Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dibəkli
Dibəkli (dağ)
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Dibəkli (Sərab)
Dibəkli (fars. ديبكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dirsəkli val
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir. Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi. == Quruluşu == Dirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil.
Dibətli
Dibətli — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində dağ. Böyük Kirs dağının cənub-qərbində yerləşir. Hündürlüyü 2140 m. Əsli Dibəklidir. Dibək duz, yarma, çəltik və s. döymək üçün ici oyulmuş daş və ya kötükdur. Yaylaqda daşlardakı oyuqlardan heyvanlar üçün yem qabı kimi də istifadə edilirdi. Dağda belə təbii oyuqlar olduğuna görə Dibəkli adlandırılmışdır.
Dirəklər
Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dirəkli, Qafqazın 5 verstlik xəritəsində Dirəklər kimi qeyd edilmişdir. Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII-XIV əcrlərdə Anadolu yarımadasında yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur. == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Qərəkli
Qərəkli (Urmiya) —
Çiçəkli
Azərbaycanda Çiçəkli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çiçəkli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çiçəkli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Çiçəkli (dağ) — Kəlbəcər rayonunda dağ. Çiçəkli (dərə) — Babək rayonunda dərə. Ermənistanda Çiçəkli (Dərəçiçək) — Dərəçiçək mahalıında kənd.
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Şirəzli
Şirəzli və ya Virayi (fars. شیرزلی، ویرایی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 209 nəfər yaşayır (85 ailə).
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Pirəli
Pirəli (Urmiya)
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
İrakli
İrakli — ad. I İrakli İrakli Metaksa — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. İrakli Morkov — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796).
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
Pirelli
Pirelli — 1872-ci ildə Covanni Battista Pirelli tərəfindən Milanda, plastika istehsalçısı olaraq qurulmuş, beynəlxalq arenada fəaliyyət göstərən təkər firmasıdı. Təkər sektorunda Pirelli, gəlir mənasında dünyanın 5-ci ən böyük markasıdır. 2006-cı ildə Pirelli şinləri 3,94 milyard avro satış əldə edərək, bir əvvəlki ilə görə 8,7% böyümə qeyd etmişdir. Pirelli şinləri, rezin dizayn, inkişaf, istehsal və marketinq sahələrində fəaliyyət göstərməsiylə, "Beynəlxalq Pirelli Qrupu"nun əhəmiyyətli bir parçasına çevrilmişdir. Pirelli şinlərinin fəaliyyət sahəsi, yüngül ticari vasitə və motosikldan (gəlirin 70%-i istehlakçı bazardan əldə olunur), avtobus, yük maşını, traktor, iş maşını və marketinqə (gəlirin 30%-i sənaye bazarından əldə olunur) qədər uzanmaqdadır. == Tarixi == 1870-ci ildə Covanni Battista Pirelli tərəfindən buxarla çalışan bir maşın, 5 idarəçi və 50 işçi ilə Milanda qurulan Pirelli, hal hazırda dünyanın 17 ölkəsində ümumilikdə 23 fabrikdə təkər sektorunda fəaliyyət göstərir. Fəaliyyətinə kauçuk sahəsində başlayan şirkət, hazırda rezin təkər ilə yanaşı enerji və kommunikasiya sahələrində istifadə olunan kabellərin istehsalını da reallaşdırır.