BİTİRMƏK₁

f.
1. Axıra çatdırmaq, başa çatdırmaq, tamamlamaq, qurtarmaq. Söhbəti bitirmək. Məktəbi bitirmək. – Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı.
Uşaq totuq əlini yanağına söykəyib, çoxdan yatmışdı. Çəmənzəminli.
Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal.

2. Yerinə yetirmək, görüb qurtarmaq. Zavod öz illik planını vaxtından əvvəl bitirmişdir. İşimi bitirən kimi kinoya gedəcəyəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİTİRMƏK tamamlamaq — qurtarmaq
  • BİTİRMƏK yetişdirmək — göyərtmək — cücərtmək
  • BİTİRMƏK I bitirmək bax yetişdirmək II bitirmək bax qurtarmaq 1

Omonimlər

  • BİTİRMƏK BİTİRMƏK I f. Axıra çatdırmaq, tamamlamaq, qurtarmaq. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi (Mir Cəlal)
BİTİRMƏK₂
BİTİŞDİRİCİ

Digər lüğətlərdə