1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer.
– Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar.
Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu.
2. məc. Qəlbiqara, qeyri-səmimi, xain ürəkli.
Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır.
3. məc. Məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan.
[Nəcəfalı:] Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım, şübhə eləyirdim.