Sahara
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir.
Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31.
Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.