SAPROPEL

(yun. sapros – çürük və relos – lil, palçıq) Şirin su hövzələrinin lilli çöküntüləri: tərkibində kalloid halında çoxlu miqdarda üzvi maddə (liqnin-humus kompleksi, karbohidratlar, bitumlar və s.) olur. Müalicə məqsədi ilə (fiziki üsullarla müalicə) istifadə edilir. Kənd təssərrüfatında gübrə kimi, kompost hazırlanmasında tətbiq olunur. Qumsuz və azgilli, kalsium, dəmir, fosfor duzları ilə zəngin S. kənd təsərrüfatında heyvanların yeminə qatılır.
SAPROBLUQ İNDEKSİ
SAZAQ, SIZAQ
OBASTAN VİKİ
Sapropelitlər
Sapropelitlər - əsasən ibtidai orqanizmlərdən, həmçinin bitki və heyvan qalıqlarından əmələ gəlmiş qazıntı kömür qruplarından biri. Üzvi materialın tərkibi və çürümə prosesinin xüsusiyyətinə görə bilavasitə sapropelit, sapropelit-humit və humit-sapropelitlər (kasyanit-boqhedlər, kennel-boqhedlər, çeremxitlər) qazıntı kömür siniflərə ay­rılır (Ginzburq, 1962). Hummolitlərə nisbətən bütün qazıntı sapropelitlər növləri ilkin qatran və uçucu maddələrin zənginliyi, hidrogenin yüksək miqdarı və yüksək yanma hərarətilə səciyyələnir. Qiymətli kimyəvi xammaldır. Hummolit qatları arasında az qalınlıqlı laycıqlar (linzalar) təşkil edir. Yalnız bəzi yataqlarda sə­naye əhəmiyyətli dəstə və ya laylar əmələ gətirir. Sinonim: Sapropel kömürü. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.

Digər lüğətlərdə