Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cırdala
== Tərkibi == 400 qr gicitkan və ya cincilim, ya da hər ikisinin qarışığı 3 baş soğan 100 qr yağ 0,5 stəkan düyü zövqə görə duz 1 stəkan sarımsaqlı qatıq. == Hazırlanma qaydası == İlk əvvəl suda yarıbişmiş olana qədər qaynadılaraq süzülür. Soğan doğranılır, yağda qızardılır və üzərinə su tökülür. Su qaynadıqda yarıbişmiş düyü əlavə edilir. Buğum qaynadıldıqdan sonra isə doğranmış göyərti tökülüb bişirilir. Sonda hazır cırdala süfrəyə sarımsaqlı qatıqla verilir.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır.
Canalı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Xınalı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınalı kəklik
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. == Görünüşü == Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. == Yayılması == Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Zəminə Xınalı
Zəminə Xınalı - şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi, H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiri, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. “Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi” yubiley medalı, “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilmişdir. == Həyatı == 1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001). 2013- cü ilə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmiş və həmin ildən ehtiyata buraxılmışdır.Hal- hazırda MN H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiridi. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.2015- ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Ciğdamlı
Ciğdamlı, Ciğdəmli, Azatavan (erm. Ազատավան) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı «Cilçay»dır. Erməni mənbələrində kəndin adı Çidəmli, Cidamlı, Cifdamlı formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli, Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünə mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Çinarlı
Qəsəbələr Çinarlı (Şəmkir) — Şəmkir rayonunda qəsəbə.Kəndlər Çinarlı (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Çinarlı (Xocavənd) — Xocavənd rayonunda kənd Çinarlı (Qax) — Qax rayonunda kənd. Çinarlı — Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd.
Candarlı Əli paşa
Çandarlı Əli Paşa (ö. 18 dekabr 1406) — Osmanlı sultanı Murad Hüdavəndigar, İldırım Bəyazid və Əmir Süleyman Çələbi dönəmlərində baş vəzir olmuş, qazəsgər vəzifəsində xidmət etmiş dövlət xadimi. Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi. == Həyatı == === Sultan Murad dönəmi === Atası Murad Hüdavəndigarın baş vəzirlərindən Çandarlı Xeyrəddin Paşa, anası isə İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızıdır. Doğum tarixi və yeri haqqında məlumat yoxdur. Ancaq mədrəsə təhsili aldığı və üləma zümrəsinə daxil olaraq 1386-cı ildən öncə qazəsgərlik vəzifəsinə təyin edildiyi bilinir. Murad Hüdavəndigarın Qaramanoğlu Ələddin bəy üzərinə tərtiblədiyi səfərə qatıldı. Ancaq Bursa yaxınlığında ikən atasının vəfatı xəbərini aldı və sultanın əmriylə atasının yerinə baş vəzirliyə gətirildi. Öncə Serezə qayıdaraq atasının cənazəsini İznikə gətirdi və dəfnin ardından Afyonqarahisarda orduyla birlikdə onu gözləyən Murad Hüdavəndigara qatıldı. Qaramanoğlunun sülh təklifini geri çevirdi və göndərilən birlikləri məğlub etdikdən sonra Konya qalasını mühasirəyə aldı.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Hindli
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Çinari
Çinari — Berd rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Cinli
Cinli (Ağdam)
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Gürcü xingalı
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Çandarlı ailəsi
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə. == Haqqında == I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır. Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib.
Çinarlı (Biləsuvar)
Çinarlı (əvvəlki adı: Novoqrajdanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Novoqrajdanovka kəndi Çinarlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Çinarlı kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çinarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər Velikoknyazevka, bir qədər sonra Novoqrajdanovka adlandırılmışdır. Ərazisindəki çinar ağaclarının çoxluğuna görə 1991-ci ildən Çinarlı adı rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Çinarlı kənd kitabxana filialı və Çinarlı Poçt Şöbəsi (AZ1314) fəaliyyət göstərir. == Təhsil == Kənddə Çinarlı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Çinarlı (Qax)
Çinarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Çinarlı kəndi Fıstıqlı, Süskənd və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Qax rayonunun Qum i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur mahalından köçüb gəlmiş əhalinin Çinarlı adlanan yerdə məskunlaşması nəticəsində yaranmış və salındığı ərazinin adı ilə adlandırılmışdır; == Əhalisi == Kənd əhalisi əsasən etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Çinarlı kəndində 128 təsərrüfatda hər iki cinsdən toplam 398 nəfər əhali yaşamaqdadır.
Çinarlı (Qəzvin)
Çinarlı (fars. چنارلو‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Çinarlı (Xocavənd)
Çinarlı (əvvəlki adı: Vəng) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 oktyabr 2020-ci il tarixli, 190-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılmışdır. 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çinarlı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Çinarlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Çinarlı (Şəmkir)
Çinarlı (əvvəlki adları: Yelenendorf (?-1931); Georgiyevsk (?-?); Leninfeld (1941–1962); Lenin (1962–29 dekabr 1992) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Lenin qəsəbəsi Çinarlı qəsəbəsi adlandırılmışdır. == Tarixi == Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Azərbaycana köçürülmüş almanlar salıb və onu Georgsfeld adlandırıblar. 1932-ci ildə qəsəbənin adı dəyişdirilərək Lenin və ya Leninfild olub. Burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1947–49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir. Çinarlı qəsəbəsi 1991-ci ilə kimi Lenin qəsəbəsi adlanırdı. Şəmkir çayının kənarında yerləşən bu qəsəbədə bəzi qədim qalaların da qalıqları mövcuddur. Bunlardan biri də Koroğlu qalasıdır.
Çinarlı bələdiyyəsi
Çinarlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Çinarlı bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Çinarlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Devid Cintoli
Devid Cintoli (ing. David Giuntoli, 18 iyun 1980, Miluoki, Viskonsin) — Amerikalı aktyordur. NBC-nin fövqəltəbii dram serialı olan Qrimm-də detektiv Nik Burkart obrazını canlandırıb. Bundan başqa o 13 Saat: Benqazinin gizli əsgərləri (2016) və Buddyun (2016) kimi filmlərdə də çəkilib. Hal-hazırda Bir milyon kiçik şey televiziya serialında Eddi Saville obrazını canlandırır. == Həyatı == Cintoli Viskonsin ştatının Milwaukee şəhərində Meri və Devid Cintolinin ailəsində anadan olub. Atası italyan, anası isə polyak və alman əsillidir. O Missuri ştatının Sent-Luis şəhərinin ətrafındakı Huntleydə böyüyüb. Gən oğlanlıq vaxtlarında çox atletik olmadığını etiraf edən Giuntoli "Orta məktəbdə oxuyanda boyum indikindən 90 sm qısa idi" deyib. Sözlərinə başının eyni ölçüdə qaldığını əlavə edib.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Cindağ (Şahbuz)
Cindağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ, Zəngəzur silsiləsinin qərb yamacında yerləşir. Gecəzur kəndindən 3.5 km cənub-şərqdədir (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun şimal yamacında zirvə. Ağbulaq kəndindən 4 km cənub-şərqdədir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran eyniyaşlı dolerit və andezit-dasit tərkibli və izometrik formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Şimal və cənub-qərb yamacları orta pleystosenin flüvioqlasial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Konusvari formadadır, subvulkandır.
Con Lindli
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.