — İsa Valentina Aslanova — Solmaz G. Salmanlı — Solmaz (uşaq) Yelena Çuxray — Sona A. Orucova — Sona (uşaq) Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb A. Zeynalova — Zeynəb (uşaq) Həsənağa Turabov — Şəmsi Anar — Murad Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım Sofa Bəsirzadə — Səkinə xanım Ömür Nağıyev — Rüstəm Sadıq Həsənzadə — Rüstəmin atası Sədayə Mustafayeva — Rüstəmin anası Arzu Səfərova — Nigar A. Nağıyeva — şlyapalı qız K. Məlikova A. Nəcəfzadə L. Sarabskaya Tatyana Xaritonova Muxtar Maniyev — kino işçisi Hüseynağa Sadıqov — Qəmbər Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur) Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur) Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur) Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur) Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur) Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur) Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) “Yaşayın, qızlar”.
Tanış olun, Co Blek (film, 1998)
Tanış olun, Co Blek (ing. Meet Joe Black) — Martin Brestin rejissorluğu ilə 1998-ci ildə çəkilmiş film. Baş rollarda Bred Pitt, Entoni Hopkins və Kler Forlani çıxış edir. Filmin ssenari müəllifləri Bo Qoldman və Kevin Veyd, Ron Ozborn və Ceff Renodur. Film italyan tamaşası "La morte in vacanza"ya uyğunlaşdırılmış olan 1934-cü ilin filmi "Death Takes a Holiday" əsasında çəkilmişdir. Billionarie media müdiri,Bill Parrish şirkəti ilə başqa bir media böyüyü arasında birləşmə düşünür və 65 yaşını böyük qızı Allison'un planlaşdırdığı böyük bir şənliklə qeyd edir. O görməməzlikdən gəlməkdə çətinlik çəkdiyi müəmmalı səsləri eşitməyə başlayır. Daxili tibbdə iqamət edən kiçik qızı Susan, Bill'in idarə heyəti üzvlərindən olan Drew ilə əlaqədədir. O evlənməyi düşünür ancaq Bill ona ehtirasla sevmədiyini deyir. O, şəfqətli danışmasının qısa versiyasını soruşur və deyir: Açıq qalın.