Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. == Süjet xətti == Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Kim Possibl: Bitirmə
Kim Possibl: Bitirmə (ing. Kim Possible: Graduation) - 2007-ci ildə çəkilmiş qısametrajı iki hissəli animasiyadır. Bu animasiya bütün seriyaların bitirir. == Məzmun == Birinci hissədə Həkim Drakken bitki qatillərinin köməyi ilə dünyanı ələ keçirmək istəyir. Bunun üçün Drakken xüsusi maddə hazırlayır. Bu müddətdə Kim onun planlarını yox etmək niyyətindədir. Onların mübarizəsindən sonra əvvəlki mübarizələrdən fərqli olaraq Drakkenin laboratoriyası dağılmır və gül bağına çevrilir. Amma bir müddətdən sonra Kim və Drakken ayrı-ayrılıqda özgəplanetlilər tərəfindən qaçırılır... İkinci hissədə dostlarını xilas etmək üçün Ron və Şiqo kosmosa yola düşürlər. Kim və Drakken xilas olan zaman dördlük dünyanı xilas etmək istəyirlər.
İyirmi
İyirmi / Yirmi — say sistemində Sayaqlardan biridir. On doqquzdan sonra, iyirmi birdən Qabaq gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi / Yirmi Sayaqi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 4, 5, 10 və 20 ədədlərinə qalıqsız bölünür. == Elmdə == == Dində == === Qurani-Kərimdə === Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. == Tarixçə == Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
İtiri
ITIRI - Yazılı və sinxron tərcüməçilər və beynəlxalq əlaqələr institutu, 1985-ci ildə yaradılmışdır.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Bişirmə banan
Bişirmə banan (lat. Musa ×paradisiaca), Plantin və ya Plantan- Meyvələri ümumiyyətlə yemək bişirmədə istifadə olunan banan cinsindəki banan becəriciləridir. Bişirmə bananları Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada və Cənubi Amerikanın şimalında əsas qida maddəsidir.
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Tirmən (Əbyəlil)
Tirmən kəndi (başq. Тирмән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Askar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 10 srntyabr 2007-ci ilə qədər Melkombinat kəndi adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 15 km., kənd sovetliyindən (Askar): 15 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 62 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).Ötürmənin seçilməsi istismar şəraitindən və üsulundan asılı olaraq aparılır.
İsinmə hərəkəti
İsinmə hərəkəti — nümayiş və ya praktikadan əvvəl həyata keçirilir. Atletlər, müğənnilər, aktyorlar və başqaları əzələlərini istifadə etmədən əvvəl qızdırırlar. Bu güclü hərəkətlər üçün əzələləri hazırlayır. İstilik hərəkətləri əzələləri spazmalardan və zədələrin qarşısını alır.
İyirmi altı
İyirmi altı — say sistemində saylardan biridir. İyirmi beşdən sonra, İyirmi yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
İyirmi beş
İyiirmi beş — say sistemində ədədlərdən biridir. İyiirmi dörddən sonra, İyiirmi altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
İyirmi bir
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
İyirmi doqquz
İyirmi doqquz — say sistemində ədədlərdən biridir. İyirmi səkkizdən sonra, otuzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
İyirmi dörd
İyirmi dörd — say sistemində ədədlərdən biridir. İyirmi üçdən sonra, iyirmi beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
İyirmi iki
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
İyirmi səkkiz
İyirmi səkkiz — say sistemində ədədlərdən biridir. İyirmi yeddidən sonra, İyirmi doqquzdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
İyirmi üç
İyirmi üç — say sistemində ədədlərdən biridir. İyirmi ikidən sonra, İyirmi dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Tirə
Tirə- (rus. гряда, ing. ridge) müxtəlif mən­şəli uzunsov, nisbətən alçaq, müs­bət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Güləbətin (tikmə)
Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, türkm. akqayma, sarıqayma ) - qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür. == Tarixçə == Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi . Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub.
Canthium inerme
Canthium inerme (lat. Canthium inerme) — boyaqotukimilər fəsiləsinin canthium cinsinə aid bitki növü.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı.Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.