Himasthla schachtachtinskoi
Himasthla schachtachtinskoi (lat. Himasthla schachtachtinskoi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
== Xarici quruluşu ==
Bədəni 6,59-7,31 mm uzunluğa və balalıq yerləşən nahiyədə 0,44-0,462 mm enə malikdir. Yaxalıq diametri isə 0,294-0,315 mm-dir. Yaxalıq 25 tikanla örtülüdür. 0,038-0,042х0,012 mm olan yaxalığın yan paylarında tək-tək yerləşən tikanlar o birilərdən dalda olur. 23 tikan nisbətən iridir və dorzal hissədə qırılmayan iki cərgə təşkil edir. Bunlar ölçüdə olub, 0,050-0,055 mm uzunluğa və 0,013 mm enə malikdir. Dairəvi ağız əmziyinin uzunluğu 0,082-0,084 mm, eni isə 0,071-0,084 mm-dir. Prefarinks 0,042-0,046 mm olub, oval farinkslə birləşir, ölçüsü 0,084-0,099х0,054-0,72 mm-dir.