Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı — Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir. == Tarixi == === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründən 1939-cu ilə qədər Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbiristanlığı olub. Qəbiristanlıqda bir sıra şəxslər, o cümlədən Azərbaycan tarixində görkəmli olan şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi.Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu. === Azərbaycan SSR dövrü === 1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salındı və Kirovun abidəsi ucaldıldı. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar. === Azərbaycan Respublikası dövrü === Azərbaycan SSRİ-dən müstəqillikdən qazandıqdan sonra isə Kirovun Şəhidlər Xiyabanında ucalan abidəsi uçuruldu.1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir. Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir.
Şöhrət xiyabanı
Şöhrət Xiyabanı (Qroznı)
Elmar Babanlı
Elmar Babanlı ( 28 sentyabr 1982, Bakı şəhəri) — cüdo üzrə beynəlxalq dərəcəli hakim, "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, Azərbaycan Cüdo Federasiyasının baş katibi (2015-ci ildən). Tofiq Babanlının oğludur. == Həyatı == Elmar Babanlı 28 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub.1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib. == Ailəsi == İki oğlu, dörd nəvəsi vardır.
Mustafa Babanlı
Mustafa Babanlı — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. == Həyatı == Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Məhəmməd Babanlı
Məhəmməd Baba oğlu Babanlı (1952, Saatlı rayonu) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). BDU-nun prorektoru (1992-1994), AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmin İnstitutda Dissertasiya Şurasının sədr müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiya­sının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəl­xalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azər­baycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub. == Həyatı == Məhəmməd Babanlı 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır.
Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi. == Həyatı == Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda pedoqoji fəaliyyətə başlayıb.
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) == Həyatı == Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Yusif Babanlı
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur. == Həyatı == Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir. Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir. 2 övladı var. == Təşkilati fəaliyyəti == Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir.
Əhməd Babanlı
Əhməd Yusif oğlu Babanlı — Alim, texnika elmləri doktoru, Türkiyənin Aydın Universitetinin professoru, Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir. == Həyatı və elmi fəaliyyəti == Əhməd Babanlı 1938-ci il iyunun 27-də Qazax şəhərində anadan olmusdur. Əslən Birinci Şıxlı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1961-ci ilde institutu fərqlənmə diplomu ilə bitirərək əmək fəaliyyətinə başlamışdır. 1961-1981-ci illərdə Moskva şəhərinin bir sıra elmi-tədqiqat institutlarında mühəndis, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1967-1970-ci illərdə Moskva Energetika İnstitutunun əyani aspirantı olmuşdur. 1970-ci ildə Moskva şəhərində dissertasiyasını müdafiə edərək texnika elmlari namizədi elmi adı almışdır. 1981-ci ildə Bakıya qayıdaraq Azərbaycan Neft Akademiyasının Proqramlaşdırma kafedrasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Elm və texnikanın aparıcı sahələrində bir sıra gərəkli işlərin müəllifidir. Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir.
"Şəhidlər Xiyabanı" stansiyası
"Şəhidlər Xiyabanı" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Dağüstü parka çıxır. == Tarixi == 1960-ci il mayın 5-də istifadəyə verilmişdir.
Ağcabədi Şəhidlər Xiyabanı
Ağcabədi Şəhidlər Xiyabanı — Ağcabədi şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağcabədi şəhərində yaradılıb.
Ağdam Şəhidlər Xiyabanı
Ağdam Şəhidlər Xiyabanı — Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağdam şəhərində yaradılıb.
Binə Şəhidlər Xiyabanı
Binə Şəhidlər Xiyabanı — 2020-ci ilin sentyabr ayında əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçusularının dəfn olunduğu xiyabandır. == Tarixi == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başladı. Müharibə zamanı Binə qəsəbəsində yaşayan 21 hərbi qulluqçu şəhid oldu. Onların hamısı Binə qəsəbəsində salınan Binə Şəhidlər Xiyabanında dəfn olundu. Noyabrın 10-da müharibə bitəndən sonra Binə Şəhidlər Xiyabanında abadlıq işləri aparıldı. == Dəfn olunanlar == Binə Şəhidlər Xiyabanında dəfn olunanların 1 nəfəri baş leytenantdır, 2 nəfəri gizirdir, 1 nəfəri kiçik gizirdir, 1 nəfəri baş çavuşdur, 1 nəfəri çavuşdur, 14 nəfəri isə əsgərdir. |21. |İsa Məmmədov İsa Nazim oğlu.
Bərdə Şəhidlər Xiyabanı
Bərdə Şəhidlər Xiyabanı — Bərdə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Bərdə şəhərində yaradılıb.
Cebeci Şəhidlər xiyabanı
Cebeci Hərbi Şəhidliyi (türk. Cebeci Askerî Şehitliği) — Ankara şəhərində yerləşən xiyaban.
Gəncə Şəhidlər Xiyabanı
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var.
Hacıqabul Şəhidlər Xiyabanı
Hacıqabul Şəhidlər Xiyabanı — Hacıqabul şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Hacıqabul şəhərində yaradılıb.
II Şəhidlər Xiyabanı
II Şəhidlər Xiyabanı (rəsmi adı: 2 saylı Şəhidlər Xiyabanı) — 2018-ci ildə əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətlərinə görə şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının dəfn olunduğu xiyabandır. Məzarlıq 2 saylı Fəxri Xiyabanın ərazisində yerləşir. == Tarixi == II Şəhidlər Xiyabanı Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığı iddia edilən video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi. 2020-ci ilin 12-16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbi qulluqçusu şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Şəhidlər Xiyabanında dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu.
Mingəçevir Şəhidlər Xiyabanı
Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb.
Oğuz Şəhidlər Xiyabanı
Oğuz Şəhidlər Xiyabanı — Oğuz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Oğuz şəhərində yaradılıb. == A == Abdullayev Emin Novruz oğlu (1975 – 1994) Ağakişiyev Qüdrət Mikayıl oğlu (1965 – 1994) == B == Babayev Elman Telman oğlu (1994 – 2020) Babayev Elşad Saməddin oğlu (1960 – 1993) Babayev Tale Eynulla oğlu (1964 – 1992) == E == Abdullayev Emin Novruz oğlu (1975 – 1994) == Ə == Əhmədli Elşən Elbrus oğlu (1997 – 2020) Əliyev Anar Talıb oğlu (1991 – 2020) == X == Xudumov Vidadi İmanqulu oğlu (1969 – 1994) == İ == İbrahimov Vüqar Rauf oğlu (1973 – 1992) == M == Məmmədov Elvin Yaşar oğlu (1987 – 2006) == P == Paşayev Məhəbbət Vaqif oğlu (1999 – 2020) == R == Ramazanov Süleyman Nəriman oğlu (1977 – 1995) == Y == Yunusov Xanqara Allahverdi oğlu (1970 – 1993) == Z == Zaməddinov Fərid İmran oğlu (1986 – 2020) == Şəhidlərin barelyefi == Şəhidlər Xiyabanının qarşısında Oğuz rayonunda doğulmuş, yaşamış və itkin düşmüş 76 şəhidin barelyefi yerləşdirilmişdir: == Təmirdən sonra == 2021-ci ildə Oğuz şəhərində yerləşən "Şəhidlər xiyabanı" abidə kompleksində Oğuz rayon İcra hakimiyyətinin təşkilatçılığı və sahibkar Hafiz Mustafayevin maddi dəstəyi ilə əsaslı yenidənqurma və abadlıq işləri aparılmışdır. Xiyabanın girişində sol divarında Oğuz rayonunda və kəndlərində doğulmuş, yaşamış şəhidlərin şərəfinə xatirə lövhəsi yerləşdirilib. Sağ tərəfdə isə işğaldan azad olunmuş rayonlar haqqında qısa məlumat lövhəsi yerləşdirilmişdir.
Quba Şəhidlər Xiyabanı
Quba Şəhidlər Xiyabanı — Quba şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Quba rayonu ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı uğrunda gedən döyüşlərdə 277 nəfər şəhid verib, 62 nəfər Quba sakini isə itkin düşüb. “Qanlı Yanvar” faciəsində 4 nəfər qubalı Azərbaycanın suverenliyi uğrunda həlak olmuşdur. Xiyabanda uyuyan 32 nəfər isə Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. İkinci Qarabağ müharibəsində şəhid olan 57 qubalı şəhid də xiyabanda dəfn edilib.
Sumqayıt Şəhidlər Xiyabanı
Sumqayıt Şəhidlər Xiyabanı — Sumqayıt şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Sumqayıt şəhərində yaradılıb. 1992-ci il fevralın 4-də Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir. == A == Abbasov Faiq Yaqub oğlu (1970–1994) Abbasov Mustafa Babalar oğlu (1953–1995) Abbasov Şəmşir Şahmar oğlu (1967–1992) Abdullayev Eynur Sahib oğlu (1966–1993) Abdullayev Faiq Mehdi oğlu (1972–1992) Ağayev Cavanşir Cəmil oğlu (1965–1992) Ağayev Fazil Cəlil oğlu (1969–1992) Axundov Əbdülməcid Nadirşah oğlu (1993–2016) Aslanov İslam Xanış oğlu (1973–1994) Atakişiyev Şahin Şiraslan oğlu (1970–1994) Abbaslı Elgin Ağayar oğlu (1991–2020) Allahverdizadə Elnur Əli oğlu (1995–2020) Allahverdiyev Vüsal Tahir oğlu (1988–2020) == B == Babayev Rahib Bəxtiyar oğlu (1985–2020)Baxşəliyev Rəşid Əliağa oğlu (1996–2016) Baxışov Seymur Qulamhüseyn oğlu (1987–2016) Bayramov Ruslan Bayram oğlu (1996–2016) Bayramov Şulan Bayram oğlu (1996–2016) == C == Cabbarov Cavanşir Hacif oğlu (1967–1992) Cabbarov Elnur Zakir oğlu (1973–1994) Cabbarov Taleh Cəmil oğlu (1971–1994) Camalzadə Asim Knyaz oğlu (1994–2023) Cəfərov Şirin Allahverdi oğlu (1962–1994) == E == Eyvazov Qorxmaz Abış oğlu (1967–1994) == Ə == Əliyev Əlövsət Əbülfət oğlu (1957–1992) Əhmədov Yaqub Aqali oğlu (1966–1992) Əhmədov Nəcəf Hikmət oğlu (1967–1994) Əliyev Millət Söhbətəli oğlu (1961–1994) Ələsgərli Zaur Mübariz oğlu (1995–2020) Əhmədzadə Rüfət Əbülfət oğlu (2001–2020) Əbdürəhmanlı Sabir Faiq oğlu (1998–2020) Əliyev Səmid Xoşbəxt oğlu (1998–2020) Əliyev Eltun Elnur oğlu (2001–2020) Əliyev Emil Əziz oğlu (1993–2020) Əliyev Fərhad İlham oğlu (1993-2020) == F == Fərəcov Ceyhun == H == Hacıyev Bəxtiyar Oqtay oğlu (1974–1993) Haqverdiyev Şahin Nüslət oğlu (1959–1994) Hümbətov Azər Rəsul oğlu (1971–1994) Hümbətov Əhməd Məhəmməd oğlu (1965–1994) Hümbətov Rizvan Humay oğlu (1954–1992) Hüseynov Ehtiram Aydın oğlu (1970–1992) Hüseynov Elçin Zamin oğlu (1992–2020) Hüseynov Məcid Məmməd oglu (1969–1993) Həmidov İzzət Rövşən oğlu (2000–2020) Həsənzadə Məhəmmədəli Hörmət oğlu (1999–2020) == İ == İmanov Ənvər Emil oğlu (1999–2020) İsmayılov Məzahir Sədi oğlu (1961–1994) İsfəndiyarov Müşfiq Kamil oğlu (1976–1995) İsmayılov Yavər İsmayıl oğlu (1969–1994) == K == Kərimov Müşfiq Bəhmən oğlu (1971–1994) Kərimov Taleh Adil oğlu (1985–2020) == Q == Qorçuyev Əfqan Xanış oğlu (1970–1994) Qəhrəmanov Rəhman Sadiq oğlu (1966–1992) Quliyev Namiq Natiq oğlu (2001–2020) Quliyev Şəhriyar Nəsib oğlu (1990–2020) == M == Mahmudov Mehman Paşa oğlu (1963–1994) Məhərrəmov Əli Səməd oğlu (1957–1992) Məmmədov Eylaz Əli oğlu (1968–1992) Məmmədov Əfqan Əhməd oğlu (1967–1994) Məmmədov Faiq Nəriman oğlu (1973–1994) Məmmədov Gəray Azad oğlu (1969–1993) Məmmədov Murad Vaqif oğlu (1989–2016) Məmmədov Şərif Tahir oğlu (1970–1994) Mərdanlı Alay Bayram oğlu (1969–1994) Mirzəyev Teymur İsmayıl oğlu (1967–1996) Mustafayev Rüfət Zöhrab oğlu (1996–2020) Məmmədov Murad Yusif oğlu (1995–2020) Məmmədov Rəhman Natiq oğlu Natiq (1997–2020) Məmmədov Ruslan Ramiz oğlu (1997–2020) Məmmədzadə İlkin Əzizağa oğlu (1991–2020) Mütəllimov Qəzənfər Ədalət oğlu (1992–2020) Mərdanov Rəhman Ramiz oğlu (1975–1994) == N == Nəzərov İlham Allahverdi oğlu (1963–1994) Niftəliyev Mehrab Söhrab oğlu (1985–2020) == O == Orucov Raquf Cahangir oğlu (1972 – 2016) == P == Piriyev Faiq Həbib oğlu == R == Rüstəmov Etibar Cavanşir oğlu (1968–1992) Rzayev Zahid Canəli oğlu Rəhimli Orxan Elxan oğlu (1992–2021) Rzayev Məhəmməd-Nadir İlqar oğlu (1994–2020) == Ş == Şərifov Səxavət Əsəd oğlu (1965–1994) Şahhüseynov Mirzə Telman oğlu (1973–1994) Şirinov Ramil Arif oğlu (1987–2023) == V == Vahabov Ceyhun Sabir oğlu (1973–1993) Veysov Rövşən Saməddin oğlu (1971–1992) Vəliyev Əhməd Vəli oğlu (1968–1992) Vəliyev Elxan Səməd oğlu (1958–1995) == Y == Yusifov Elman Qüdrət oğlu (1970–1994) Yusifov Sahib Əli oğlu (1975–1994) == Z == Zeynalov Kərəm Əyyub oğlu (1967–1992) Zeynalov Salman Əyyub oğlu (1965–1994) Zeynalov Şeyda Qaçaq oğlu (1970–1994) Zeynalov Ramiz Nağı oğlu (1975–1994) Zeynallı Coşqun Çingiz oğlu (1993–2021) == İtkin düşənlər == Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərdən başqa, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adlarının yazıldığı xatirə lövhəsi də ucaldılıb.
Tovuz Şəhidlər Xiyabanı
Tovuz Şəhidlər Xiyabanı — Tovuz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq.Xiyaban 1992-ci ildə Tovuz şəhərində yaradılıb. == A == Abbasov Qoşqar Asim oğlu 1975 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi Abbasov Kərim Musa oğlu 1971 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi Abdullayev Ayaz İsmayıl oğlu 1972 Bozalqanı kəndi, Kəlbəcər rayonu Abdullayev Nəriman Abdulla oğlu 1969 Abulbəyli kəndi, Ağdərə rayonu Abulov Rəfael Qəzənfər oğlu 1972 Bayramlı kənd, Ağdərə kəndi Axundov Zaur Valeh Oğlu 1971 Tovuz şəhəri, Sulutəpə zirvəsi == B == Bayramov Eyvaz Cəmşid oğlu 1971 Tovuz şəhəri, Füzuli bölgəsi Bədəlov Oktay Ələddin oğlu 27.10.1984 Tovuz şəhəri, Qubadlı bölgəsində şəhid olmuşdur == C == Cəfərov Akif Vəli oğlu 1954 Aşağı öysüzlü kəndi, Sulutəpə zirvəsi == E == Eminov Emin Qəzənfər oğlu 1971 Azaflı kəndi, Füzuli rayonu == Ə == Əliyev Həmid Fərhad oğlu 1971 Azaflı kəndi, Muncuqlu kəndi Əliyev Müşviq Abbas oğlu 1974 Yuxarı Öysüzlü, Ağdam rayonu Əliyev Elman Nəriman oğlu 1969 Bozalqanlı, Ağdam rayonu Əliyev Ceyhun Ramiz oğlu 1967 Tovuz Şəhəri, Ağdam rayonu Əliyev Hafiz Mustafa oğlu 1973 Bozalqanlı kəndi, Kəlbəcər rayonu Əliyev İlham Cəbrayıl oğlu 1955 Tovuz şəhəri, Kəlbəcər rayonu Əmiraslanov Nağı Həsən oğlu (1973-1993) == H == Həsənov Hafiz Əsgər oğlu 1972 Tovuz Şəhəri, Ağdərə rayonu Hüseynov Fariz Əsəd oğlu 1974 Tovuz rayonu, Qaraxanlı kəndi.
Xaçmaz Şəhidlər Xiyabanı
Xaçmaz Şəhidlər Xiyabanı — Xaçmaz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Ümumilikdə ərazisi 3000 m2 olan xiyabanda 700 m2-ə yaxın yeni yaşıllıq qaz, 1500 m2 keyfiyyətli beton tavalar (tamet daşları) döşəmədir. Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrərmanı Yavər Şahbazovun büstü qoyulmuş, I Qarabağ müharibəsində şəhid olmuş 226 nəfərin, II Qarabağ müharibəsində şəhid olmuş 48 nəfərin və 20 yanvar 1990-cı ildə şəhid olmuş 1 nəfərin xatirə lövhədən ibarətdir. 2019-2021 Xiyaban yenidən əsaslı təmir – tikinti və yenidənqurma işləri aparılmışdır.
Məhəmməd Xiyabani
Şeyx Məhəmməd Xiyabani (azərb. شئیخ محممد خیابانی‎) — Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi. == Həyatı == Şeyx Məhəmməd Xiyabani 1880-ci ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam — islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn — rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur. == Siyasi fəaliyyəti == Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır.