Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazarcıq
Bazarcıq rayonu
Bazarcıq (Ermənistan)
Bazarcıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəfətəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur == Toponimi == Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminə qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi (Arik) qoyulmuşdur. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Barbarlıq
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Bataqlıq
Bataqlıq – Yer səthinin izafi rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur.Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2) Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir. Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.
Məzarlıq
Qəbiristanlıq - Ölülərin dəfn edildiyi ümumi ərazi. == Sözün mənşəyi == Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur.
Batyarlıq
Batyarlıq və ya batyar (ukr. батяр, pol. baciar) — XIX əsrin ortalarından XX əsrin ortalarına qədər mövcud olan Lvov subkulturası. == Tarixi == Subkulturanın adı macarca "quldur", "macəraçı" mənasını verən və İran dillərindən gələn "betyár" sözü ilə verilmişdir. XIX əsrdə Lvov Avstriya-Macarıstan imperiyasının bir hissəsi olduğu üçün onun polislərinin bir qismi macar idi və onlar bu termini yerli dialektə öz ana dillərindən gətirmişdilər. Yan Lyamın məlumatına görə, termin "gündən-günə yaşayan, baxımsız, kirli, sərxoş, haqqında yalnız nifrətlə danışılan bir şəxsi" təsvir edirdi. Lvovda batyar müxtəlif təşəbbüslərə və riskli zarafatlara qadir olan cəsarətli adama deyilirdi. Batyarların əksəriyyəti şəhərətrafı qəsəbələrin meyxanalarda və bağlarda toplaşan (xüsusilə Lıçakov və Podzamçe) sakinləri idi.Batyarlar polyak, ukrayn, alman və ivrit sözlərinin qarışığı olan xüsusi jarqondan istifadə edirdilər, bəziləri hələ də Lvovda istifadə olunur. 1933-cü ildə Lvovda aparıcılar Tonko və Şçepço ilə birlikdə "Şən Lvov Dalğası" radio proqramı çıxdı, bunun sayəsində Polşanın digər vilayətlərində batyar subkulturasını daha da tanınmışdır. Batyarlıq əsasən polyaklar arasında geniş yayılmışdı, bunu Lvov Polşa batyar folkloru sübut edir.
Azadlıq
Azadlıq əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir. == Azadlıq anlayışı == İmmanuel Kant ilk dəfə olaraq azadlığı mənfi və müsbət olaraq iki qrupa bölmüşdür. Ser İsaiah Berlin adlı filosof "Azadlığın iki konsepti"ni belə şərh etmişdir: Mənfi azadlıq üçün misal kimi onu göstərk olar ki, məsələn hər hansı bir şəxs öz fikrini azad ifadə edən zaman o başqası və ya senzura ilə susdurulmasın. Müsbət azalıq isə o deməkdir ki, bu şəxs öz fikrini ifadə edən zaman kommunikasiya vasitələrindən və medya azadlığından istifadə edərək öz fikrini həqiqətən açıqlaya bilir. Niklas Luhman isə azadlığı dərketmə ilə əlaqələndirir: Azadlıq ona məhdudiyyət qoyulmasının hiss olunmamamsı kimi də başa düşülə bilər. İnsan davranışının müəyyən olunmasında konstitusiya və ya qanunla təmin olunan hüquq azadlıq kimi baxıla bilər. Ancaq bu subyektiv şəkildə mövcuddur. Dövlətin uyğun vəzifələrinə uyğun insan hərəkətlərinin idarəsi üçün hüquq daha çox dəqiq hüquqi mexanizmlərin olmasını tələb edir (məsələn əmək hüququ olanları işlə təmin etmək). == Fəlsəfə == === Azadlıq və zərurət === Azadlıq və zərurət insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarıın qarşılıqlı münasibətini ifadə edən fəlsəfi kateqoriyalardır.
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şairKəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Bataqlıq belibağlısı
Bataqlıq belibağlısı (lat. Circus aeruginosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Bataqlıq kəcəvəri
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — kəcəvər cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Bataqlıq mərcanı
Bataqlıq mərcanısı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Bataqlıq pişikotu
Bataqlıq polikariyası
Bataqlıq qatıqotu
Bataqlıq qatıqotu (lat. Galium palustre) - qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Galium diffusum Gilib. [Invalid] Galium fontinale K.Koch Galium glomeratum Vill. ex Roem. & Schult. [Illegitimate] Galium incarnatum Gilib. [Invalid] Galium masferreri Sennen Galium montanum With. [Illegitimate] Galium palustre var. balticum Apelgren Galium palustre var.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) - qatırquyruğu cinsinə aid bitki növü.
Bataqlıq qurucası
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) - quruca cinsinə aid bitki növü.Gnaphalium uliginosum L. – Bataqlıq qurucası (Qurudulmuş, quruca, qaranquşotu, kəsikot) == Botaniki xarakteristikası: == Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır. Yolların, kanalların kənarlarında, gilli çay kənarlarında, alaqotu olan yerlərdə, göl və bataqlıqlarda yayılmışdır.Bitki çiçəkləyən dövrdə (iyul-avqust) yetüstü, kök hissələri toplanılmalıdır.
Bataqlıq qızı
Bataqlıq qızı (ing. Where the Crawdads Sing) — ABŞ yazıçısı Delia Ouensin 2018-ci ildə yazdığı qətl sirri romanı. Hekayə yavaş-yavaş bir-birinə qarışan iki zaman xəttini izləyir. Birinci xronometraj Kia adlı gənc qızın Şimali Karolinanın bataqlıqlarında təcrid olunmuş vəziyyətdə böyüyərkən həyatı və sərgüzəştlərini təsvir edir. İkinci vaxt qrafiki Şimali Karolinanın uydurma sahil şəhəri Barkli-Kouvun (ing. Barkley Cove) yerli məşhuru Çeyz Endruysun aşkar qətli ilə bağlı araşdırmadan sonra baş verir. 2022-ci ilin iyul ayına qədər kitab 15 milyon nüsxədən çox satıldı. Film adaptasiyası 2022-ci ilin iyulunda buraxıldı. == Məzmun == " Bataqlıq qızı" — detektiv, ailə dramı və eyni zamanda təbiətin gücü haqqında parlaq hekayədir. Delia " Bataqlıq Qız " Kia Klarkın həyatından danışır.
Bataqlıq sunərgizi
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü. == Sinonimləri == Caltha alpestris Schott, Nyman & Kotschy Caltha alpina (Schur) Schur Caltha arctica R.Br. Caltha arctica subsp. caespitosa (Schipcz.) Khokhr. Caltha arctica subsp. caespitosa A.P. Khokhr. Caltha arctica subsp. membranacea (Turcz.) Khokhr. Caltha arctica subsp.
Bataqlıq susüpürəni
Bataqlıq susüpürəni (lat. Chlidonias) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. == Görünüşü == Quyruqlarında kiçik yarıq vardır. Qanadları ensizdir. Çayların gilli sahillərində yuvalayırlar. Əsasən böcək və balıqlarla qidalanırlar.
Bataqlıq susüpürənləri
Bataqlıq südləyəni
Bataqlıq südləyəni (lat. Euphorbia palustris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Bataqlıq səhləbi
Bataqlıq timsahı
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. == Görünüşü == Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.