Salvador

coğ. Salvador (El) m

salon
Salyan
OBASTAN VİKİ
Salvador
Salvador və ya El Salvador — Şimali Amerikada yerləşən və təxminən 6.9 milyonluq əhaliyə sahib ölkə. Ölkə qərbdə Qvatemalaya, şimal və şərqdə Hondurasa və cənubda Sakit okeanla qonşudur. Salvador Amerika anakarasının əhali sıxlığı ən çox olan ölkəsidir (xüsusilə paytaxt San-Salvador) və ayrıca bölgənin ən sənayeləşmiş ölkəsidir.
El Salvador
Salvador və ya El Salvador — Şimali Amerikada yerləşən və təxminən 6.9 milyonluq əhaliyə sahib ölkə. Ölkə qərbdə Qvatemalaya, şimal və şərqdə Hondurasa və cənubda Sakit okeanla qonşudur. Salvador Amerika anakarasının əhali sıxlığı ən çox olan ölkəsidir (xüsusilə paytaxt San-Salvador) və ayrıca bölgənin ən sənayeləşmiş ölkəsidir.
Salvador, Baiya
Salvador, Baiya və ya Salvador da Bahia — Braziliyanın şimal-şərq bölgəsində yerləşən Bahia əyalətinin paytaxtıdır. Salvadorda çoxsaylı karnavallar təşkil edilir. Yeni Dünyadakı ən qədim şəhərlərdən biridir və Braziliya koloniyasının ilk paytaxtı olmuşdur. Salvador Latın Amerikasında doqquzuncu ən sıx şəhərdir və Bahia, San-Paulu və Rio-de-Janeyrodan sonra Braziliyada üçüncü ən çox əhalisi olan şəhərdir. Salvador Braziliyanın ən yoxsul bölgəsi olan Bayianın şimal-şərq hissəsindəki ən inkişaf etmiş bölgəsidir. Əhalinin 80% -nin qarışıq və Afrikalı olduğu bu şəhərdə Afrika Braziliyalıların mədəniyyəti üstünlük təşkil edir. Tarixi keçmişi olan şəhər mərkəzi 17 və 19-cu əsrlərdə inşa edilmiş Portuqaliya koloniya dövrünün memarlıq və monumental strukturları ilə məşhurdur. Şəhər 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi siyahısına qəbul edildi.
Salvador Alyende
Salvador Alyende (isp. Salvador Allende Gossens; 26 iyun 1908[…], Santyaqo – 11 sentyabr 1973[…], Santyaqo) — 1970–1973-cü illərdə Çilinin sosialist prezidenti. Alyende seçkilər vasitəsilə hakimiyyətə qəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, Çilidə orta təbəqənin maraqlarına cavab vermək olduğunu bildirən, Alyende xalqın etimadını qazana bilməmiş və 11 sentyabr 1973-cü ildə general Auqusto Pinoçet tərəfindən devrilmişdir. Salvador Alyende çevriliş zamanı Prezident Sarayının alınmasında həlak olmuşdur. Alyende orta təbəqdən olan ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra anadan olduğu Valparasio şəhərində tibb təhsili almağa başlayır. Ali məktəbdə təhsil aldığı illərdə fəal siyasətlə məşğul olmağa başlayır və solçu gənclərin təşkil etdiyi tədbirlərə qatılır. Tədbilər zamanı etdiyi çıxışlar nəticəsində, qısa zamanda üzvü olduğu təşkilatın liderlərindən birinə çevrilir. XX Çili prezidenti Karlos İbanez de Kampoya qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs olunur və təhsil aldığı ali məktəbdən qovulur.
Salvador Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…], Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi,özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 - 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Salvador Kammarano
Salvador Kammarano (it. Salvatore Cammarano; 19.3.1801, Neapol, — 17.7.1852) — italyan şairi, dramaturq və librettoçusu. Tanınmış Neapol opera teatr ailəsindən çıxmış Kammarano 40-a qədər opera librettosunun müəllifidir.
Salvador Respublikası
Salvador və ya El Salvador — Şimali Amerikada yerləşən və təxminən 6.9 milyonluq əhaliyə sahib ölkə. Ölkə qərbdə Qvatemalaya, şimal və şərqdə Hondurasa və cənubda Sakit okeanla qonşudur. Salvador Amerika anakarasının əhali sıxlığı ən çox olan ölkəsidir (xüsusilə paytaxt San-Salvador) və ayrıca bölgənin ən sənayeləşmiş ölkəsidir.
Salvador Sobral
Salvador Vilar Braamkamp Sobral (port. Salvador Vilar Braamcamp Sobral; d. 28 dekabr 1989, Lissabon, Portuqaliya) — Portuqaliyalı soul və caz musiqiçisi. O, Portuqaliyanı "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır. Salvador Sobral 28 dekabr 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olmuşdur. Salvador Luis Kabral Braamkamp Sobral müğənninin atası, Luiza Mariya Kabral Posser Vilar isə anasıdır. O yaşadığı Lissabon şəhərinin Instituto Superior de Psicologia Aplicada institutunda Psixologiya üzrə təhsil almışdır. Salvador 2009-cu ildə Portuqaliyanın Ídolos musiqi yarışmasında iştirak etmişdir. Müğənni beş dildə səlis danışa bilir: portuqalca, ispanca, ingiliscə, italyanca və katalanca. Salvador Sobral 2009-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında iştirak etmişdir və həmin yarışma sayəsində Portuqaliya tamaşaçıları Sobralı ilk dəfə səhnədə görmüşdürlər.
Salvador bayrağı
Salvador bayrağı — Salvadorun Dövlət bayrağı
San-Salvador
San Salvador — Salvadorun paytaxtı və ən böyük şəhəri.
San Salvador
San Salvador — Salvadorun paytaxtı və ən böyük şəhəri.
Azərbaycan–Salvador münasibətləri
Azərbaycan–Salvador münasibətləri — Azərbaycan Respublikası ilə Salvador Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Salvador Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır . == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1999-cu ilin mart ayının 23-də qurulmuşdur.
Salvador Dali səhrası
Salvador Dali səhrası (isp. Desierto Salvador Dalí), həmcinin Dali vadisi (isp. Valle de Dalí) — Boliviyanın cənub-qərbində, Potosi departamentində yerləşən canlılar aləmi baxımından olduqca kasıb bir vadi. Orta hündürlüyü 4750 metr və sahəsi 110 km² təşkil edir. "Eduardo Avaroa Andı" milli ehtiyat ərazisində yerləşir və baxış anında Salvador Dalinin surreal surətlərinə bənzər peyzajlar ilə xarakterizə olunur.
Salvador Sançes Seren
Salvador Sançes Seren (isp. Salvador Sánchez Cerén; 18 iyun 1944) — 2014-cü ildən Salvador prezidenti.
San Salvador adası
San Salvador adası — Xristofor Kolumbun 1-ci ekspedisiyasında kəşf etdiyi adadır. Ada Baham adalarının tərkibinə daxildir.San Salvador adası 12 oktyabr 1492-ci ildə Kolumbun gördüyü və ziyarət etdiyi ilk torpaq idi buna görə də onu Xilaskar hesab edərək San Salvador adlandırmışdı. Kolumbun qeydlərinə görə, adalarını Guanahani adlandıran xalqı yerli Lucayan sakinləri idi. 1492-ci ildə Kolumb San Salvador adasına gələndə Şərqi Hindistanda olduğunu düşünürdü.Adaya yerli sakinlər tərəfindən Guanahani deyilirdi, ancaq İspan tədqiqatçıları tərəfindən bu ad dəyişdirilmişdi.18-ci əsrdə İngiltərə Baham adalarını öz müstəmləkəsinə çevirdi və 1925-ci ildə San Salvador adını Pişik adası adlanar adadan götürdü və bura uzun müddət adı belə qalacaq Uetlinq adası adını verdi. Bu gün çoxlu qumlu çimərliklər sayəsində adanın əsas sənayesi turizmdir. Təxminən 940 nəfər San Salvador adasında yaşayır və əsas icması yerli hökumətin yerləşdiyi Cockburn Towndır. Şəhərin 271 əhalisi var. Adada beynəlxalq San Salvador havalimanı fəaliyyət göstərir 1996-cı ildə Lili qasırğası 1999-cu ildə Floyd qasırğası 2015-ci ildə Xoakin qasırğası San Salvadora ziyan vurub Hazırkı İdarəçi Gilbert C. Kempdir.
Qala-Salvador Dali Fondu
Qala-Salvador Dali Fondu — rəssam Salvador Dalinin bədii, mədəni və intellektual yaradıcılığını təbliğ etmək missiyası ilə yaratdığı özəl mədəniyyət qurumu. Fond həmçinin, rəssamın həyat yoldaşı Qala Dalinin adını daşıyır. 23 dekabr 1983-cü ildə Pubol qəsrində yaradılan quruma Dali əvvəldən şəxsən rəhbərlik etmişdir. 23 yanvar 1989-cu ildə vəfat etməsi 1991-ci ildə fondun idarə heyəti Ramon Boyşados Maleni prezident təyin edənə qədər davam edən keçid dövrünü başlatmışdır. 2017-ci ildən quruma Xordi Merkader Miro rəhbərlik edir. The Gala-Salvador Dalí Foundation Museu Salvador Dalí a St.
El Salvador Milli Kitabxanası
El Salvador Milli Kitabxanası (isp. Biblioteca Nacional de El Salvador , qısaldılmış BINAES ) — El Salvadorun paytaxtı San Salvadorda yerləşən milli kitabxanadır. Kitabxana 2023-cü ilin noyabrında açılıb və Fransisko Qavidiya Milli Kitabxanasının yerində yerləşir. Çinin əməkdaşlığı ilə tikilib. == Tarixi == 2019-cu ilin dekabrında Salvador Prezidenti Nayib Bukele Çinə beynəlxalq səfərindən sonra San Salvadorda sadəcə El Salvador Milli Kitabxanası kimi tanınan yeni milli kitabxananın tikintisini elan etdi və Bukele Çin lideri Si Cinpinqlə görüşdü. .Kitabxananın tikintisinin ən azı 54 milyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılırdı və Çin əməkdaşlığı ilə tikiləcəkdir. 4 oktyabr 2021-ci ildə Salvador hökuməti yeni milli kitabxananın əvəzlənəcəyi Fransisko Qavidiya Milli Kitabxanasının sökülməsinə başladı. Fransisko Qavidiya Milli Kitabxanası ilk olaraq 1870-ci ildə Fransisko Duenyasın prezidentliyi dövründə tikilmişdir. El Salvador Milli Kitabxanasının tikintisi 3 fevral 2022-ci ildə başladı.Kitabxana 14 noyabr 2023-cü ildə açıldı və Bukele öz Twitter hesabında kitabxanaya çəkilmiş ekskursiyanı yayımladı; qastrol səfərində onu qardaşı və prezidentin müşaviri Karim Bukele və mədəniyyət nazirinin müavini Erik Doradeo müşayiət edirdi. Ekskursiya kitabxananın imkanlarını nümayiş etdirdi.
Ageratina salvadorensis
Ageratina salvadorensis (lat. Ageratina salvadorensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Passiflora foetida var. salvadorensis
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Salvadoraceae
Salvadorakimilər (lat. Salvadoraceae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Salvadorina
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Salvadorakimilər
Salvadorakimilər (lat. Salvadoraceae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
El Salvadorda bandalara qarşı müharibə
El Salvadorda bandalara qarşı müharibə (isp. Guerra contra las pandillas en El Salvador) - 2022-ci ilin mart ayından etibarən Şimali Amerikada yerləşən El Salvadorda fəaliyyət göstərən cinayətkar qruplaşmara qarşı başladılmış silahlı müharibə. El Salvador hökuməti ölkədəki cinayətlərin sayının artmasında cinayətkar dəstələri günahlandırmış və çıxış yolu kimi ölkədəki bütün kartel, banda və digər təyinatlı cinayətklar birləşmələrin tamamilə zərərsizləşdirilməsini göstərmişdir. 2024-cü ilin 2 aprel tarixinə qədər olan məlumata əsasən yerli ordu və digər güc strukturları tərəfindən 79.184 nəfər lokal banda və dəstələrə mənsub olmaqda günahlandırılaraq həbs edilib. On minlərlə insanın həbs edilməsi, ölkədəki məhbus sayını kəskin formada yüksəldib və nəticədə 2023-cü ildə ölkə dünyadakı ən yüksək məhbus nisbətinə malik ölkəyə çevirilib. 2023-cü ilin 16 may tarixində nisbətən yüngül cinayətlər törətmiş 5 min nəfərə yaxın şəxs həbsxanalardan azadlığa buraxılıb. 2023-cü ilin yanvarında El Salvadorun Müdafiə Naziri Rene Merino Monroy açıqladığı məlumatlarda 2022-ci ildə ölkədə 496 qətl hadisənin qeydə alındığını açıqlamışdır. 2021-ci ildə baş vermiş 1.147 qətl hadisəsinə nəzərən bu rəqəm 56.8% bir azalma anlamına gəlməkdədir. 2021-ci ildə ölkənin Sen Vinsent departamentində 40 min məhbus üçün nəzərdə tutulmuş Terrorla Mübarizə Mərkəzi adlı xüsusi rejimli cəzaçəkmə müəssisəsi fəaliyyətə başlamışdır. CECOT qısaltması ilə tanınan mərkəz Şimali Amerika və Cənubi Amerikanın ən böyük cəzaçəkmə müəssisəsi hesab olunur.