1. Yanmış yeri olan, yanığı olan.
2. məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə).
Çoban padşahın əlindən çox yanıqlı idi. ( ).
Əşi, Fatmanisə xaladan nə yaman yanıqlısan!
Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona.
3. məc. Kədərli, ələmli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli. Yanıqlı hava. Yanıqlı səs.
– Birdən eşitdiyim yanıqlı bir fəryad məni yuxudan ayıltdı.
Çiçəklərin titrəşib bir-birinə baş-başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu.
Rəhim bəy yanıqlı bir ah çəkdi.
4. zərf Yanıqlı-yanıqlı, həzin-həzin. Yanıqlı oxumaq.