SAZAQ

is. Bərk soyuq, şaxta.
Sazaq adamın əl-ayağını kəsirdi. S.Rəhimov.
– Qar yağırmı? – Elə yağır… sazaq qılınctək kəsir. Ə.Cəmil.

// Quru soyuq külək.
[Həcər:] Gorusun düzündə qopubdur sazaq… Qaçaq Nəbi”.
Qaranlıq qatılaşır, əl-ayaq çəkilir, gündüz adama xoş gələn sərinlik sazağa çevrilirdi. Mir Cəlal.
Şər qarışır, sazaq başlayırdı. İ.Hüseynov.

Синонимы

  • SAZAQ şaxta — soyuq
  • SAZAQ sazaq bax şaxta I

Антонимы

  • SAZAQ SAZAQ – İSTİ Alışdı istiyə, dözdü sazağa; Bağladı meylini suya, torpağa (H.Hüseynzadə)

Этимология

  • SAZAQ Sızmaq feili ilə bağlıdır (soyuq sanki iliyə sızır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SAZ₁
SAZAQLI

Значение слова в других словарях