SD

Security Descriptor Təhlükəsizlik təsviri
Scrambler
SDLC
OBASTAN VİKİ
.sd
.sd — Sudanın internet kodu.
SD Compostela
SD Compostela — İspaniyanın futbol klubu.
2S25 Sprut SD
İstehsalçı: Rusiya İstehsalçı fima: Volqoqrad traktor zavodu Tip: Amfibiya özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1984 – 2010 Xidmətə giriş ili: 2005 – günümüzə Ekipaj: 3 nəfər İstehsal sayı: 36 ədəd Özüyeriyən tank əleyhinə qurğu 2S25 “Sprut-SD” Suvorov öz növbəsində bildirir ki, BTR-90 Rusiya ordusunun silahlanmasına qəbul edildiyi zaman təkərli bir tank yaratmaq ideyası mövcud idi. Onun sözlərinə görə, yükgötürmə qabiliyyətinə görə ona güclü bir top yerləşdirmək mümkün idi, perspektivdə isə “Sprut” qülləsini top ilə birgə yerləşdirmək qərara alındı, bu isə təkərli tank demək idi. Sergey Suvorov: “2A46 topunu “Sprut” üçün uyğunlaşdırarkən qüllənin topun geri təpməsi anında, topla birlikdə korpusdan ayrılmasını önləmək üçün “təpmə əleyhinə qurğu”dan istifadə etdilər. Yeni qurğularda Qərbdəkilərdən fərqli olaraq ağız əyləcindən istifadə edilmədi. Burada hər şey qurğunun öz hesabına baş verirdi”. Haşiyə: “Sprut” haqqında 2S25 “Sprut-SD” baza modeli – tank əleyhinə təyyarələrdən paraşüt ilə endirilə bilən 125 mm çaplı tank əleyhinə özüyeriyən topdur. Bu texnikalar hava desant qoşunlarının, dəniz piyadaları və xüsusi təyinatlı qüvvələrdə istifadə üçün nəzərdə tutulub. “Sprut-SD” döyüş nəqliyyat vasitələrinin hidropnevmatik asqısı kobud yolsuz ərazilərdə 70 km/saata qədər sürətlə hərəkət etməyə imkan verir. Bu hərbi vasitə 2000-ci ilin ikinci yarısında silahlanmaya qəbul edilmişdir. == Ölçülər == Ağırlığı: 18 ton Uzunluğu: 7.08 m Lülə daxil olmaqla: 9.77 m Lülənin uzunluğu: 6.38 m Eni: 3.15 m Hündürlüyü: 3.05 m Klirens: 0.50 m == Müdafiə == Zireh: homogen polad zireh 81 mm sis bombaları == Performans == Zəminə təzyiq: 0,53 kq/sm ² Dalış dərinliyi: üzən Xəndək keçmə: 2.3 m Divar dağıtmaq: 0.8l Mühərrik: 2V-062S dizel At gücü: 510 at gücü Maksimal sürət: 71 km/saat Mənzili: 500 km Dayandırılması: dəyişən hündürlüyə nəzarət edən hidravlik körpü == Silahlanma == Əsas silahı: 125 mm “2A75” yivsiz topu Kalibr: 125 mm Lülənin qalxma bucağı: -3º...
Sd.Kfz. 251
Sd.Kfz. 251 (Sonderkraftfahrzeug 251, Schützenpanzerwagen ) İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi zamanı istifadə edilmış olan yarımtırtıllı zirehli personal daşıyıcısıdır (ZPT). Bu maşın birinci dəfə İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının Hanomag şirkəti tərəfindən hazırlanmış və istehsal edilmiş zirehli döyüş maşınıdır. Bu maşınlardan müharibə zamanı 15 mindən çox istehsal edilmişdir. Bu avtomobilin ilkin istehsal olunmuş olan modelləri 1939-cu ildə 1-ci Panzer Diviziyasına verilmişdir. Avtomobilin bir çox variantı olan dörd əsas modeli (A - D) mövcud idi. Bu avtomobilin istehsalında olan əsas məqsəd piyada dəstəsini düşmənin bəzi atıcı silahlarının və artilleriya atəşinin təsirlərindən mühafizə edərək döyüş meydanına çatdırmaq idi. Maşının üstünün açıq vəziyyətdə olması personalın hələ də havada partlayan sursatlara qarşı xüsusilə həssas olduğundan xəbər verirdi. İlk iki modeldən az sayda istehsal edilmiədir. C modeli daha çox sayda istehsal edilmiş olsa da, yüngül silahların təsirindən effektiv müdafiəni təmin etmək üçün hazırlanmış çoxbucaqlı örtüklər bu modeli istehsal olunması üçün olduqca mürəkkəb bir vəziyyətə gətirmişdir.
Təhlükəsizlik xidməti (SD)
Təhlükəsizlik xidməti (SD) (alm. Sicherheitsdienst‎) Nasist Partiyası və SS-in, həmçinin RSHA-nın (Silahlı Polis Kəşfiyyat İdarəsi) tabeliyində olan alt təşkilat. Sicherheitsdienst 1931-ci ildə Henrix Himmler tərəfindən Nasist Partiyasının öz kəşfiyyat və təhlükəsizlik qurumuna ehtiyacının olması inancı ilə quruldu və İkinci Dünya Müharibəsinin başlaması ilə Gestapo ilə birlikdə RSHA-nın nəzarəti altında idi. Himmler 1942-ci ildə SD-nin rəhbərliyinə gəlmiş və növbəti il Ernst Kaltenbrunneri əvəz etmişdir. SD ilə Almaniyanın hərbi kəşfiyyat orqanı Abwehr arasında hər zaman ciddi bir rəqabət var idi, lakin bu rəqabət 1944-cü ilin iyununda Himmler tərəfindən SD-də Abwehr-in əridilməsi ilə sona çatmışdır. SD, Nürnberq Məhkəmələrində cinayət təşkilatı olaraq tanınmış və bu da zəruri sayılan bütün üzvlərinin və idarəçilərinin məhkəmə tərəfindən istintaqa cəlb edilməsinə səbəb olmuşdur. Sicherheitsdienst nasistlər tərəfindən Sovet hərbi əsirlərinə qarşı törədilən cinayətlərin çoxunu icra etmişdir.
Mini-lab SDU
"Mini-lab SDU" — Sumqayıt Dövlət Universitetində hazırlanmış müasir rəqəmsal/analoq treyner elektron cihazı. Qısaca adı "Mini-lab SDU" olan "Mini lab rəqəmsal/analoq treyner adlanan elektron cihaz" 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır. Analoji cihazlardan Qərb universitetlərində, kolleclərdə elektronika və avtomatika mühəndisliyi hazırlığında istifadə olunur. Ölçülərinə və funksiyalarına görə xarici analoqlarından fərqlənən "Mini-lab SDU" nəzəriyyənin praktikaya tətbiqini asanlaşdırmaqla yanaşı, tələbələrə praktiki vərdişlər əldə etmək imkanı da yaradır. Həm elmi və tədris laboratoriyalarında, həm də ev şəraitində istifadə oluna bilər. Mini-lab dövrələri qurmaq və test etmək üçün lazım olan test cihazlarını özündə birləşdirir. Tələbələrin belə tədris texnologiyalarından istifadəsi gələcəkdə mühəndis kadrlarının sənayenin müxtəlif sahələrində daha uğurla çalışmasını imkan verməklə yanaşı, universitetlərdə də tələbə yaradıcılıq fəaliyyətini xeyli canlandırmış olar.
SDA Bokkoni Menecment məktəbi
SDA Bokkoni Menecment məktəbi (ing. SDA Bocconi School of Management) — Bokkoni Universitetinin biznes məktəbi. İtaliyanın Milan şəhərində yerləşir. 1971-ci ildə yaradılmışdır. Burada təhsil almaqla tələbələr MBA diplomunu əldə edilə bilələr. Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.
SDQ
Suriya Demokratik Qüvvələri (abr. SDQ, ərəb. قوات سوريا الديمقراطية‎, translit. Qüvvət Suriya əl-Dimukratiyə, abr. QSD, kürd. Hêzên Sûriya Demokratîk, klass. süry. ܚܝ̈ܠܘܬܐ ܕܣܘܪܝܐ ܕܝܡܩܪܛܝܬܐ, translit. Ḥaylavoto d'Suriya Demokraṭoyto, abr. HSD, ing.
SDRAM
SDRAM(synchronous dynamic random access memory,синхронная динамическая память с произвольным доступом,eş zamanlı dinamik rastgele erişimli bellek,ixtiyari erişimli sinxron dinamik yaddaş)– kompüterdə operativ yaddaş kimi istifadə olunan yaddasaxlama qurğusu. Kütləvi istehsalına 1993-cü ildə başlanılıb. Verilənlərin asinxron mübadiləsinin istifadə olunduğu başqa növ DRAM yaddaşlardan fərqli olaraq, SDRAM qurğusuna daxil olan idarəedici siqnala cavab dərhal geri qaytarılmır, yalnız növbəti takt siqnalı alındıqdan sonra qaytarılır.SDRAM sinxron interfeysə malikdir ki, nəzarət girişlərində dəyişikliklər saat girişinin artan kənarından sonra tanınır. JEDEC tərəfindən standartlaşdırılmış SDRAM ailələrində, saat siqnalı gələn əmrlərə cavab verən daxili sonlu dövlət maşınının gücləndirilməsini nəzarət edir.Bu əmrlər, yeni əmrlər alınarkən daha əvvəl başlayan əməliyyatları tamamlayaraq, performansı artırmaq üçün boru şəklində ola bilər. Yaddaş bir neçə eyni ölçülü, lakin müstəqil bölmələrə bölünür.SDRAM geniş şəkildə kompüterlərdə istifadə olunur. Orijinal SDRAM-dan başqa, ikiqat məlumat dərəcəsi RAM-lərinin gələcək nəsilləri 2014-cü ilin ikinci yarısında yayımlanan ən son nəsil (DDR4) ilə - DDR (DDR1), DDR2, DDR3 və DDR4 kimi kütləvi bazarlara daxil olmuşlar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 755 s.
SDU
Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır. Universitetdə 7 fakültə mövcuddur: İqtisadiyyat və idarəetmə; Fizika və elektroenergetika; Tarix və coğrafiya; Filologiya; Mühəndislik; Riyaziyyat; Kimya və biologiya.
Yugoimport SDPR
Yugoimport–SDPR (serb dilində: Југоимпорт–СДПР, rom: Jugoimport–SDPR) Serbiyaada dövlətə məxsus silah istehsalçısı, eləcə də müdafiə ilə bağlı avadanlıqların idxalı və ixracı üzrə vasitəçi şirkətdir. Şirkətin baş ofisi Belqradda, istehsal müəssisələri isə Velika Plana, Kuršumlija, Uzići və Pančevo şəhərlərində yerləşir. Şirkət 1949-cu ildə Yuqoslaviyanın Baş Naziri İosip Broz Titonun fərmanı ilə yaradılmış və əsas məqsədi yerli hərbi sənayenin ehtiyacları üçün ehtiyat hissələr və xammal idxal etmək idi. Zaman keçdikcə yerli istehsal daxili bazarın tələbatını üstələmiş və bundan sonra da, Yugoimport xarici bazarlara yönəlməyə başlamışdır. Yugoimport 1953-cü ildən silah ixracına başlamışdır. 1974-cü ildə qəbul edilmiş olan dövlət qərarı ilə silahların idxalı və ixracı ilə bağlı işlər Yugoimportun da iştirak etdiyi yeni yaradılmış Satınalmalar üzrə Federal İdarə (Savezni direktorat za nabavke) çərçivəsində mərkəzləşdirilmişdir. Bir neçə yenidənqurma prosesindən sonra Yugoimport-SDPR tam dövlət şirkətinə çevrilmişdir. Şirkət öz tarixi ərzində silah, avadanlıq və texnologiya ticarəti vasitəsilə təqribən 22 milyard dollarlıq biznes balansı yaratmışdır. Şirkət müdafiə avadanlığının idxalı və ixracı, eləcə də texnologiya transferləri sahəsində Serbiya hökumətini və Serbiya hərbi-sənaye kompleksinin nümayəndəsi olan yeganə vasitəçi şirkətdir (məsələn, M-87 Oganj RYAS üçün İraq, qumbaraatanlar üçün Azərbaycan, kiçik çaplı döyüş sursatları üçün Hindistan və Əlcəzair kimi xarici müştərilərə istehsal lisenziyaları satılması). Yugoimport, Səddam Hüseyn rejimi dövründə İraq üçün hava limanları, xəstəxanalar, komanda məntəqələri daxil olmaqla dünyanın bir çox ölkəsində bir çox hərbi və mülki obyektlər tikmişdir.
Sde Boker
Sde Boker (ivr. ‏שְׂדֵה בּוֹקֵר‏‎; ərəb. سديه بوكير‎) — İsraildə şəhər, cənub əyalətində yerləşən Negev səhrasındadır. Onun yaxınlığında ölkənin ən böyük Ben Qurion adına Beynəlxalq Hava Limanı yerləşir. == Əhalisi == Ben-Qurionun məzarı Sede Bukerdə yerləşir. Komeh (ev) İsrailin ilk baş naziri David Ben-Qurion tərəfindən özü və həyat yoldaşı Paula üçün tikilmişdir. Sde Boker həm də bədəvi çadırları ilə məşhurdur. 2014-cü ildə Midburn festivalına ev sahibliyi etmişdir. 27 mart 2022-ci ildə Sde Boker ABŞ, Bəhreyn, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Misirin xarici işlər nazirlərinin "Negev Sammiti"nin keçirildiyi yer olmuşdur.