SARIBAŞ

1
прил.
1. желтоголовый (имеющий желтую голову). Sarıbaş oğlan желтоголовый парень
2. желтоволосый (имеющий жёлтые волосы)
2
сущ. бот.
1. поташник (род кустарниковых растений сем. маревых, с мелкими листьями)
2. курай (народное название растения из группы перекати-поле); русская солянка
SARI-YAŞIL
SARIBƏNİZ
OBASTAN VİKİ
Sarıbaş
Sarıbaş (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Sarıbaş (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Ərtik rayonunda kənd. Sarıbaş (Krım) — Krımda kənd. Sarıbaş rəqsi — Azərbaycanın milli rəqsi. Sarıbaş (bitki) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Sarıbaş (Krım)
Sarıbaş — Krımda kənd.
Sarıbaş (Qax)
Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur. Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür. İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay). Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur. Sarıbaş oykonimi, sadə.
Sarıbaş (rəqs)
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Sarıbaş (Şörəyel)
Sarıbaş — İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Ərtik rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim sarıbaş türk etnonimi əsasında əmələ gəlmişdir. N. A. Aristov göstərir ki, XIII əsrdə Qırğız çöllərinin şimalşərq hissəsinə gəlmiş türkmonqol tayfaları içərisində sarıbaş nəsli olmuşdur. Deməli Sarıbaş kəndinin adı da monqolların tərkibində Zaqafqaziyaya, o cümlədən indi Ermənistan adlanan əraziyə gəlmiş sarıbaş türk etnonimi ilə bağlıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Sarıbaş bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıbaş rəqsi
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır. Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir. Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Sarıbaş (bitki)
Sarıbaş (bitki) (lat. Kalidium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Xəzər sarıbaşı
Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir. 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir.

Digər lüğətlərdə