SAVAY(I) [Xəlil:] Dükanda məndən savayı bir neçə kətdi də var idi (C.Məmmədquluzadə); BAŞQA Uğur: Səndən yaxşılıqdan başqa heç nə eşitməmişəm (İ.Əfəndiyev); QEYRİ Ey sevdiyim səndən qeyri kimim var?! (M.V.Vidadi); MAƏDA (köhn.) ..darülfünun yoldaşlarından maəda, mürəbbiyəsi olan Mariya da, böyük maneələr göstərməkdə idi (M.S.Ordubadi); MASƏVA (kl.əd.) Qurbanəli: Ondan masəva “doğrusunu demək, dörd-beş il bundan qabaq bir neçə ağaların uşaqları oxuyub.. (N.Nərimanov); ÖZGƏ Axund: Orada düyüdən savay, özgə şey yeməzlər (C.Məmmədquluzadə).