Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Yüzillik
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Nazilli
Nazilli — Türkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir. == Etimologiya == Nazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır. == Tarixi == Türklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
XVII yüzillik
XVII əsrin əvvəllərində Səfəvi - Osmanlı müharibəsinin gedişində üstünlüyü ələ alan Şah I Abbas Osmanlı sultanını sülh bağlamağa vadar etdi. 1612-ci noyabrın 20-də imzalanmış İstanbul sülhü Amasya sülhünün (1555) şərtlərini bərpa etdi.
XVI yüzillik
== Hadisələr == 1501-ci ildə Səfəvi İmperiyası yarandı. 1514-cü ildə Çaldıran düzündə şah İsmayıl Xətai ilə Sultan Səlim arasında müharibə oldu.18-ci əsrin 40-cı illərinin sonlarından bu günə qədər "Gələrsən, görərsən" adlandırılan bu qala 1551-ci ildə tikilib. == Doğumlar == 1524-cü ildə Şah İsmayıl Xətai anadan vəfat etdi və Şah Təhmasib anadan oldu. Simeon Bekbulatoviç Şeyx Bəhaəddin (memar) == Vəfatlar == 1578-cı ildə Şah Təhmasib vəfat etdi.
Yüzillik müharibə
Yüzillik müharibə (İngiliscə: The Hundred Years' War) – Plantagenetlər, Valualar və İngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337-1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu müharibə hər iki rəqib sülalədə nəsillər boyunca davam etmiş, bununla yanaşı bu dövlətlərdə milli kimlik hissi formalaşdırmışdır. Fransa və İngiltərə taxtları arasındakı bu qarşıdurma İngiltərə kral sülaləsinin fransız əsilli olması səbəbilə, əslində əsrlər öncəsindən qaynaqlanırdı. Bu səbəblə İngiltərə kralları daim Fransadakı bəzi mülklərdə haqq iddia etmiş, beləcə Fransa krallarının vassalına çevrilmişdi. Bundan istifadə edən Fransa kralları isə ingilislərin həddindən artıq yüksəlməsinin önünü almağa çalışmış, onların şotlandlarla olan münaqişələrindən istifadə edərək bölgədəki ingilis mülklərini xırda-xırda ələ keçirmişdilər. Belə ki, vaxtilə Fransa kral mülklərini belə kölgədə qoyan ingilis mülklərindən 1337-ci ildə sadəcə Qaskoniya qalmışdı. 1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi.
Kamillik (film, 1979)
== Məzmun == Film tanınmış Azərbaycan yazıçısı və dramaturqu, respublika yazıçılar ittifaqının I katibi İmran Qasımovun anadan olmasının 60 illiyinə həsr olunmuşdur. Filmdə yazıçının həyat və yaradıcılığı barədə danışılır.
Yüzillik Olimpiya Parkı
Yüzillik Olimpiya Parkı — Georgia World Congress Center Authority tərəfindən idarə edilən və ona məxsus Corciya ştatının inzibati mərkəzi olan Atlantanın mərkəz hissəsində yerləşən ictimai parkdır. Park Olimpiya Oyunlarının yüzilliyinin şərəfinə 1996-cı ildə infrastrukturun yaxşılaşdırılmasının bir hissəsi kimi Atlanta Olimpiya Komitəsi tərəfindən tikilib. Parkın milyollarla ziyarətçiləri hər il bir neçə hadisəyə şahidlik edir. Bunlara məşhur musiqi konsertləri, Müstəqillik günü konsertləri və atəşfəşanlıq daxildir. == Tarixi == Parkın ərazisi əvvəllər atılmış və baxımsız sənaye binaları və böyük boş sahələrdən ibarət idi. Atlanta Olimpiya Komitəsinin başçısı Billi Peyn parkı həm şəhər üçün silinməz irs kimi, həm də Olimpiya Oyunları zamanı tamaşaçılar və ziyarətçilər üçün mərkəzi görüş yeri kimi düşünmüşdü. Olimpiya zamanı parkı dünyaya nümayiş etdirmək məqsədilə, Atlanta Olimpiya Komitəsi parkın tikilməsi və tərtibatı üçün dizayn yarışması keçirmək qərarına gəlib. Atlanta Olimpiya Komitəsi tərəfindən park üçün dizayn layihəsinin qalibi kimi H.J. Russell & Company inşaat və dizayn firması seçildi. Yüzillik Olimpiya Parkı iki mərhələdə tikilib. Tikintinin birinci mərhələsi 28 milyon dollar ABŞ dolları dəyərində idi.
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.