SARAB

сущ. устар. мираж; см. sərab
SAR
SARABANDA
OBASTAN VİKİ
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
Abbasabad (Sarab)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Əbərqan kəndistanı ərazisinə daxil olan kənd, Sərab şəhərindən 37 km qərbdə, Sərab-Təbriz avtomobil yolunun 10 km-liyində qərarlaşır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (9 ailə).
Sarab Dövrə
Sarab Dövrə-İranın Luristan ostanının şəhərlərindən və Dövrə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,312 nəfər və 326 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Çegeni elindən ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.Çegeni elindən əlavə ləklərdə bu şəhərdə yaşayırlar.
Sarab Şəhristanı
Sərab şəhristanı (fars. شهرستان سراب‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Sərab Şərqi Azərbaycanın cənub-şərq bölgəsində yerləşir. Bu şəhristan Bozquş və Savalan dağlarının arasında yerləşdiyi üçün soyuq hava şəraitinə malikdir. Cənubi Azərbaycanın bir bölgəsi olaraq şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Sarab (aktiv müdafiə sistemi)
Sarab Aktiv Müdafiə Sistemi, Suriya Elmi İşlər və Tədqiqat Mərkəzi (SSRC) tərəfindən hazırlanmış və Suriya Ordusunun T-55, T-62 və T-72 tanklarının əks görüntü istiqamətindəki düşmənin tank əleyhinə idarə olunan raketlərindən müdafiə məqsədi ilə hazırlanmış aktiv müdafiə sistemidir. Suriya kəşfiyyatı Azad Suriya Ordusundan 18 ədəd TOW almışdır; bu raketlər SSRC tərəfindən əks tədbir proqramını inkişaf etdirmək üçün istifadə edilmişdir. Yaranan soft-kill sistemi, ATGM-lərə qarşı 80% effektli olan güclü infraqırmızı tıxanma işıqlarını özündə birləşdirmişdir. Bu, Suriyadakı vətəndaş müharibəsi zamanı Suriya tankların itkilərini əhəmiyyətli dərəcədə azaltdı. Hal-hazırda Sarab (Mirage) sisteminin üç versiyası mövcuddur: Sarab-1, 2016-cı ilin əvvəlində təqdim edilmişdir. Tankın qülləsinə quraşdırılmış çoxsaylı İQ yayındırıcılarından istifadə edərək tankın ön qövsünü örtmüş və 6 saat işləyə bilirdi. Sarab-2, 2016-cı ilin sonunda xidmətə qəbul edy. Qoruyucu bir örtüyə malik idi və daha az güc sərf edirdi, yəni 10 saata qədər davamlı işləyə bilirdi. Sarab-3 2017-ci ildə təqdim edilmişdir. Əvvəlki variantlardan fərqli olaraq əlavə IR yayındırıcılarından istifadə edərək tam 360 dərəcəlik müdafiə təmin etmişdir.
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həm də 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. == Həyatı == Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi.
İsfar Sarabski
İsfar Aydın oğlu Rzayev-Sarabski (2 noyabr 1989, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatı (2010). 2 noyabr 1989-cu ildə Bakıda anadan olmuşdur. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişdir. Hazırda Berklee Music Colledge-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir. İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak etmişdir. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak etmişdir.

Digər lüğətlərdə