MÜZAYİQƏ

is. [ ər. ] Əsirgəməmə, qıymama. [Səltənət:] Bizim fikrimiz həmişə sizin yanınızdadır.
Əlimizdən gələnə nə müzayiqə! Mir Cəlal.

□ Müzayiqə etməmək (eləməmək) – əsirgəməmək, qıymamaq, olan şeyi verməkdən çəkinməmək.
…Bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. C.Məmmədquluzadə.
[Hacı Mehdi:] Gərək əlindən gələni müzayiqə eləməyəsən. Ə.Haqverdiyev.
Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. S.S.Axundov.

Müzayiqə( si) yoxdur – verməyə hazıram, əsirgəmərəm, danmaram, edərəm, etiraz etmərəm.
[Hacı:] …Hərgah cənabınıza canım, malım … lazım olsa, müzayiqəsi yoxdur! Çəmənzəminli.
[Səfər kişi:] Baş üstə, mənim əlimdən nə gəlirsə, baş üstə! Müzayiqə yoxdur! Mir Cəlal.

MÜZAYİDƏ
MÜZƏFFƏR

Digər lüğətlərdə