Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biloksi (Missisipi)
Biloksi — ABŞ-nin Missisipi ştatında şəhər. 2010-cu ildə əhalinin siyahıya alınmasında əhalinin sayı 44054 nəfər qeydə alınıb, 2016-cı ildə isə 45975 nəfər olduğu açıqlanıb. Qalfport şəhəri ilə birlikdə Biloksi Harrison əyalətinin əsas mərkəzidir. İlk dəfə fransız kolonistlər tərəfindən salınmışdır. Biloksi şəhərinin sahil sərhəddi Missisipi çayı boyunca uzanır. == Tarixi == Şəhər ilk dəfə 1699-cu ildə fransızlar tərəfindən salınıb. 1720-ci ildə Luziana ştatının inzibati mərkəzi Mobil şəhərindən Biloksiyə köçürüldü. 1722-ci ilin iyun ayında paytaxt Nyu-Orleansa köçürüldü və Biloksi əvvəlki statusunu itirdi. Bir müddət şəhər Qərbi Floridanın paytaxtı olmuşdur. XIX əsrin əvvəllərində ABŞ-nin yurisdiksiyası altında keçdi.