SALSAL

Əfsanəyə görə, Tovuz rayonundakı Torpaqqala (indiki Köhnəqala) ərazi­sin­də IX əsrdə ərəblərə qarşı vuruşmuş oğuz igidinin adıdır. Güman ki, sal daş birləşməsindəki sal sözü ilə bağlıdır, “ikiqat möhkəm, ikiqat sal daş” deməkdir. Salsalın qalalarından biri indi də qalır və Dəlik daş adlanır. Sözün “qaya” mənası da var. Farslar qaya anlayışını salesənq (sal daş) sözü ilə ifadə edirlər. Salsal “qaya kimi bərk” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SALLAQXANA
SALZA
OBASTAN VİKİ
Salsal qalası
Salsal — Dərələyəz mahalında qədim qala. == Haqqında == Bu qala Keşişkənd (Yeğeqnadzor) rayonunda Ələyəz, Hosdun, Həsənkənd, Erdərin, Horbadıq adlı kəndlərin əhatəsində, uca bir qayanın başında tikilmişdir. Strateji cəhətdən çox əhəmiyyətli yerdə tikilmiş bu qalanın içindən rayondakı kəndlərin, yolların, keçidlərin, aşırımların, gediş-gəliş cığırlarının əksəriyyətini nəzərdə saxlamaq, hücumların qarşısını almaq mümkündür. Qala çox uca və sıldırım qayanın başında tikildiyi üçün ona üç tərəfdən çıxmaq çox çətindir. Qalanın iki qapısı vardır. Əsas yolu isə şərq tərəfdəki (Ələyəz kəndi tərəfdəki) yalın üstündədir. İkinci qapısı isə Erdərin və Horbalıq kəndləri tərəfdəndir. Bu, əsas qapıya nisbətən bir qədər balacadır. Bundan başqa, qalanın qərb (günbatan) tərəfində, Hosdun və Həsəndkənd səmtində divarın özülündə çıxış üçün gizli bir kiçik qapı da vardır ki, bu, daş ilə hörülmüşdür. Bu qapını yalnız qalanın içindən açmaq olar.

Digər lüğətlərdə

выбура́вливание ерник изы́скивание попада́ться продразни́ть синдици́рование удочере́ние пропо́ец смягча́ться трансформи́рование узре́ть фа́ции февра́льский равелин coarse-grained cuneiformist decidophobia doldrums dressing-station quarter буддизм вкрапление психически психотехника часто