Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyil etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) — sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Sadiq bəy Sadiqi
Sadıq bəy Sadiqi (1533[…], Təbriz – 1610[…], İsfahan) — sərkərdə, təzkirəçi, şair, miniatür rəssam. XVI əsrin ikinci yarısı- XVII əsrində əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Sadiqi I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz istəyi ilə ona qoşulmağa gələn Xüdabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Sadiq bəy külliyatının əvvəlində öz Xüdabəndəlü tayfası barədə məlumat vermişdir. Sadiq bəy Əfşar həm rəssam həm şair həm kitabdar həm də sərkərdə kimi tanınmışdır. Atası tayfanın nüfuzlu şəxslərindən olduğu üçün hələ gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Şeirlərini fars dili ilə yanaşı Azərbaycan, Çağatay və Osmanlı türkcəsində yazan şairin günümüzə külliyyatı gəlib çıxmışdır. Külliyatına 10 ədəd əsər daxildir. Bunlara Məcməül-Xəvas, Qanun üs-Süvər, Fəthnameyi Abbase-namidar və s. misal göstərmək olar. Sadiq bəy həmçinin mükəmməl rəsm təhsili almış, Qəzvində yaşadığı illərdə isə rəssamlıqla məşğul olaraq bu elmi tədris etmişdir.
Babizm
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819–1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Dadaizm
Dadaizm (fr. dadisme; dada – mənasız ahəngdarlıq) – Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər. T. Tsara, R. Gülzenbek, Q. Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J. Qross və C. Hartfild bu qəbildən olan dadaistlərdən idilər.
Daoizm
Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.
Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Godizm
Maoizm
Maoçuluq və ya maoizm — adını Mao Tszedundan alan, kapitalizmin Avropadakı kimi bir inkişaf seyri izlemediği Uzaq Şərq cəmiyyətlərinə xas Marksizmin praktikası olaraq ifadə edilə bilər. Maoizm, Marksizm-Leninizm siyasət elminin 3. keyfiyyət mərhələsidir və çöllərdə şəhərləri əhatə edərək proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə , müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi vardır. Asiya tipi istehsal tərzi olaraq ifadə edilən və Şərq cəmiyyətlərinə xas olan bu vəziyyət Avrupa'dakinden fərqli bir mülkiyyət quruluşlanmasının bir nəticəsidir. Avropada torpaq sahibi Lordlar olduqları bölgədə Kralın səlahiyyətlərini paylaşar öz bölgələrində müstəqil hərəkət edərkən Asiya cəmiyyətlərində belə bir vəziyyət görülməz , mərkəzi avtoritet güclü quruluşunu davam etdirə bilmək üçün torpağı bəzi kəslərə mülk olaraq devretmez , ancaq torpağın istifadə haqqını bəzi şərtlər altında təhvil verər . Beləcə ölkə torpaqlarının hamısı dövlətə ya da eyni mənanı gəlmək üzrə mərkəzi nüfuza asılıdır. Belə bir mülkiyyət quruluşlanmasının nəticəsi olaraq Asiya cəmiyyətlərinin istehsal quruluşu Avropadakı istehsal yapısınından farklılaşmıştır Mao bu ikili quruluş içərisində Marksizmin həyata keçirilməsi və sosialist iqtidarın qurula bilməsi üçün Asiya cəmiyyətlərinə fərqli bir təşkilatlanma tətbiq etmişdir. Mao dövründə Çin əhalisinin əhəmiyyətli bir hissəsi köylüydü . İşçi sinfi isə bir neçə böyük şəhərdə çox məhdud sayda mövcud idi.
Nasizm
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Nudizm
Nudizm - İnsanların çılpaq formada hərəkət etməsi. Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. Almaniyada və digər ölkələrdə xüsusi nudist çimərlikləri, hotellər, kamplar, saunalar və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Ölkələrin mentalitet qaydalarına uyğun olaraq nudizmə münasibət hər bir ölkədə fərqlilik təşkil edir. Almaniyanın çılpaq həqiqəti - nudizm.
Radium
Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Rasizm
İrqçilik və ya rasizm — İrqçilik, insanların qruplarının fiziki görünüşünə uyğun fərqli davranış xüsusiyyətlərinə sahib olduqlarına və bir irqin digərindən üstün olmasına görə bölünə biləcəyinə inamdır. Ayrıca fərqli bir irqi və ya etnik mənşəli olduğu üçün digər insanlara qarşı yönəlmiş qərəz, ayrı-seçkilik və ya düşmənçilik mənasını verə bilər. İrqçiliyin müasir variantları çox vaxt xalqlar arasında bioloji fərqlərin sosial qavranılmasına əsaslanır. Bu görüşlər, ehtimal olunan ortaq irsi əlamətlərə, qabiliyyətlərə və ya keyfiyyətlərə əsaslanaraq fərqli irqlərin bir-birlərindən üstün və ya daha aşağı olduğu sıralanan ictimai hərəkətlər, təcrübələr və ya inanclar və ya siyasi sistemlər şəklində ola bilər. Ayrı-seçkilik praktikasında və ya qanunlarda qərəz və ya lovğalanma ifadəsini dəstəkləyən siyasi sistemlər (məsələn, aparteid) baxımından, irqçi ideologiya nativizm, ksenofobiya, digərlik, seqreqasiya, iyerarxik sıralama və supremasizm kimi əlaqəli sosial aspektləri əhatə edə bilər. Çağdaş sosial elmdə irq və etnik anlayışlar ayrı hesab olunsa da, iki termin məşhur istifadə və köhnə ictimai elm ədəbiyyatında uzun bərabərliyə malikdir. "Etnik mənsubiyyət" adətən ənənəvi olaraq "irqi" ilə əlaqəli bir mənada istifadə olunur: insan qrupunun vacib və ya doğma olması ehtimal olunan keyfiyyətlərə görə bölünməsi (məsələn, ortaq əcdad və ya ortaq davranış). Buna görə, irqçilik və irqi ayrı-seçkilik, bu fərqliliklərin irqi olaraq təsvir edilməsindən asılı olmayaraq, etnik və ya mədəni zəmində ayrı-seçkiliyi təsvir etmək üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyə dair konvensiyasına görə, "irqi" və "etnik" ayrı-seçkilik terminləri arasında heç bir fərq yoxdur. BMT Konvensiyası, irq fərqliliyinə əsaslanan üstünlüyün elmi cəhətdən yalan, mənəvi məhkum, sosial ədalətsiz və təhlükəli olduğu qənaətinə gəlir.
Sihizm
Siqhizm (pənc. ਸਿੱਖੀ – "şagird") — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ — Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir. Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir.
Sofizm
Sofizm (yun. σόφισμα - söz ustalığı, biclik, müdriklik) — bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlərdir. M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat. Sophistes – müdriklik ustaları) deyirdilər.
Stakizm
Stakizm — 1999-cu ildə Billi Çayldiş və Çarlz Tompson tərəfindən əsası qoulmuş konseptual sənət əleyhinə olaraq məcazi rəssamlığı təşviq etmək məqsədi daşıyan beynəlxalq bir sənət hərəkatıdır. İlk əvvəl 13 ingilis sənətkar tərəfindən yaradılan qrup 2017-ci ilin mart ayında 52 ölkəyə və 236 qrupa qədər genişlənmişdir.
Sufizm
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Taoizm
Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.
Taşizm
Taşizm — rəsmdə qeyri-qanuni formalı rəngli ləkələrin və damcıların istifadəsinə əsaslanan sənət növüdür.Termin, fransızca "tache" (ləkə) sözündən götürülmüşdür. Bu anlayış əvvəlcədən rəsm hərəkətini inkar edir və bədii yaradıcılıqda təsadüfiliyin ön plana çıxarılmasını nəzərdə tutur.Avropa incəsənətində Amerikada yaranmış abstrakt ekspressionizm cərəyanının ekvivalenti hesab oluna bilər. Bu hərəkata verilən digər adlar l'art informel (Amerika incəsənətindəki hərəkətli rəsmə bənzər) və abstraksiya lirikasıdır (Amerika incəsənətindəki Lirik abstraksiyaya bənzər). Bu hərəkata verilən digər adlar l'art informel (Amerika incəsənətindəki hərəkətli rəsmə bənzər) və abstraksiya lirikasıdır (Amerika incəsənətindəki Lirik abstraksiyaya bənzər). Paris Məktəbi termini II Dünya müharibəsindən sonra taşizm əvəzinə istifadə edilməyə başladı.Bu hərəkatın əhəmiyyətli dəstəkçiləri arasında Jean Dubuffet, Pierre Soulages, Nicholas de Stael, Hans Hartung, Serge Poliakoff və Georges Mathieu kimi sənətçilər var. Chilversə görə, taşizm termini ilk dəfə 1951-ci ildə istifadə edilib (Fransız tənqidçiləri Charles Estienne və Pierre Gueguen tərəfindən irəli sürülüb) və fransız tənqidçi və rəssamı Michel Tapie tərəfindən yazılan Un Art autre (1952) kitabı ilə bütün dünyaya elan edilib. Kubizmə reaksiya olaraq doğan taşizm; qəfil fırça vuruşları, damlalar və ləkələrlə eyniləşdirilir və bəzən xəttatlıq sənətini təqlid edir. Taşizm həm də sənət tənqidinin ön planda olduğu 1950-ci illərdə Fransada liderlik edən Art Informel hərəkatı ilə sıx bağlıdır. Lakin bu tendensiyanın qəbulu ənənəvi anlayışla tam üst-üstə düşmür.
Saddam
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Sapium
Sapium (lat. Sapium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Sapiopsis Müll.Arg. Seborium Raf.
Sinizm
Sinizm və ya kinizm (lat. Cynismus; q.yun. Kυνισμός) — əxlaq normalarına, mədəni dəyərlərə və ədəb ideyalarına açıq olan, onları qətiyyətlə rədd edən və nifrət edən münasibət, ümumi qəbul edilmiş əxlaq normalarına mənfi, nihilist münasibət, hakim ideologiyanın rəsmi doqmaları. Sinizm müəyyən mənəvi dəyərlərə şüurlu və nümayişkaranə etinasızlığı ifadə edən davranışdır. Etik ritualları praktiki problemlərin həllinə müdaxilə edən və ya lazımsız hesab edən, mərhəmət, yazığı gəlmə, utanma, empatiya və s. kimi davranış motivlərini şəxsi maraqlara uyğun olmayan kimi qəbul edən dünyagörüşü . İnanclarda və davranışlarda sinizm şəxsi məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl atmağa hazır olan insanlara (kiniklərə) xasdır. Başqaları tərəfindən kinik kimi qəbul edilən davranış bəzən cəmiyyətin qınağına səbəb olur və münaqişəyə səbəb olan amildir. Sinizm əxlaqi relyativizmdən fərqli olaraq (əxlaqi prinsiplərin nisbiliyinə, onların subyekt və şəraitdən asılılığına münasibət verir) qəsdən aşağılamaya, həm öz motivlərinin, həm də davranış normalarının təfsirində qəsdən sadələşdirməyə münasibət müəyyən edir və digər insanların motivləri, prinsiplərin devalvasiyasına münasibət, “yüksək”, “transpersonal” kimi qəbul edilən bütün sahədir. Vulqar sinizm sosial və mədəni proseslərdən kənar şəxslərə, sosial və mədəni cəhətdən zəif qruplara ən çox xas olan “yüksək”, “prinsipial” kimi çıxış edənlərə istehzalı və ironik münasibətdir .
Çavizm
Çavizm (isp. chavismo) — 1999–2013-cü illərdə Venesuela prezidenti olan Uqo Çavesin ideya və təcrübələrinə əsaslanan solçu siyasi ideologiya. Sosializm, solçu populizm, vətənpərvərlik, bolivarianizm və indixenizm elementlərini, həmçinin Karib hövzəsi və Latın Amerikası inteqrasiyasını özündə birləşdirir. Çavizm tərəfdarları üçün çavista (isp. Chavista) terminindən də istifadə edilir. Çavezin özü 2005-ci ildən bəri öz ideologiyasını "XXI əsr sosializmi" olaraq təyin edir.
Sadiq
Sadiq — ad.
Ekoloji faşizm
Ekoloji faşizm — avtoritar bir hökumətin fərdlərin öz maraqlarını təbiətin təbii vəhdətinə qurban etmələrini tələb edən nəzəri siyasi modeldir.
Eupatorium badium
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Şaktizm
Şaktizm (Sanskrit dilində:शाक्तं, Śāktaṃ IAST, hərfi mənada "güc doktrinası" və ya "İlahə doktrinası") — induizmin əsas istiqamətlərindən biri, Şakti və ya Devaya (induizmdə Ana-İlahə - Allahın mütləq və ilk başlanğıc formasıdır) inam hissidir. Vaynaşizm, şivaizm və smartizm ilə birlikdə induizmdə dörd əsas ənənədən biridir. Şaktizm mistisizmə güclü bağlılığı ilə səciyyələnir. Qədim dövrlərdə şaktizm ayrıca təriqət kimi inanclı insanları ekstatik vəziyyətdə Şaktinin dünyəvi gücü ilə birləşməsinə çağırışlarına əsaslanan xüsusi ayinlərlə müşahidə olunurdu. Şaktizmin kökləri ən qədim dövrlərə gedir, Ana-İlahəyə inam matriarxatlığın əsas qalıqlarından biridir. Şaktizmin dini mətnləri arasında əsas yeri Deva-Mahatmya adlanan mətnlər təşkil edir. Bu mətnlər sanskrit dilində 1600 il bundan əvvəl rişi (induizm dininə görə gələcəyi görən, müdrik) Markandeya tərəfindən yazılmışdır və Markandeya-puran adlanan indus dini mətnlərinin əsas tərkib hissəsini təşkil edirlər. Şaktizm çoxlu müxtəlif təriqətlərə və cərəyanlara bölünür, lakin onun iki əsas istiqaməti (məktəbi) xüsusi ilə fərqlənir. Hindistanın cənubunda geniş yayılmış Şrikula və ölkənin şimal və şərqində yayılmış Kalikula. Digər geniş yayılan məktəblərdən biri də Şrividya idi.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.