SEÇKİLƏR

(siyasi seçkilər) demokratiyanın postulatı; etimad əsasında, müəyyən qaydalar daxilində, seçməyə səlahiyyəti çatan vətəndaşların iki və ya daha çox seçmə (alternativ) imkanları şəraitində miqyasına görə, dövlətin Ali hakimiyyət orqanlarına, bəzi hallarda beynəlxalq təşkilatlarına, Bələdiyyələrə, partiyadaxilinə və digər təşkilatların yüksək vəzifələrinə namizədləri seçməyə, eləcə də konfranslara, təmsilçi yığıncaqlara nümayəndələri seçməyə və, yaxud referendumda müəyyən mövqeyi seçməyə şərait yaradan üsul və vasitələrin ümumi prossesi. Hər bir təşkilatın, birliyin özünün daxili prosedur qaydası vardır, lakin dövlət əhəmiyyətli seçki və referendumlara seçkilərin təyin edilməsini, seçki komissiyalarının (mərkəzdə və yerlərdə) təşkil edilməsini, seçki dairələrinin (məntəqələrinin) təşkil edilməsini, seçicilərin siyahısının tərtibatını, namizədlərin irəli sürülməsi və qeydiyyatını, seçkiqabağı təbliğat-təşviqat kompaniyasının aparılmasını, səsvermənin və ya referendumun keçirilməsini, səslərin hesablanmasını, seçkilərin nəticələrini rəsmən qeydiyata alınmasını və bəyan edilməsini və əgər lazım gələrsə, səsvermənin təkrar keçirməsini (və əlavə olaraq, seçkilərin nəticələrinə görə təntənəli surətdə hüquqi qüvvəyə minməsi mərasimin keçirilməsini) daхil etmək olar.
SEÇKİÇİLƏR
SEKULYARİZASİYA
OBASTAN VİKİ
Gürcüstanda seçkilər
Gürcüstanda seçkilər — seçkilərin nəticələri haqqında məlumat verir. Seçkilər, vəzifəyə namizədlərin seçilməsi üçün səsvermə prosesidir. Demokratiyanın qanunverici orqanda, bəzən də icra və məhkəmə orqanlarında seçkili vəzifələri doldurduğu və seçicilərin yerli hökumət rəsmilərini seçdiyi mexanizmdir. Gürcüstan milli səviyyədə dövlət başçısı - prezidenti və qanunverici orqanı seçir. Prezident xalq tərəfindən 5 il müddətinə seçilir. Gürcüstan Parlamenti dörd il müddətinə seçilən 150 deputatdan, 77 nisbətlə proporsional, 73 mandat isə birmandatlı seçki dairələrindən ibarətdir. 2019-cu ilin yayında Gürcüstanda keçirilən etiraz aksiyaları daha proporsional sistemə keçməyi tələb etdi (birmandatlı seçki dairələrinin ləğv edilməsi) və bunun üçün "Gürcü Arzusu" partiyasının lideri Bidzina İvanişvilinin sözünü verdi. Ancaq 2019-cu ilin noyabr ayında ayrı-ayrı millət vəkilləri yeni etirazlara səbəb olan seçki sistemini dəyişdirmək haqqında qanun layihəsinin əleyhinə səs verdilər. == Statistika == 1990-cı ildən bu yana Gürcüstanda beş seçki, yeddi parlament, yeddi Acarıstan Ali Məclisinə və dörd yerli idarəetmə orqanına seçkilər olmaqla 22 seçki keçirildi; referendum və plebisit də təşkil olumuşdur. Ən çox qeydə alınmış seçici sayı (3.594.810) 26 may 1991-ci ildə keçirilən prezident seçkilərində iştirak etdi.
Moldovada seçkilər
Moldovada seçkilər — Moldova Respublikasında keçirilən seçkilərə verilən ad. Moldovoda seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofte 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.
Nümayişi seçkilər
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. What Are Sham Elections?
Qazaxıstanda seçkilər
Qazaxıstanda seçkilər iki qurula, Məclis və Senata ayrılmış bir Prezident və Parlamentin seçilməsi üçün milli səviyyədə keçirilir. Yerli seçkilər beş ildən bir keçirilir. Seçkilər Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilir. Qazaxıstanda ondan çox siyasi partiya var. Bundan əlavə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, 1999-cu ildən bəri parlament və prezident seçkilərini izləmək üçün ölkədəki seçki nəzarətçilərini yerləşdirdi. Seçkilərdə bir çox qazax seçicisinə elektron səs maşınlarında və ya kağız bülletenlərdə səs vermək seçimi təklif edildi. Hər səsvermə yerində bir böyük və iki portativ kiçik seçki qutusu var. Bunun səbəbi əlil vətəndaşların da səs verə bilməsidir. Ayrıca, sandıqların bir hissəsi doldurma problemi üçün şəffafdır. Elektron səsvermə Belarusiya və Qazaxıstanda hazırlanmış AIS "Sailau" elektron səsvermə sisteminə əsaslanır.
Almaniyada seçkilər
== Maliyyələşmə == Almaniyada seçki kampaniyaları vaxtı partiyaların maliyyələşməsi onların populyarlıq reytinqinə görə aparılır. Reytinq seçkilərdə qazandıqları nəticələrə görə nəzərə alınır. Burada dövlət subsidiyalarının maksimal həddi 133 milyon avrodur. 2006-cı ildə dövlət subsidiyalarını ən çox iki partiya XDİ (44.5 milyon avro) və SDP (43 mln. avro) alıb.
Azərbaycanda seçkilər
Azərbaycan Respublikasında seçkilər — Azərbaycan Respublikasında prezident seçkiləri, parlament seçkiləri və yerli seçkiləri haqqında məlumat verir. Azərbaycan Respublikasında dövlət başçısı — Azərbaycan Respublikası Prezidenti, ali qanunverici orqan — Azərbaycan Respublikası Milli Məclisi və yerli idarə orqanı — bələdiyyələr, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər. 2002-ci ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, 100 deputat majoritar seçki sistemi ilə seçilib və 25 deputat proporsional seçki sistemi ilə seçilib. Milli Məclis seçkilərində siyasi partiyalar və müstəqil deputatlar mandat qazanmaq üçün yarışır. Azərbaycan Respublikası Prezidenti, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir və prezidentin seçilmə sayına məhdudiyyət yoxdur. 2009-cu ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi. 1 sentyabr 2024-cü ildə son parlament seçkiləri keçirilib. 7 fevral 2024-cü ildə isə son prezident seçkiləri keçirilib.
İngiltərədə seçkilər
Seçki kampaniyaları vaxtı İngiltərədə partiyalar 2002-ci ildən etibarən inkişaf üçün hökumət qrantı alırlar. Bu qrantın ümumi fondu 2 milyon funt təşkil edir. Seçkiləri qazanan və parlamentdə təmsil olunmuş üç partiyanın hər biri ayrı-ayrılıqda 458 min funt alır.
Karusel (seçkilər)
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
ABŞ-da seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
Böyük Britaniyada seçkilər
== Maliyyələşmə == Böyük Britaniyada isə seçki 2000 –ci ildə qəbul edilmiş siyasi partiyalar, seçkilər və referndum haqqında qəbul edilmiş qanunla tənzimlənir. Seçki Komissiyası partiyaların seçki ilə bağlı maliyyə işlərini tənzimləyir. Seçki kampaniyası zamanı hər bir partiya dövlətin hesabına poçt göndərişlərini edə bilər. Bundan başqa partiyalar bələdiyyə mülkiyyətindən (məktəblərdən, kitabxanalardan və s) öz təbliğat tədbirlərinin keçiriliməsi üçün pulsuz istifadə edə bilər. Həmçinin partiyalar BBC-nin efirindən pulsuz efir vaxtı əldə edirlər. Seçkilər zamanı partiya bir seçki dairsində öz namizədinə 30 min funt-sterlinqdən artıq xərcləyə bilməz. Bununla yanaşı, partiyalar ümümmilli kampaniyalar keçirərkən nə qədər istəslər pul xərcləyə bilərlər. 2005-ci ildə İngiltərədə keçirilən parlament seçkilərində partiyalar 42 milyon funt xərcləyib. Bu seçkilər zamanəı mühafizəkarların 13 milyon funt ianə toplaya bilmişdilər.
Şimali Koreyada seçkilər
Şimali Koreyada seçkilər 4-5 ildən bir, ölkənin milli qanunverici orqanı olan Ali Xalq Məclisi (SPA) üçün və hər dörd ildən bir Yerli Xalq Məclisləri üçün keçirilir. Bütün yerləri Vətəni Birləşdirmək üçün Demokratik Cəbhə qazanır . Koreyanın qurucu və hakim İşçi Partiyası Cəbhədə üstünlük təşkil edir və yerlərin 87,5% -ni tutur, Koreya Sosial Demokrat Partiyası % 7,4, Chondoist Chongu Partiyası % 3,2, müstəqil millət vəkilləri isə% 1,9 təşkil edir. Rəsmi məlumatlara görə, seçkilərdə iştirak 100% -ə yaxındır və Demokratik Cəbhə namizədlərinin təsdiqlənməsi yekdildir. Hər bülletendə yalnız bir namizəd görünür. Seçkilər guya gizli səsvermə yolu ilə aparılır və bir seçici öz əleyhinə səs vermək üçün namizədin adının üstündən xətt çəkə bilər, lakin bunu gizli saxlayaraq adını silməklə etməlidir. Səsvermə məcburidir və iştirak adətən 100% -ə yaxındır. Ali Xalq Məclisinin üzvləri beş illik müddətə seçilir və SPA sessiyalarında ildə on günə qədər toplanırlar. Ali Xalq Məclisi, Məclis iclasda olmadıqda qanunverici funksiyaları həyata keçirən Rəyasət Heyəti olaraq bilinən daimi bir komitə seçir. Milli Müdafiə Komissiyasının sədrini, ölkənin icra başçısını və baş naziri seçir.
ABŞ-də seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
Türkiyədə ümumi seçkilər (2018)
2018-ci ildə Türkiyə Respublikasında ümumi seçkilər — Türkiyə Respublikasında həm prezident postu, həm də parlament üçün keçirilməsi nəzərdə tutulan III rəsmi ümumilli seçki. Növbədənkənar seçkilər 3 noyabr 2019-cu ildə keçiriləcəkdi, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə verdiyi qərar ilə seçkilər 24 iyun 2018-ci ildə keçirilmişdir. Prezident seçkiləri mütləq əksəriyyət sistemi ilə keçiriləcək. Birinci seçkilər 24 iyunda, ikinci seçkilərsə, zəruridirsə, 8 iyulda keçiriləcək. Parlament seçkiləri Türkiyə Böyük Millət Məclisinə 600 millət vəkili seçmək üçün keçiriləcək. İqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP və ya AK Parti) və Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dövlət Quruluşunu parlament sistemindən icraedici prezidentlik sisteminə dəyişdirəcək bir siyasəti dəstəkləyirdi. Milliyətçi Hərəkat Partiyasının (MHP) dəstəyi ilə hökumət parlamentdə referendum həyata keçirmə qərarını qəbul edə bilmişdi. Qəbul edilən qərara görə referendum 16 aprel 2017-ci ildə keçiriləcəkdi. İrəli sürülən konstitusiya dəyişiklikləri təklifinə görə parlament və prezident seçkiləri hər beş ildən bir eyni gündə keçiriləcəkdi. Böyük Millət Məclisindəki ümumi millət vəkillərinin sayının 550-dən 600-ə yüksəldilməsinə baxmayaraq, parlamentin qanunverici qüvvələri olduqca azaldılmışdı.
Ümumrusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Venesuelada regional seçkilər (2017)
Venesuelada ölkənin bütün 23 ştatının qubernatorlarının seçildiyi regional seçkilər 2017-ci il oktyabrın 15-də keçirilib. Bu, əyalət qubernatorlarının ilk dəfə seçildiyi 1989-cu ildən bəri ölkə tarixində doqquzuncu regional seçkilər idi.: Seçici fəallığı 61 faiz olub. Əksər ştatlarda (23-dən 18-i) hakim Venesuela Birləşmiş Sosialist Partiyası qalib gəldi [⇨]. Beş ştatda "Demokratik birliyin dəyirmi masası" müxalifət koalisiyasının namizədləri qalib gəldi, lakin Zulia əyalətində qalib gələn müxalifətçi ştatın qubernatoru olmadı və təkrar seçkilərin nəticələrinə görə, hakim partiya Zulia qubernatoru oldu. Ölkədəki kəskin böhran fonunda keçirilən seçkilər həm səsvermədən əvvəl, həm də ondan sonra qalmaqallarla müşayiət olundu və bu, həm Venesuela daxilində, həm də beynəlxalq aləmdə qarışıq reaksiyaya səbəb oldu. Venesuela müxalifəti, ABŞ, Amerika Dövlətləri Təşkilatı və Avropa İttifaqının nümayəndələri seçkilərin nəticələrini şübhə altına alıblar (yaxud onların nəticələrini ümumiyyətlə tanımayıblar), Boliviya, Kuba və Nikaraqua liderləri isə Venesuela hakimiyyətini qələbə münasibətilə təbrik ediblər. 2016 Səsvermənin əvvəlcə 2016-cı ilin dekabrında — əvvəlki seçkilərdən 4 il sonra keçiriləcəyi gözlənilirdi. 23 qubernatorluqdan 20-nə nəzarət edən hakim partiyanın seçkilərdə sarsıdıcı məğlubiyyətə uğrayacağı güman edilirdi.[2] 2016-cı ilin iyununda 11 dekabr qeyri-rəsmi olaraq seçkilər üçün ehtimal olunan müvəqqəti tarix kimi qeyd olundu, lakin bu tarix rəsmi olaraq təsdiqlənmədi. Müxalifətdən olan deputat Edqar Zambrano[es] bildirib ki, müxalifət koalisiyası üçün prioritet prezident Nikolas Maduronun geri çağırılması ilə bağlı referendum keçirməkdir, lakin müxalifət bir il ərzində iki kampaniyaya hazırdır[3]. Müxalifət təşkilatı Súmate[es] (Avqust 2016) məlumatına görə, Venesuela Milli Seçki Şurası (NEC), Venesuela Konstitusiyasına uyğun olaraq, seçkilərin təxirə salınması və 2016-cı ilin dekabrında seçki keçirməyə borclu idi.
Argentinada ümumi seçkilər (2023)
22 oktyabr 2023-cü il tarixində Argentinada prezident, vitse-prezident və Milli Konqres üzvlərini müəyyən etmək məqsədilə ümumi seçkilər keçirilmişdir.
Pakistanda ümumi seçkilər (2024)
Pakistanda 2023-də keçirilməsi planlanan ümumi seçkilər 8 fevral 2024-cü il tarixində baş tutmuşdur.
Türkiyədə yerli seçkilər (2024)
Türkiyədə növbəti yerli seçkilərin 31 mart 2024-cü il tarixində olması planlaşdırılır.
Türkiyədə ümumi seçkilər (2023)
14 may 2023-cü il tarixində Türkiyədə prezidenti və parlament üzvlərini müəyyən etmək məqsədilə ümumi seçkilər keçirilmişdir.
Türkiyədə növbəti ümumi seçkilər
Türkiyə Respublikasında ümumi seçkilər (2018)
2018-ci ildə Türkiyə Respublikasında ümumi seçkilər — Türkiyə Respublikasında həm prezident postu, həm də parlament üçün keçirilməsi nəzərdə tutulan III rəsmi ümumilli seçki. Növbədənkənar seçkilər 3 noyabr 2019-cu ildə keçiriləcəkdi, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə verdiyi qərar ilə seçkilər 24 iyun 2018-ci ildə keçirilmişdir. Prezident seçkiləri mütləq əksəriyyət sistemi ilə keçiriləcək. Birinci seçkilər 24 iyunda, ikinci seçkilərsə, zəruridirsə, 8 iyulda keçiriləcək. Parlament seçkiləri Türkiyə Böyük Millət Məclisinə 600 millət vəkili seçmək üçün keçiriləcək. İqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP və ya AK Parti) və Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dövlət Quruluşunu parlament sistemindən icraedici prezidentlik sisteminə dəyişdirəcək bir siyasəti dəstəkləyirdi. Milliyətçi Hərəkat Partiyasının (MHP) dəstəyi ilə hökumət parlamentdə referendum həyata keçirmə qərarını qəbul edə bilmişdi. Qəbul edilən qərara görə referendum 16 aprel 2017-ci ildə keçiriləcəkdi. İrəli sürülən konstitusiya dəyişiklikləri təklifinə görə parlament və prezident seçkiləri hər beş ildən bir eyni gündə keçiriləcəkdi. Böyük Millət Məclisindəki ümumi millət vəkillərinin sayının 550-dən 600-ə yüksəldilməsinə baxmayaraq, parlamentin qanunverici qüvvələri olduqca azaldılmışdı.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Bakı Şəhər Dumasına seçkilər (1917)
Bakı Şəhər Dumasına seçkilər — 29 oktyabr (11 noyabr) 1917-ci il tarixində Bakı Şəhər Dumasına keçirilən seçkilər. Bakı Rusiyada 1917-ci ildə yerli duma seçkiləri keçirilən sonuncu böyük şəhər olub. Səsvermə Oktyabr inqilabı başlayandan sonra keçirilib. == Zəmin == 1915-ci il aprelin 28-də Bakı Şəhər Duması yeni dumaya seçkiləri müharibənin sonuna qədər təxirə salmaq qərarına gəldi. Qərar 16 yanvar 1916-cı ildə təsdiq edildi. Lakin 1917-ci il Fevral inqilabı zamanı çar hakimiyyətinin devrilməsi ilə yerli seçkilər məsələsi yenidən gündəmə gəldi. Müvəqqəti hökumət ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə şəhər dumalarına seçkilərin keçirilməsi üçün qərar qəbul etdi. Lakin Bakıda şəhər dumasına seçkilərin keçirilməsi uzun müddət ləngidi. 1917-ci ilin sentyabrında Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) şəhər dumasına təcili seçkilərin keçirilməsi tələblərini qəbul etdi. Ancaq şəhərin sərhədləri dəyişmədi və sənaye məhəllələri şəhərdən kənarda qaldı.
Bakı Şəhər Dumasına seçkilər (1878)
Bakı Şəhər Dumasına seçkilər — yuli təqvimi ilə 1877-ci ilin dekabr ayında Bakı Şəhər Dumasına keçirilən seçkilər. == Zəmin == Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Şəhər dumasının icraiyyə orqanı şəhər başçısının (və yaxud şəhər qolovasının) başçılıq etdiyi şəhər idarəsi (və yaxud şəhər upravası) idi. Şəhər başçısı, idarə üzvləri və katibi də iki qat seçki ilə seçilir və qubernator tərəfindən təsdiq edilirdi. Şəhər idarəsi adətən 3–4 nəfərdən ibarət olurdu. Onun tərkibinə hər millətdən bir nümayəndə seçilirdi. == Seçki sistemi == Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Fəhlələr, pedaqoqlar, müəllimlər, kiçik xidmətçilərin vergi vermək üçün mənzilləri olmasa seçki hüququndan yararlana bilmirdilər. Həmçinin, qadınlar da seçki hüququndan məhrum idilər.
Qars Şəhər Dumasına seçkilər (1917)
Qars Şəhər Dumasına seçkilər — 13 sentyabr (26 sentyabr) 1917-ci il tarixində Qars Şəhər Dumasına keçirilən seçkilər. == Zəmin == 12 aprel (24 aprel) 1877 tarixində Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan etdi, Balkan yarmadasında və Şərqi Anadolu ilə sərhəddə cəmlənən Rusiya ordusu bütün sərhədləri boyu hərbi əməliyyatlara başladı. 18 aprel (30 aprel) 1877 tarixində Bəyazid , 5 may (17 may) 1877 tarixində Ərdahan, 23 may (4 iyun) 1877 tarixində Qarakilsə , 6 noyabr (18 noyabr) 1877 tarixində Qars, 5 dekabr (17 dekabr) 1877 tarixində Ardanuç, 8 dekabr (20 dekabr) 1877 tarixində Xınısqala , 28 dekabr 1877 (9 yanvar 1878) tarixində Malazgird şəhərləri işğal olundu, 30 dekabr 1878 (11 yanvar 1878) tarixində Ərzurum şəhəri mühasirəyə alındı. Güclü müqavimət rusları şəhərə həlledici hücumdan çəkindirdi. 2 dekabr (14 dekabr) 1877 tarixindən 1878-ci ilin yanvar ayının sonunadək daha fəal hərbi əməliyyatlar keçirərək bəzi məntəqələri və bir-neçə yaxınlıqdakı kəndləri tuta bilən rus ordusu Batumu ələ keçirə bilməmişdi. 20 yanvar (1 fevral) 1878 tarixində Osmanlı – Rusiya razılaşmasına əsasən bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmaq haqqında atəşkəs elan olundu, atəşkəsin şərtinə görə Osmanlı ordusu 10 fevral (22 fevral) 1878 tarixində Ərzurum şəhərindən çəkildi və ruslar şəhərə daxil oldular. 19 fevral (3 mart) 1878 tarixində Osmanlı ilə Rusiya arasında müharibəni sonlandıran San-Stefano sülhü imzalandı. 29 maddəlik sülhün 19-cu maddəsinə əsasən Erzurum vilayətinin Qars, Bəyazid, Çıldır sancaqları və Trabzon vilayətinin Batum sancağı Rusiyaya verilirdi. Qriqori təqvimi ilə 24 aprel 1877 – 3 mart 1878-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsini yekunlaşdıran və 1 iyul (13 iyul) 1878 tarixində imzalanmış Berlin traktatının 58-ci (LVIII) maddəsinə əsasən Rusiya İmperiyasına verilmiş Osmanlı İmperiyasının Ərzurum vilayətinin Qars və Çıldır (qismən) sancaqları əsasında, 1878-ci ildə Qars vilayəti yaradıldı. Bununla bərabər Ərzurum vilayətinin Ərzurum sancağının Aşağı Pasin (Pasin-i Süfla) qəzasının bir-neçə kəndi yeni yaradılan Qars vilayətinə daxil edilmiş, Çıldır sancağının Oltu qəzasından bəzi kəndlər isə Osmanlıya verilmişdi.
Ermənistan Respublikası Prezidenti seçkiləri (2013)
2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı. == Seçkidən əvvəl vəziyyət == Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.
Ermənistan Respublikası Prezidenti seçkiləri (2018)
2018-ci il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistanda prezident seçkisi. 2 mart 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirildi.2015-ci ilin Ermənistan konstitusiyası referendumunun nəticəsi olaraq prezident xalq tərəfindən yox,parlament tərəfindən seçildi.Referendumun digər bir nəticəsi isə, yeni seçilmiş prezidentin gəlişi ölkənin prezident respublikasından parlament respublikasına keçməsinin başlanğıcı olacaqdır. Eks-prezident Serj Sarkisyan Ermənistan Konstitusiyası tərəfindən növbəti dəfə yəni üçüncü dəfə seçilməsinə qadağa qoyuldu. Armen Sarkisyan 90 millət vəkilinin səsiylə asanlıqla seçkini qazanmışdır.
Ermənistanda Parlament seçkiləri (1919)
Ermənistanda Parlament seçkiləri — 21–23 iyun 1919-cu il tarixlərində Ermənistanda keçirilən seçkilər. İstifadə edilən seçki sistemi bir ümumi bölgədə D'Hondt metodundan istifadə edilərək partiya siyahısına mütənasib təmsilçilik idi. Nəticədə, 80 yerdən 72-sini Daşnaksutyun Partiyası qazandı. Azərbaycanlıları təmsil edən Müsəlmanların Partiyasız İttifaqı isə 3 yer qazandı. Lakin seçkilər Sosial Demokrat Hnçak Partiyası və xalqçılar tərəfindən boykot edildi. Seçici fəallığı% 71,2 idi. İlk Ermənistan Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonrakı illərdə çox partiyalı seçkilər keçirilmədi. İlk çox partiyalı seçki isə ancaq müstəqilliyin əldə edilməsindən sonra, 1995-ci ilə keçirildi.
Ermənistanda Prezident seçkiləri (2013)
2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı. == Seçkidən əvvəl vəziyyət == Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.
Ermənistanda Prezident seçkiləri (2018)
2018-ci il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistanda prezident seçkisi. 2 mart 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirildi.2015-ci ilin Ermənistan konstitusiyası referendumunun nəticəsi olaraq prezident xalq tərəfindən yox,parlament tərəfindən seçildi.Referendumun digər bir nəticəsi isə, yeni seçilmiş prezidentin gəlişi ölkənin prezident respublikasından parlament respublikasına keçməsinin başlanğıcı olacaqdır. Eks-prezident Serj Sarkisyan Ermənistan Konstitusiyası tərəfindən növbəti dəfə yəni üçüncü dəfə seçilməsinə qadağa qoyuldu. Armen Sarkisyan 90 millət vəkilinin səsiylə asanlıqla seçkini qazanmışdır.
Gürcüstan Respublikası Prezidenti seçkiləri (2018)
2018-ci il Gürcüstan Respublikası prezidenti seçkiləri — Gürcüstanda prezident seçkisi. Gürcüstan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan rəsmi ümumilli seçkidir. 2018-ci ilin oktyabr ayının 28-də keçirilib. == Seçki == Gürcüstan prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, beş il müddətinə gizli səsvermə yolu ilə seçilir. Seçkilərin keçirildiyi gün seçkidən ən az 60 gün əvvəl Gürcüstan Baş Naziri tərəfindən təyin edilir. Gürcüstan vətəndaşı 35 yaşından etibarən Gürcüstanın prezidenti namizədi ola bilər. Eyni zamanda, Gürcüstanda ən azı beş il, son üç ildə isə seçkilərin keçirilməsi üçün yaşamaq lazımdır. Eyni şəxs yalnız iki dəfə Gürcüstanın prezidenti seçilə bilər. Seçkidə iştirakçıların yarısından çoxunun səs vermiş Gürcüstan prezidentliyinə namizəddir. 5 yanvar 2018-ci ildə Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2018-ci il prezident seçkiləri üçün dövlət tərəfindən ayrılmış vəsaitlərin paylanmasının və istifadəsinin müəyyənləşdirilməsi haqqında qətnamə qəbul etmişdir.
Gürcüstan parlament seçkiləri (2012)
2012-ci il Gürcüstan Respublikası Parlament seçkilər — 1 oktyabr 2012 tarixində keçirilib. == Seçkilər == 150 deputat Parlamentə 4 illik müddətə seçilirdi. Bunlardan 73 nəfər majoritar, 77 nəfər isə proporsional sistemə uyğun olaraq seçilməli idi. Seçkilərdə əsas mübarizə prezident Mixail Saakaşvilinin sədrlik etdiyi iqtidarı təmsil edən Vahid Milli Hərəkat Partiyası və Bidzina İvanişvilinin yenicə yaratdığı Gürcü arzusu — Demokratik Gürcüstan müxalif bloku arasında gedirdi. Seçkilərin nəticələrinə əsasən "Gürcü Arzusu" qalib gəldi və parlamentin yeni çağırışında 85 mandat qazandı. Vahid Milli Hərəkat isə parlamentdə 65 təmsilçi qazandı. Gürcü Arzusunun sədri Bidzina İvanişvili yeni parlament tərəfindən Gürcüstan Respublikasının 10-cu baş naziri seçildi. == Nəticələr == == Seçkidən sonra == Seçkilərə əsasən yalnız iki partiya parlamentdə yer ala bildi. Gürcü Arzusu 85, Vahid Milli Hərəkat isə 65 yer aldı. Mixail Saakaşvili seçkilərdə məğlubiyyətini tanıdı və müxalifətə keçdiyini bildirdi.
Gürcüstanda Parlament seçkiləri (2012)

Gürcüstanda prezident seçkiləri (1995)
Gürcüstanda prezident seçkiləri (gürc. საქართველოს საპრეზიდენტო არჩევნები 1995) 5 noyabr 1995-ci ildə baş verdi. Nəticədə, qələbəni Gürcüstan Vətəndaşlar Birliyi partiyasının nümayəndəsi Eduard Şevardnadze qazandı, o, ümumi bülletenlərin 74,94% səsini topladı, seçki fəallığı 68,29% idi. Prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçmiş seçicilər ölkə əhalisinin təxminən 68%-ni təşkil edirdi. == Namizədlər == == Seçki sistemi == Gürcüstanın 1995-ci il Konstitusiyasına görə, prezident vəzifəsi ölkədə (1992-1995-ci illərdə Parlamentin Sədri idi), bir dəfə təkrar seçilmək imkanı ilə, 18 yaşına çatmış hər bir vətəndaşın seçki günü səs vermək hüququ vardı. Səbəbdən məhrum edilmiş və məhkəmə tərəfindən məhkum edilmiş şəxslərin səsvermə hüququ yox idi. Səsvermə isteğe bağlı idi. Ölkə ərazisində doğulan və ən azı 15 il əyalətdə yaşayan hər bir Gürcüstan vətəndaşı prezidentliyə namizəd ola bilər. Namizəd irəli sürmək hüququ təşəbbüs qruplarına və siyasi partiyalara məxsus idi. Hər bir namizəd 50.000 seçicinin imzası ilə dəstəklənməli, ərizəçinin yaşı ən azı 35 yaşında olmalı idi.
Gürcüstanda prezident seçkiləri (2018)
2018-ci il Gürcüstan Respublikası prezidenti seçkiləri — Gürcüstanda prezident seçkisi. Gürcüstan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan rəsmi ümumilli seçkidir. 2018-ci ilin oktyabr ayının 28-də keçirilib. == Seçki == Gürcüstan prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, beş il müddətinə gizli səsvermə yolu ilə seçilir. Seçkilərin keçirildiyi gün seçkidən ən az 60 gün əvvəl Gürcüstan Baş Naziri tərəfindən təyin edilir. Gürcüstan vətəndaşı 35 yaşından etibarən Gürcüstanın prezidenti namizədi ola bilər. Eyni zamanda, Gürcüstanda ən azı beş il, son üç ildə isə seçkilərin keçirilməsi üçün yaşamaq lazımdır. Eyni şəxs yalnız iki dəfə Gürcüstanın prezidenti seçilə bilər. Seçkidə iştirakçıların yarısından çoxunun səs vermiş Gürcüstan prezidentliyinə namizəddir. 5 yanvar 2018-ci ildə Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2018-ci il prezident seçkiləri üçün dövlət tərəfindən ayrılmış vəsaitlərin paylanmasının və istifadəsinin müəyyənləşdirilməsi haqqında qətnamə qəbul etmişdir.
Latviyada Prezident seçkiləri (1922)
Latviyada Prezident seçkiləri — 1922-ci ildə Latviyada baş tutan sayca 1-ci Prezident seçkiləri. == Məlumat == 1922-ci il noyabrın 14-də Latviya Prezidenti vəzifəsinə seçkilər baş tutdu. seçkilərə Latviya Seyminin 100 üzvündən 98-i qatıldı. seçkilərin yeganə namizədi olan "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste birinci turdaca Latviya Prezidenti seçildi. Onun lehinə 92 deputat, əleyhinə isə 6 deputat səs verdi. Yanis Çaqstenin andiçmə mərasimi noyabrın 18-də baş tutdu və onun səlahiyyət müddəti üç ili əhatə etdi.
Latviyada Prezident seçkiləri (1925)
== Nəticələri ==
Latviyada Prezident seçkiləri (2015)
Latviyada Prezident seçkiləri — 2015-ci ildə Latviyada baş tutan sayca 12-ci Prezident seçkiləri.
Latviyada Prezident seçkiləri (2019)
Latviyada Prezident seçkiləri — 2019-cu ildə Latviyada baş tutacaq sayca 14-cü Prezident seçkiləri.
Misir prezident seçkiləri (2014)
Misir prezident seçkiləri — Afrikada ən böyük dövlətlərdən olan Misirdə 2014-cü ilin 26 və 27 may tarixlərində keçiriləcək növbədənkənar prezident seçkiləri. Seçkilər Məhəmməd Morsinin hakimiyyətdən göndərilməsindən sonra mütləq şəkildə keçirilmişdir. Seçkilər zamanı iğtişaşların yaşanmaması üçün Misir polisləri bir aylıq səfərbər ediliblər. Prezident seçkilərində yalnız iki siyayəstçi iştirak etmişdi. Bunlar Misirin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi və tanınmış nasirçi sosialist Hamdeyn Səbbahi idi. Hamdeyn Səbbahiyə nisbətən Əbdülfəttahın tərəfdarlarının qat-qat çox olması seçkilərin nəticələrinin qabaqcadan təxmininə imkan yaradırdı. Prezident seçkiləri yalnız zəruri halda 16, 17 iyun tarixlərinə ərtələnə bilər. Bu seçkilərin keçirilməsi haqqında qərar 2013-cü ildə baş verən Misir inqilabından sonra 2014-cü ilin yanvarında keçirilən Misir konstitusiyası referendumunda qəbul edilmişdi. Bu qərarı ölkənin müvəqqəti prezidenti vəzifəsində olan Adil Mənsur açıqlamışdı. Ordunun 2013-cü ilin iyulunda onu taxdan salması bu qərarın qəbuluna gətirib çıxartdı.
Pakistan prezident seçkiləri (1965)
Pakistanda ilk dəfə prezident seçkiləri — 2 yanvar 1965-ci ildə keçirildi. Səsvermə dolayı olmalıdır, belə ki, Prezident Seçki Kollecini təşkil edən 80.000 "əsas demokratlar" tərəfindən seçilməli idi. Bu təməl Demokratlar, Bölmə, İlçə, Tehsil və ya Birlik məclislərində vəzifə yerinə yetirən demokratik şəkildə seçilmiş ictimai nümayəndələr idi. Seçkilərdə iki əsas partiya var idi: Müsəlman Birliyi Konvensiyası və Birləşmiş Müxalifət Partiyaları. Qarışıq Müxalifət Partiyaları beş əsas müxalifət partiyasından ibarət idi və parlament demokratiyasının bərpası və birbaşa seçkilərin və yetkin françayzonun tətbiqi olan doqquz bəndlik bir proqrama sahib idi. Qarışıq Müxalifət Partiyalarının vahid rəhbərliyi yox idi və buna görə də öz aralarından prezidentliyə namizəd seçmək iqtidarında deyildilər. Beləliklə, Fatimə Cinnəni Məhəmməd Əli Cinnah ilə əlaqələri səbəbindən mübahisəsiz bir lider olaraq görülən namizəd olaraq seçdilər. Bu vaxt, Müsəlman Birliyi Konvensiyası namizədi hazırkı prezident Məhəmməd Əyyub Xan idi.
Pakistan prezident seçkiləri (2004)
2004-cü il Pakistan prezident seçkiləri — Pakistan Seçki Kollegiyası tərəfindən 1 yanvar 2004-cü il tarixində keçirilmişdir. Pərviz Müşərrəf 1.170 səsdən 658-ni qazandı və Pakistan Konstitusiyasının 41-ci maddəsinin 8-ci bəndinə əsasən oktyabr ayına qədər prezident seçkisində "seçildi".
Pakistan prezident seçkiləri (2007)
Pakistan prezident seçkiləri (2007) — 6 oktyabr 2007-ci ildə Pakistanda prezident seçkiləri keçirildi. Bu, 2008-ci ildə keçiriləcək növbəti ümumi seçki üçün parlamentin dağılmasından əvvəl idi. Pakistan qanunverici orqanının çoxluğu Pərviz Müşərrəfi seçdi. Müşərrəfin qələbəsinin yaxın yekdilliklə iki əsas siyasi müxalifət lideri Navaz Şərif və Benazir Bhuttonun olmaması ilə mümkün oldu. Navaz Şərif, seçkidən əvvəl Pakistana qayıtmağa cəhd göstərmişdi, lakin mövcud rejimlə on il müddətində Pakistan və onun siyasətindən kənarda qalması ilə bağladığı müqaviləni kobud şəkildə pozduğuna görə hakim hökumət tərəfindən sürgün edildi. Benazir Bhutto da seçkilər üçün Pakistana qayıtmaq niyyətində olduğunu bildirmişdi, lakin nəticədə bunu etməmək qərarına gəlmişdi. Qərarının Müşərrəflə etdiyi bir razılaşmanın nəticəsi olduğu çox güman edilirdi.
Pakistan prezident seçkiləri (2008)
Pakistan prezident seçkiləri (2008) — Prezident seçkiləri 6 sentyabr 2008-ci ildə Pakistanda keçirildi. Pakistan Seçki Kolleci — Senatın, Milli Məclisin və Tehsil (bölgə) Baş Məclisinin birgə iclası, Prezident Pərviz Müşərrəfin istefasından sonra yeni bir prezident seçdi. Konstitusiyanın tələb etdiyi kimi, Müşərrəfin istefası ilə Məhəmməd Mian Samro Pakistan Senatının sədri vəzifəsindən avtomatik olaraq 18 avqust 2008-ci ildə prezident vəzifəsinə təyin edildi. Konstitusiya 30 gün ərzində yeni bir prezidentin Məclis tərəfindən seçilməsini tələb etdi; Samro Müşərrəfə sadiq hesab olunurdu və onun bu seçkidə yer alacağına əmin idi.
Pakistan prezident seçkiləri (2013)
Pakistan prezident seçkiləri — Pakistanın 12-ci prezidentini seçmək üçün 30 iyul 2013-cü ildə Pakistanda prezident seçkiləri keçirildi. Mövcud Prezident Asif Əli Zərdarinin səlahiyyət müddəti 8 sentyabr 2013-cü ildə başa çatacaqdı; və buna görə Pakistan Konstitusiyasının 41-ci maddəsi seçkilərin 8 avqust 2013-cü ildən gec olmayaraq keçirilməsini tələb edirdi. Pakistanın Seçki Kolleci — Senatın, Milli Məclisin və Tehsil (bölgə) Baş Məclisinin birgə iclası, ikinci dəfə vəzifəyə gəlməkdən imtina edən prezident Zərdarinin yerinə yeni prezident seçilməsi tapşırıldı. Pakistan Xalq Partiyası və müttəfiqləri prezident seçkisini boykot etdikdən sonra iki namizəd: Pakistan Müsəlman Liqası (N) tərəfindən dəstəklənən Mamnun Hüseyni və Pakistan Təhriki İnsaf tərəfindən dəstəklənən Vəcuhuddin Əhməd oldu. Aqralı Məmnun Hüseyn 432 səs çoxluğu ilə prezident seçildi. Seçkilər Pakistan tarixində ilk dəfə 2013-cü il Baş Seçkiləri ilə başlayan tarixi və demokratik bir keçidini tamamlayaraq, hazırkı Prezidentin vəzifədə olduğu dövrdə bir mülki Prezidentin seçildiyini göstərdi.
Pakistan prezident seçkiləri (2018)
Pakistanda Prezident seçkiləri 4 sentyabr 2018-ci ildə Pakistanın Lahor, Kəraçi, İslamabad, Pişəvər və Kvetta şəhərlərində keçirildi. Pakistan Müsəlman Liqası (N) partiyasının hazırkı prezidenti Məmnun Hüseyn ikinci 5 illik müddətə təkrar seçilmək hüququ qazandı, ancaq rədd edildi. Onun hazırkı müddəti 9 sentyabr 2018-ci ildə başa çatdı. 25 iyul 2018-ci ildə Pakistanda Milli Məclis üzvlərini seçmək üçün ümumi seçkilər edildi. Yeni seçilmiş məclis üzvləri yeni Prezidenti seçdilər. 4 sentyabr 2018-ci ildə Arif Alvi Pakistanın 13-cü Prezidenti seçildi.

Digər lüğətlərdə