Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mübadilə
Mübadilə — müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-biriləri ilə dəyişmələri.
Mübahilə
Mübahilə kəlməsinin kökü "bəhl"dir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, "hər cür dua etmək" mənasında işləndi. Müsəlmanlar Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsini Mübahilə ayəsi adlandırırlar. == Haqqında nəql olunan kəlamlar == İmam Sadiq Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: "Ovcunu onun ovcuna qoyub deyirsən: "Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et". İmam Sadiq: "Nəcran xaçpərəstləri öz başçı, canişin və... ilə Peyğəmbərin yanına gəlib dedilər: "Bizi nəyə dəvət edirsən?" Peyğəmbər buyurdu: "Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan... yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə...
Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. == Tarixi == Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular. Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. == Mütaliə elmi-nəzəri problem kimi == İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.
Mübadilə (iqtisadiyyat)
Mübadilə iqtisadiyyatda — malların bir sahibdən digərinə daşınması. İnsanlar arasında birbaşa və ya əmək məhsullarının mübadiləsi şəklində təzahür edən qarşılıqlı fəaliyyət mübadiləsi. Məcburi və qeyri-məcburi ola bilər (könüllü). Könüllü mübadilə formalarından biri ticarətdir. Könüllü mübadilədə çox vaxt zahiri, keyfiyyət, forma və təyinat baxımından fərqli olan şeyləri ölçmək lazımdır. Bu, malların maya dəyərinə çevrilən vahid əsasın, ekvivalentlik ölçüsünün olmasını zəruri edir. Mübadilə həm bilavasitə “mal-mal” sxeminə (barter), həm də “mal-pul-mal” sxeminə görə (alqı-satqı) pulun iştirakı ilə digər mal və ya xidmətlər üzrə aparıla bilər. Məcburi mübadilə əksər hallarda tərəflərdən biri ədalətsiz, qeyri-ekvivalent, yırtıcı hesab edir. Adətən, könüllü əsasda (güc tətbiq etmədən və ya onun tətbiqi təhlükəsi olmadan) mübadilə baş verməyəcəyi şərtlər var. Müasir təcrübədə birjada birbaşa zorakılıq adətən cinayət hesab olunur.
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir. == Ayə == Ayənin əsli, ərəbcəsi: فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ Ayənin Azərbaycan dilinə olan tərcümələri: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.) Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər. == Əhli-Beytdən (ə) dərslər. == Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın! Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir.
Radioelektron mübarizə
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədi ilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır == Standart şəraitlər == Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º).Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. === Metabolizm === Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Azərbaycan mübarizə yolunda
Azərbaycan mübarizə yolunda — Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş 13 bölmədən ibarət əsəri. Əsərdə Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir. == Haqqında == Məhəmməd Əmin Rəsulzadənin yazdığı “Azərbaycan mübarizə yolunda” kitabı 1930-cu ildə Parisdə fransız dilində çap edilib. 2019-cu ildə kitab ilk dəfə Azərbaycan dilində nəşr olunub. Kitabın tərcüməçisi Tural Mehbaliyevdir. Əsər 13 bölmədən ibarətdir. Kitab Avropa oxucusu üçün nəzərdə tutulduğuna görə, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Axundzadə ilə Molyerin adlarını müqayisəli şəkildə çəkir, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayır. Azərbaycan teatrında isə qərb müəlliflərinin əsərlərinin oynanıldığını yazır: 1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Rəsulzadənin əsərinin əsas qayəsi də bu hadisə ilə bağlıdır. Sovet dönəmində bu hərəkat haqqında bilgilər gizlədilsə də, mühacirət mətbuatında, xüsusilə də, “Odlu Yurd” dərgisində və “Bildiriş” qəzetində bu barədə kifayət qədər maraqlı məlumatlar var.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yəhudi Mübarizə Təşkilatı
Yəhudi Mübarizə Təşkilatı — 1942-ci ilin 22 iyul tarixində yaradılmış yeraltı mübarizə təşkilatı. Varşava gettosunda yaşayan yəhudilər tərəfindən yaradılmış təşkilatın əsas məqsədi yəhudilərin ölüm düşərgələrinə göndərilməsinin qarşısını alaraq, Holokostu dayandırmaq olmuşdur. Varşava gettosu üsyanının təşkil edilməsində təşkilatın üzvləri fəal iştirak etmişdir. Yəhudi Mübarizə Təşkilatı zamanla sol yönümlü sionistlərin aktivlik göstərdiyi təşkilata çevirilmişdir. Təşkilat Avropada antifaşist hərəkatı ilə bağlı fəaliyyət göstərən müxtəlif qruplarla əlaqələr quraraq fəaliyyət sahəsini genişləndirməyə çalışmışdır. Polşa Sionist Partiyasının nəzarəti altında olan Yəhudi Mübarizə Təşkilatının ilk rəhbəri Mordechai Anielewicz olmuşdur.
Əksinqilabla Mübarizə Təşkilatı
Əksinqilabla Mübarizə Təşkilatı — Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi ilə eyni vaxtda (1919-cu il, 11 iyun) və ona tabe qurum kimi yaradılmış əks-kəşfiyyat orqanı. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən böyük təhlükələrlə qarşılaşmalı oldu. Belə ki, müxtəlif dövlətlər mühüm geosiyasi bölgədə yerləşən Azərbaycanı özünün nüfüz dairəsinə salmaq məqsədilə açıq mübarizə aparırdılar. Ən böyük təhlükə mənbələri "vahid və bölünməz Rusiya" uğrunda mübarizə aparan Denikin ordusu və "Böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş vəhşiliklər və soyqırımları törədən daşnaklar və daşnak Ermənistanı idi. Bu qüvvələrin hər biri Azərbaycanda, xüsusilə də Bakıda geniş təxribatlar törədir, Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, ölkədə qayda-qanun yaradılmasına mane olmağa çalışırdılar. Denikin qüvvələri Şimali Qafqazı tutduqdan sonra Azərbaycan üçün daha böyük təhlükə yarandı. 1919-cu il fevralın 18-də Parlamentin iclasında çıxış edən Fətəli xan Xoyski Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığını bildirdi. Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutması nəinki Azərbaycanı, həmçinin bütün Cənubi Qafqazı böyük təhlükə qarşısında qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan - 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.Azərbaycanda təxribatlara qarşı xüsusi mübarizə strukturunun - Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması da bununla eyni vaxta təsadüf edir. Azərbaycanda əks-kəşfiyyat işi ilə hələ 1919-cu ilin yanvarından hərbi kəşfiyyat məşğul olurdu.
Narkotiklərlə Mübarizə Agentliyi
Narkotiklərlə Mübarizə Agentliyi — Tacikistanın narkotiklərlə mübarizə xidməti. 1999-cu ildə təsis edilmişdir. Əfqanıstandan ölkə ərazisindən keçən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə kömək etmək üçün yaradılmışdır və Asiyada fəaliyyət göstərən ən fəal antinarkotik qurumlardan biridir. == Tarixi == Əfqanıstanın opiatlarının 20%-dən çoxunun Tacikistandan keçdiyi təxmin edilir. 2000–2011-ci illər arasında agentlik 11,000 kiloqramdan çox narkotik müsadirə etmişdir. Qurum İran, Qırğızıstan, Rusiya, Çin, Əfqanıstan və Özbəkistanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. 2004-cü ildə agentliyin rəhbəri Qafar Mirzəyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ömürlük həbs cəzasına məhkum edilmişdir. Onu general-leytenant Rüstəm Nəzərov əvəz etmişdir.
Alman Akademik Mübadilə Xidməti
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir. == Məqsədi == DAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Azərbaycanda Çəyirtkələrlə Mübarizə Komitəsi
Azərbaycanda Çəyirtkələrlə Mübarizə Komitəsi — Azərbaycan SSR-də 1920-ci illərdə fəaliyyət göstərmiş komitə == Rəhbərləri == Mircəfər Bağırov 1920-ci illərdə bir müddət Azərbaycanda Çəyirtkələrlə Mübarizə Komitəsinin sədri olmuşdur.
Diabetlə Beynəlxalq Mübarizə günü
14 noyabr Diabetlə Beynəlxalq Mübarizə günüdür. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir. == Tarixi == Dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq Fredrik Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra kanadalı fizioloq Frederik Bantinqin doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli diabetlə Beynəlxalq mübarizə günü kimi salınıb.
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.
Həyat Uğrunda Mübarizə (1926)
== Məzmun == Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur. Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir. Film tərbiyəvi-profilaktik xarakter daşıyır. == Film haqqında == Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757 == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Litvinov Operator: İvan Tartakovski Elmi məsləhətçi: Behbudov (mühəndis) == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Kim Possibl: Zamanda mübarizə
Kim Possibl: Zamanda mübarizə (ing. Kim Possible: A Sitch in Time) — 2003-cü ildə çəkilmiş qısametrajı animasiyadır. == Məzmun == Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər. Bu büt zamanda səfər etməyi təmin edir. Bir müddət sonra onlar muzeydən "Zaman Meymunu" bütünün bir hissəsini oğurlamaq istəyirlər. Kim Possibl isə bu vəziyyəti dayandırmaq niyyətindədir. Kim Possiblın inadlı mübarizəsinə baxmayaraq Meymun Gücü, Həkim Drakken, və Daff Killiqan Şiqonun sayəsində onun müqavimətini dəf edə bilirlər. Bu zaman Kim bağlı sarkofaqda qalır və onlar "Zaman Meymunu" bütünü oğurlamağı bacarırlar. Kimi sarkofaqdan isə səhər muzeyə gələn Ron azad edir.
Kim Possible: Zamanda mübarizə
Kim Possibl: Zamanda mübarizə (ing. Kim Possible: A Sitch in Time) — 2003-cü ildə çəkilmiş qısametrajı animasiyadır. == Məzmun == Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər. Bu büt zamanda səfər etməyi təmin edir. Bir müddət sonra onlar muzeydən "Zaman Meymunu" bütünün bir hissəsini oğurlamaq istəyirlər. Kim Possibl isə bu vəziyyəti dayandırmaq niyyətindədir. Kim Possiblın inadlı mübarizəsinə baxmayaraq Meymun Gücü, Həkim Drakken, və Daff Killiqan Şiqonun sayəsində onun müqavimətini dəf edə bilirlər. Bu zaman Kim bağlı sarkofaqda qalır və onlar "Zaman Meymunu" bütünü oğurlamağı bacarırlar. Kimi sarkofaqdan isə səhər muzeyə gələn Ron azad edir.
Makedoniya adı uğrunda mübahisə
Makedoniya adı uğrunda mübahisə — Yunanıstan və Makedoniya arasında uzun illərdir ki, davam edir. Bunun səbəbi odur ki, Yunanıstanın ən qədim bölgələrindən biri də Makedoniya adlanır. Afina öz qonşusundan ölkəyə elə bir ad verməyi tələb edir ki, bu, gələcəkdə Yunanıstan ərazisinə yarana biləcək iddialara şərait yaratmasın. BMT-nin vasitəçiliyi ilə bu ölkələr arasında aparılan danışıqlar 2008-ci ildə Yunanıstanın Makedoniyanın NATO-ya üzv qəbul olunmasına qarşı çıxdıqdan sonra dayandırılmışdır. 2010-cu ildə rəsmi Afina keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuş Makedoniyanın "Şimali Makedoniya" adlandırılmasına razı olduğunu bəyan etmişdir. Bu fikri Yunanıstanın xarici işlər nazirinin birinci müavini Dimitris Droustas bildirmişdir. Rəsmi Afina əks təqdirdə Yunanıstanın Makedoniyanın Avropa İttifaqına və NATO-ya üzvlüyə qəbul edilməsinin qarşısını bundan sonra da alacağını bəyan etmişdir. Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (mak. Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilib. 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəliblər.
Müsabiqə
Müsabiqə (lat. concursus) — bir neçə nəfərin və ya komandanın incəsənətdə, elmdə, idmanda, gözəllik yarışmasında birincilik əldə etmək üçün rəqabətli yarışı. Müsabiqə bir neçə mərhələdə keçə bilər - seçmə, əsas və final. == Müsabiqə yarışmaları == Ali məktəbəblərə daxil olmaq üçün müsabiqə. İncəsənət yarışması. Layihə müsabiqəsi. Tender müsabiqəsi.
Müqəddəs ayinlə bağlı mübahisə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.