QURUDUCU


1. sif. Bir şeyi qurutmaq üçün işlənən. Quruducu cihazlar. Bitkilər quruducu şkaflarda qurudulur.
– …Xüsusi quruducu sex yaradılmışdır ki, burada yüksək keyfiyyətli zəfəran telləri qurudulur. İ.Axundzadə.

// İs. mənasında.
Dərman bitki materiallarını 35-45° temperaturda müxtəlif quruducularda: sobalarda, çardaqlarda, dəmir örtüklü anbarlarda … qurudurlar. Əliyev.

2. bax qurudan.
QURUDAN
QURUDULMA
OBASTAN VİKİ
Quruducular
Quruducular-Qida məhsulların istehsalatında qurudulma prosesi əsas əməliyyatlardan biri sayılır. Məhsulların qurudulması quruducularda yerinə yetirilir. Quruducular istiliyin verilməsinə görə konvektiv, kontaktlı istilikdaşıyanın növünə görə hava, qaz, buxar, axın qazları ilə işləyən quruducunun daxilindəki təzyiqə görə atmosfer və vakuum prosesin təşkilinə görə periodik və fasiləsiz işləyən olurlar. Süd və maye süd məhsullarının qurudulması üçün əsasən vallı və püskürücü quruduculardan istifadə olunur. Süddən hazırlanan başqa məhsulları qurutmaq üçün kameralı, lentli quruduculardan istifadə edilir. Vallı quruducu içərisi boş olan qarşı-qarşıya fırlanan iki valdan ibarətdir. Qurudulacaq məhsul qidalandırıcı vasitəsilə işçi barabanın üzərinə verilir və orada nazik plyonka əmələ gəlir. Baraban fırlandıqca maye qurudulur, bıçaqlarla çıxarılır və şnek vasitəsilə kənarlaşdırılır. Quruducu barabanlar (vallar) içərisinə daxil olan buxar ilə qızdırılır. Qurudulmuş südün həll olunma qabiliyyəti 80-85% təşkil edir.

Digər lüğətlərdə