Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü.
Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır.
Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir.
Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.