Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırmızı yaylıqlı qovağım mənim
Qırmızı yaylıqlı qovağım mənim — Çingiz Aytmatovun yazdığı kitab == Haqqında == Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.
Aydınlı
Aydınlı (Urmiya) —
Balıqlı
Balıqlı (Amasiya)
Daylaqlı
Daylaqlı (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Daylaqlı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 405 nəfərdir.
Xanlıqlı
Xanlıqlı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 202 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi vaxtilə burada talış xanlarına məxsus torpaq sahəsinin olmasına görə belə adlandırılmışdır. Kənd hazırda Haftoni qəsəbəsi ilə birləşmişdir.
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. == Tarixi == === Tarixi abidələri === Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aydınlı (Hurand)
Aydınlı (fars. آیدین‌لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (40 ailə).
Aydınlı (Urmiya)
Aydınlı (fars. آيدينلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər. yaşayır (33 ailə).
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur. XIII əsrə aid mənbədə Balak, 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunmuşdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əbcəd بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.
Yanıqlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yanıqlı məscidi
Şah Abbas məscidi və ya Yanıqlı məscidi — Tovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə aid tarixi məscid. == Tarixi == Yanıqlı məscidi I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir. Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyi güman edilir.1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb. == Memarlıq xüsusiyyətləri == Yanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir; daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilmişdir. Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülmüşdür.Məscidin dəqiq inşa tarixi naməlumdur. Mərkəzi günbəzlə örtülmüş kvadrat həcmli məscid tipi onun memarlığını Gəncədəki Şah Abbas məscidinin memarlığı ilə yaxınlaşdırır. Ə.Salamzadə tikilinin bu xüsusiyyətini və günbəz-tağ tipli tikililərə xas inşaat xüsusiyyətlərini nəzərə alaraq məscidin inşa tarixini XVII əsrə aid edir.Yanıqlı məscidi bəzi xüsusiyyətlərinə görə Gəncədəki Şah Abbas məscidindən fərqlənir. İlk növbədə Yanıqlı məscidinin xarici həcmində dərin portal nişləri yoxdur və onlar binanın daxili həxminə salınmışdır.
Yanıqlı türbələri
Yanıqlı türbələri — Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir. Türbələrin XVII əsrdə inşa edilməsi güman edilir. Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpic istifadə olunmuşdur. == Tarixi == Yanıqlı türbələrinin XVII əsrdə inşa edildiyi güman edilir. Ə. Salamzadənin fikincə türbələrin memarlıq xüsusiyyətləri onların da, yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlığı nümunəsi olduqlarını göstərir. == Memarlıq xüsusiyyətləri == Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formadadır. Hər üç türbə dövrümüzə yarıdağılmış vəziyyətdə çatmışdır. Səkkizguşəli türbə daha yaxşı qorunduğundan onun memarlıq xüsusiyyətləri daha aydın görünməkdədir. Həmin türbənin daxili divarları nişlərlə işlənmiş, xarici divarları isə düz saxlanılmışdır.
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Arıqlı (Sisyan)
Arıqlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Aşağı Ayıblı
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.1918-ci illərə aid edilən Rusiyanın bir hərbi xəritəsində 6 (altı) yerdə bu yaşayış məntəqələrinin adı göstərilmişdir.
Aşıqlı (Xudafərin)
Aşıqlı (fars. عاشقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (116 ailə).
Aşıqlı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baliqli (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Əkrəm Əylisli
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.