Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pardaqlama
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Lentli pardaqlama dəzgahı
Lentli pardaqlama dəzgahı müstəvi, qabarıq və çökük sətlərin üzəri abarziv dənəciklərlə örtülmüş elastiki lentlə emalında tətbiq olunur. Lentli pardaqlama üsullarından asılı olaraq dəzgahlar emal olunan hissələrin növünə uyğun olaraq layihələndirilirlər. Onlar dairəvi, müstəvi və profil dəzgahlarına bölünürlər. Müstəvi lentli pardaqlama dəzgahları metal lövhələrin və lövhə şəkilli ağac hissələrin emalına yarayırlar. Pardaq lenti iki və ya üç diyircək arasında tarım çəkilir. Tarım qüvvəsi lentin enindən asılı olaraq 30÷90 N/cm arasında yerləşir. Lentin mərkəzləşməsi diyircəklərin çəlləkformalı hazırlanması ilə əldə edilir. Lent dayaq vasitəsilə emal olunan hissəyə sıxılır. Alət kimi elektrokorund və ya silisiumkarbid dənəcikli lentlərdən istifadə olunur. == Tətbiq sahəsi == Dairəvi lentli pardaqlama dəzgahlarında boru, çubuq, diyircək və çənlər emal edilir.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. == Quruluşu == Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Xarici dairəvi pardaqlama dəzgahı
Xarici dairəvi pardaqlama dəzgahı maşın hissələrinin silindrik xarici səthlərinin təmiz emalında istifadə olunur. === İşləmə prinsipi === Proses fasiləsiz olaraq pardaq dairəsinin doğuranı ilə hissə boyunca aparılır. Dəzgahda pəstah mərkəzlər arasında və ya patronda yeləşdirilib, bərkidilir. Pəstah pardaq dairəsinə nisbətən aşağı dövrlər sayında fırladılır. Dəzgahların konstruksiyası emal olunan hissələrin ölçüsündən asılı olur. Kiçik hissələr üçün nəzərdə tutulmuş dəzgahlarda, üzərində hissə bərkidlimiş stol uzununa hərəkəti icra edir. Pardaq dairəsi bərkidilmiş başlıq isə yalnız eninə veriş alır. Böyük (uzun) hissələrin emalında isə kinematik bölgü əksinə olur. Alət uzununa veriş, hissə bərkidilmiş stol isə eninə verişə malik olur. Dəzgahın əsas təşkiledici düyümləri pəstahın tutulub hərəkət etdirilməsi üçün patron qutusu, hissənin mərkəzləşdirilməsi və hərəkətini tənzimləyən dal aşıqdan ibarətdir.
Çarpazlama
Çarpazlama — Süni intellektin alt qolu olan Genetik alqoritmlərdə istifadə olunan əsas əməliyyatlardan biridir. Yeni gen düzülüşünün yaranması prosesidir ki, hansı ki, yeni gendə xromosomların bir qismi birinci gendən, digər qismi ikinci gendən gəlir. Genetik alqoritmlər yaradılarkən hansı vəziyyət daha sərfəli olacaqsa, o şəkildə də çarpazlama əməliyyatı həyata keçirilir. Məsələn çarpazlanacaq yerin seçimi, birdən çox yerdə çarpazlamanın aparılaması və.s kriteriyalar əməliyyat sırasında nəzərə alınır. Bunlardan bəziləri aşağıda verilmişdir.
Çardaqlar
Aşağı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Çardaqlar
Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər. == Mədəniyyəti == Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir. Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur. == Coğrafiyası və iqlimi == Ərazisi əsasən düzənlikdir. == Əhalisi == Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır.
Yuxarı Çardaqlar
Yuxarı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. == Mədəniyyəti == Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır. === Tarixi abidələr === XIII əsrə aid bürc, alban kilsəsi qalıqları, X1X əsrdə tikilmiş məscid, qədim qəbristanlıq, III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır. == Coğrafiyası və iqlimi == Yuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir. Kəndin ərazisi 1293 hektardır. == Əhalisi == Əhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir.
Barmaqlama (seksual akt)
Barmaqlama ― adətən vulva (klitoris daxil olmaqla) və ya vaginanı cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan və ya əllərdən istifadə prosesi/ Barmaqlama insan anusunu cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan istifadəni də əhatə edə bilər. Barmaqlama təkbaşına (masturbasiya), cinsi partnyor tərəfindən və ya onunla müştərək formada edilə bilər. Cinsi partnyor tərəfindən vulva və ya vagina üzərində həyata keçirildikdə, bu, qarşılıqlı masturbasiya formasıdır.
Çardaqzağa yaşayış yeri
Çardaqzağa — Qobustan rayonu ərazisində qədim yaşayış yeri. Çardaqzağa yaşayış yeri Anazağadan 200–250 m cənubda, Böyükdaş dağında yerləşir. Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni təbəqənin qalınlığı 30–40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. Mədəni təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika, obsidian və çaxmaq daşından hazırlanmış əmək alətləri aşkar olunmuşdur. Sığınacağın divarlarında aşkar olunan qayaüstü təsvirlərin də bu dövrə aid olduğunu demək olar.