Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Barlı bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Barlık
Abidələrin 4-ü də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılıb və ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Barlıbağ
Barlıbağ — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidinin tərkibindəki Nizami kəndi Barlıbağ kəndi adlandırılmışdır. == Toponimikası == 1965-ci ildən Nizami, 1994-cu ildən isə Barlıbağ (məhsuldar bağ) adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Oddvar Barli
Oddvar Barli (24 İyun 1929 – 10 Yanvar 2017) — Norveçli peşəkar idman güləşçisi. Barli 1929-cu ildə Osloda anadan olmuşdur. O, Oslo Bryteklubb klubunu təmsil etmişdir. Barli Romada keçirilən 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Yunan-Roma güləşi üzrə o, orta çəki dərəcəsində onuncu yeri tutmuşdur. Onun qardaşı Harald Barli də peşəkar güləşlə məşğuldur. Onun əmiləri İne Barli və Mette Barli və böyük əmisi Lene Barli də güləşçidir.
Badlı (Miyanə)
Badlı (fars. بادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (22 ailə).
Ballı ayran
Ballı evkalipt
Eucalyptus melliodora (lat. Eucalyptus melliodora) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır, cənub-qərbdə Kvinsistandan Viktoriyaya qədər alçaq dağətəyi zonalarda, dənizkənarı ətraflarda yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 60 m-ə çatır. Qabığı pulcuqvari-pambıqvari və ya yarımlifli, rəngi yaşılımtıl-bozdur. Cavan yarpaqları üzbəüz, 3-5 cüt, saplaqlı, uzunsovdan ellipsvariyədək dəyişir, rəngi açıq göyümtül, uzunluğu 2-5 sm, eni 1,5-2,5 sm-ə çatır. İri yarpaqları – növbəli, ensiz və ya enli-neştərvari, saplaqlı, cod, uzunluğu 7-18 sm, eni 0,7-2,5 sm-dir. Çətirləri 3-6 çiçəkli, qoltuqda və ya uc süpürgələrdə toplaşır; çətirin uzunluğu 6-9 mm; qönçələri sancaqvari, uzunluğu 7-8 mm, diametri 5-6 mm; tozluqları bitişik, saplaqlara əyri bitişik, ensiz, uc məsamələrlə açılır. Meyvələri ayaqlarda, yarımşarşəkilli və ya təxminən şarşəkilli olub, diametri 5-7 mm, hamar, çox nazik diskli və xırda, batıq laylıdır. Vətənində sentyabr-fevral aylarında, Azərbaycanda iyul-avqustda çiçəkləyir. == Ekologiyası == Əsasən çay kənarlarında, allivüal torpaqlarda, dəniz səviyyəsindən 150-600 m hündürlükdə, dağətəyi ərazilərdə yaxşı inkişaf edir.
Bavlı rayonu
Bavlı rayonu (tatar. Баулы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Bavlı şəhəridir. == Coğrafiyası == Qərbdən Buqulma rayonu, şimaldan Yutazinski rayonu ilə, şərqdən Başqırdıstan Respublikası ilə (Şaran, Tuymazı rayonları, Oktyabrski şəhər rayonu), Orenburq vilayəti (Severnı və Abdulinski rayonları) ilə həmsərhəddir. Rayonda əsasən qara və karbonatlı torpaqlar yayılmışdır. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Samara əyalətinin Buqulma qəzasına, 1920-1930-cu illərdə isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna daxil olur. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının inzibati bir qurumu olaraq rayon 10 avqust 1930-cu ildə qurulmuşdur. 4 yanvar 1963-cü ildə Bavlı rayonunun ərazisi Buqulma rayonuna daxil edilir. 12 yanvar 1965-ci ildə Bavlı rayonu yenidən qurulur.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Carlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək Orconikidze) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsini 1927-ci ildə indiki Aşağı Çaykənd kəndindən köçmüş ailələr binə yerində salmışlar. Əvvəllər Buxarin, bir müddət Novaya Zarya, 1929-cu ildən isə Orconikidze adlanırdı. 1990-cı ildə rəmzi olaraq indiki ad verilmişdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10; 56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ - ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
Zarlı gəvən
Monqol gəvəni (lat. Astragalus mongholicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus membranaceus var. mongholicus (Bunge) P.K.Hsiao Astragalus penduliflorus var. mongholicus (Bunge) X.Y.Zhu Phaca macrostachys Turcz. Tragacantha mongholica (Bunge) Kuntze === Heterotipik sinonimləri === Astragalus borealimongolicus Y.Z.Zhao Astragalus membranaceus Fisch. ex Bunge Astragalus membranaceus var. mandshuricus Nakai Astragalus membranaceus f. propinquus (Schischk.) Kitag. Astragalus mongholicus var.
Çarlı (Həştrud)
Çarlı (fars. چرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (40 ailə).
İkinci Varlı
İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Aran iqtisadi rayonuna xas olan pambıqçılıqla da kənddə məşğul olurlar. 24-02-2016 Salyan rayonunda 1000 nəfərdən çox əhalinin yaşadığı İkinci Varlı kəndinə mavi yanacağın verilməsinə başlanılıb. 200 abonenti olan kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 min 220 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. == Din == Kənddə II Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarlı bayquş
Qarlı bayquşu — Qütb bayquşu, ağ bayquş və Arktik bayquş kimi də tanınan qarlı bayquş (Bubo scandiacus) əsl bayquş ailəsindən iri, ağ bayquşdur. Qarlı bayquşların vətəni həm Şimali Amerikanın, həm də Palearktikanın Arktika bölgələrindədir, əsasən tundrada çoxalır. Onun yaşayış mühitinə və həyat tərzinə bir sıra unikal uyğunlaşmaları var ki, bu da digər mövcud olan bayquşlardan olduqca fərqlənir. Bayquşun ən böyük növlərindən biri, əsasən ağ tüklü yeganə bayquşdur. Kişilər daha təmiz ağ olur, qadınlarda isə daha geniş tünd qəhvəyi ləkələr olur. Yetkinlik yaşına çatmamış erkək qarlı bayquşların tünd işarələri var ki, onlar yetkinliyə çatana qədər dişilərə bənzəyir və bu zaman onlar adətən ağarırlar. Qanaddakı qəhvəyi işarələrin tərkibi, qüsursuz olmasa da, fərdi qarlı bayquşların yaşını və cinsiyyətini təyin etmək üçün ən etibarlı üsuldur. Əksər bayquşlar adətən gündüzlər yatır gecələr isə oyaq qalır və ov ovlayırlar, lakin qarlı bayquş gündüzlər, xüsusən də yayda çox vaxt aktivdir. Qarlı bayquşlar adətən tundranın torpağındakı kiçik bir yüksəlişdə yuva qururlar. Qarlı bayquş çox vaxt 5-dən 11-ə qədər çox böyük bir yumurta qoyur, yumurtaların qoyulması və yumurtadan çıxması əhəmiyyətli dərəcədə yavaşlayır.
Muharrem Varlı
Məhərrəm Varlı (22 aprel 1969, Ceyhan, Adana ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Məhərrəm Varlı 22 aprel 1969-cu ildə Adana ilinin Ceyhan ilçəsində anadan olub. Səlcuq Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Sərbəst işlə məşğul olub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının və TBMM Müraciət Komissiyasının üzvü vəzifələrində təmsil olunub. 28-ci çağırışda TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının sədr müavini olub. Evli və 2 uşaq atasıdır.
Barbi
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. == Tarixi == Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. == Musiqi karyerası == === Karyeranın başlanğıcı === Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Barfi!
Barfi! 2012-ci ildə çəkilən, Romantik-Komediya janrında olan Bollywood filmi == Məzmun == Merfi(Barfi) Conson, həm eşitmə, həm də nitq qüsurlu bir gəncdir. Şruti adında gənc bir qıza aşiqdir. Lakin Şrutinin ailəsi onun normal bir kişilə evlənib xoşbəxt həyat qurmasını istəyirdilər. Barfi isə bu ümidsiz eşqdən yorulmuş yeni bir həyata başlamışdır. Bu vaxt uşaqlıq dostu olan Cimil adında bir qızla sevgili olmuşdur. Eyni zamanda Barfi polis tərəfindən də axtarılmaqdadır. Atasının əməliyyatı üçün 7000 rupi tapmalıdır. Bunun üçün bankdan oğurluq etmək istəyir.
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həmdə məşhur Volles xəttinin sərhədində yerləşir.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Abdurahmane Barri
Abdurahmane Barri (21 fevral 2000, Kurbevua[d]) — müdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Liferinq === Barri Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2023-cü ilin may ayına kimi müqavilə imzalamışdır. Barri öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 27 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Abdurahmane Barri at WorldFootball.net Abdurahmane Barri — transfermarkt.com saytında.
Barlia collina
Anacamptis collina (lat. Anacamptis collina) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Barlia longibracteata
Himantoglossum robertianum (lat. Himantoglossum robertianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == Barlia robertiana (Loisel.) Greuter (1967) Orchis robertiana Loisel. (1807) (Basionymum) Orchis longibracteata Biv. (1806) Orchis fragrans Ten. (1811) Orchis foliosa Masson ex Ker Gawl. (1819) Aceras longibracteatum Rchb.f. (1850) Barlia longibracteata (Rchb.f.) Parl. (1858) Loroglossum longibracteatum (Rchb.f.) Moris ex Ardoino (1867) Himantoglossum longibracteatum (Rchb.f.) Schltr.
Barlia robertiana
Himantoglossum robertianum (lat. Himantoglossum robertianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == Barlia robertiana (Loisel.) Greuter (1967) Orchis robertiana Loisel. (1807) (Basionymum) Orchis longibracteata Biv. (1806) Orchis fragrans Ten. (1811) Orchis foliosa Masson ex Ker Gawl. (1819) Aceras longibracteatum Rchb.f. (1850) Barlia longibracteata (Rchb.f.) Parl. (1858) Loroglossum longibracteatum (Rchb.f.) Moris ex Ardoino (1867) Himantoglossum longibracteatum (Rchb.f.) Schltr.
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.