SEÇKİÇİLƏR
mürəkkəb seçki prosesinə malik olan, dolayı seçki prosesinə malik olan (buna alternativ: birbaşa seçkidir) dövlətlərdə (ABŞ, Fransa, Finlandiya, Almanya və s. oktyabr inqilabına qədər Rusiyada) dövlətin Ali hakimiyət orqanlarına və, yaxud müəyyən vəzifələrinə seçmək hüququna malik olan şəxslər. Belə dövlətlərdə, namizədləri həmin vəzifələrə xalq birbaşa seçmir, namizədlər ya onları (ABŞ-da Prezident) seçmək üçün xalq tərəfindən məxsusi seçilmiş S. seçirlər və, yaxud (Fransada senat seçkiləri zamanı) seçmək üçün müəyyən vəzifə tutan (Fransada Baş şuraların üzvləri) şəxslər (S.-lər) seçirlər.