Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir.
Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır:
Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması;
Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı.
Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.
Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.