Fransız sözüdür. D.Sad adlı (1740-1814) erotik romanlar müəllifinin familiyasından götürülüb. “Qəddarlığa güclü meyil” anlamında işlədilir. Qəddarlığı törədən həm də verdiyi əzab-əziyyətdən həzz alır. Sadın yaratdığı obrazların əməlləri ilə bağlı olaraq bu söz geniş yayılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)