Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orda
Orda (Monqolca və qədim Türk dillərində ordo) köçəri toplumlarda tayfa qarşılığı işlədilən bir termindir. Bu termin Türkcə ordu biçiminə düşmüşdür. Orda və ya ordu, ordugah ilə də bağlı bir termindir. Orda, Tatarcada urda biçimində işlənilir. Ordanın, yurd, çadır terminiylə də bağlantılı olduğu vardır. Ağ Orda, quruluşu 1226. Göy Orda, quruluşu 1227. Qızıl Orda, 1240-cı ildə qurulan Tatar-Monqol dövləti. Noqay Orda, 1390-cı ildə Şimali Qafqazda dövlət quran Tatar boyu. Alaş Orda, 1920-ci ildə Qazaxların elan etdiyi dövlət.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaqAlaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Ağ Orda
Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şimali Özbәkistan vә Şimali Türkmәnistan ərazisində qurulan xanlıq. Qızıl Ordanın şərqdəki torpaqlarında qurulmuşdu. Әn mәşhur xanları — vaxtı ilә Ulu Ulus xaqanları olmuş Uruz xan vә Baraq xandır. Dövlәtin başında Çingizlilәr sülalәsinin Cuçioğulları xanәdanının Toğayteymurlular qolunun Törә sülalәsi dururdu. 1428-ci ildә Özbәk xanlığı olaraq bildiyimiz Göy Orda hökmdarı Әbülxeyir xan Şeybani tәrәfindәn әlә keçirilmişdir. 1465-ci ildә Uruz xanın nәticәlәri Kerey vә Janibek Ağ Ordanı Qazax xanlığı adı ilә yenidәn qurmuşlar. == Tarixi == Cuçi xan tərəfindən nəzarət edilən torpaqların şərq hissəsində Orta Asiyadan Sibirə qədər olan bölgədə hakim oldular. Onun tərkibinə Aral gölündən şimal-şərqə Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi. Bu ərazidə monqol işğallarından əvvəl Sabran ( və ya Şabran), Sığnaq, Yengikənd və başqa şəhərlər yerləşirdi. Monqol işğalları nəyicəsində bu şəhərlər suqut etmiş, sonra tədricən dirçəlməyə başlamışdır.
Böyük Orda
Böyük Orda — Qızıl Ordanın parçalanmasından sonra Cuçilər (Çingizlilərin bir qolu) tərəfindən idarə olunan yeganə hissəsi. Toxtamışın nəvəsi Seyid Əhməd xan tərəfindən qurulmuşdu. Krım xanlığı, Noqay Orda və Moskva knyazlığının hücumları nəticəsində dağılmışdı.
Napoleon Orda
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[…] – 26 aprel 1883[…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim. == Həyatı == O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur.Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular.Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi.Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı. İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu. 1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı. 1831-ci il qiyamında fəal iştirak etdi, buna görə "Virtuti Militari" ordeni xaçına layiq görüldü və kapitan rütbəsini aldı. 1833-cü ildə üsyan yatırıldıqdan sonra Napoleon Orda evini tərk etmək və saxta adla Paris şəhərinə mühacirət etmək məcburiyyətində qaldı. Mühacirət zamanı Avstriyada, İsveçrədə və İtaliyada yaşadı və 1833-cü ilin sentyabr ayında Fransada mühacir statusu aldı və Parisdə qaldı.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu - XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda - Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə - Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə - Qərbi Sibir düzənliyində yerləşirdi. == Dövlətin təşəkkülü == Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Orda xan
Orda xan (monq. эджен — «sahib, yiyə»; ? — 1246 və 1251-ci ilin arasında) — Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı. == Həyatı == Monqol imperatoru Çingiz xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun çayı ilə Balxaş gölünün qərbindəki yerləri böyük oğlu Cuçi xana vermişdi. Cuçi xanın kiçik oğlu Batı xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cuçinin torpaqları sonradan Batu xan ilə böyük qardaşı Orda xan arasında bölündü. Balxaş ilə Aral gölləri arasındakı və Ceyhun çayının cənubundakı yerlər Orda xana verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Orda xanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi.
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. == Tarixi == Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Alaş-Orda hökuməti
Alaş-Orda Müvəqqəti Xalq Şurası və ya Alaş-Orda hökuməti (qaz. Алаш-Орда үкіметі) — 1917-ci ilin dekabrından 1920-ci ilin martına qədər mövcud olmuş Alaş muxtariyyətində dövlət hakimiyyətinin ən yüksək regional icra, inzibati və qanunverici orqanı. İkinci Ümumqazax Qurultayında 25 nəfərdən ibarət "Alaş-Orda" müvəqqəti xalq şurası yaradılmışdır, onun 10 yeri ruslara və bölgənin digər xalqlarının nümayəndələrinə verilmişdir. Alaş-Ordanın yerini sonralar "Alaş-qala" adlandırılan Semipalatinsk təyin edilmişdir.
Orda (film, 2012)
Orda (film, 2012) (rus. Орда) — rejissorluğunu Andrey Proşkinin etdiyi, senarisini Yuri Arabovun yazdığı film. Tarixi film 2012-ci ildə ekranlaşdırılmışdır. Film Müqəddəs Aleksiusun Qızıl Orda xanı Canı bəyin anası Taydula Xatunu necə korluqdan xilas etməsindən bəhs edir.Film Birləşmiş Krallıqda "Qızıl Orda imperiyası" adı ilə ekranlara çıxardılmışdır. Filmin çəkiliş dili qaraçay-balkarcadır. == Hekayə == Canı bəy (İnnokenti Dakayarov) öz qardaşı Xan Tini bəyi (Andrey Panin) qətlə yetirir və onun əvəzinə taxta keçir. Tezliklə, onun anası Taydula (Roza Hayrullina) kor olur və oğlu Canı bəy anasının korluğunu malicə etmək üçün çarəsiz qalır. Bu zaman Moskva Metropolitanından Aleksius möcüzə göstərməklə məşhurluq qazanır və Canı bəy Moskva hökmdarı II İvandan onu Qızıl Ordaya göndərməsini istəyir. Aleksius ora getməkdə könülsüz olsa da, II İvan Moskvaya ediləcək tatar hücumunu müəyyən qədər yubatmaq üçün yaranmış nadir şanslardan biri kimi qiymətləndirir. Sonda Aleksius fikrini dəyişməyə məcbur olur və Canı bəyin adamları olan Timer (Fedot Lvov) və Badakyulun (Aleksey Yeqorov) müşayiəti və keleynik Fedka (Aleksandr Yatsenko) ilə birlikdə Saray-Jükə yola düşür.
Qızıl Orda Dövləti
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. == Tarixi == Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Murad xan (Qızıl Orda)
Murad xan — Ağ Orda ulusundan idi. Cəmi 3 il xan olduqdan sonra baş əmiri İlyas tərəfindən öldürüldü. Yerinə Mir Polad xan keçdi.
Brda FK
Noqometni Klub Brda Dobrovo (Azərbaycanca: Brda Dobrovo Futbol Klubu) — "NK Brda" və ya sadəcə "Brda" kimi tanınan və Dobrovo şəhərini təmsil edən Sloveniya futbol klubudur. Klub hal-hazırda Sloveniya İkinci Liqasında mübarizə aparır. Klub 1973-cü ildə təsis edilmişdir. == Stadion == Klubun ev stadionu olan Vipolze stadionu Vipolze şəhərində yerləşir. Stadionun 600 nəfərlik tamaşaçı tutumu olmasına baxmayaraq, sadəcə 193 nəfər burada əyləşə bilər.
Ordan-burdan (film, 1987)
== Məzmun ==
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. == Karyerası == O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Bursa bursa-pastoris
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə.Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Orba
Orba (isp. Orba) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 17,73 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2629 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 86 km uzaqlıqda yerləşir.
Ordu
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Orka
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Orşa
Orşa — müasir Belarusun Vitebsk vilayətində şəhər. == Tarixi == Vaxtilə Orşa (indiki Orşitsa) çayının Dnepr çayına töküldüyü yerdə möhkəm türk qalası olmuşdur. Türk hərbi məntəqəsi Ada Kalanın adı rus yazılı mənbələrində ilk dəfə 1067-ci ilə aid "Povesti vremennıx let" səhifələrində çəkilir1. (Qeyd: "Povesti vremennıx let" ümumrus əlyazmaları toplusudur; Kiyevdə 12-ci əsrin ilk onilliyində tərtib olunmuşdur. Onun əsas canını Lavrenti və İpatov salnamələri təşkil edir). Şəhərin adı həqiqətən onun təbii istehkam-qala görünüşü ilə bağlı idi. Belə ki, qalanın yeri hərbi – strateji baxımdan çox əlverişli sayılırdı. Orşa ilə Dneprin qovuşduğu yerdə – bu çayların hər iki tərəfdən qucduğu çayarası sahədə yerləşən və xilqətən alınmaz olan bu qalanı çaylar hər tərəfdən mühafizə edir, ona gələn yolları təbii şəkildə bağlayırdı. Arxadan – qurudan açıq qalan, sanki qorunmayan, lakin insan əlinə tapşırılan bu səmtdən isə qazılmış və su ilə doldurulmuş dərin kanal qalanı göz bəbəyi kimi qoruyurdu. Beləliklə, Ada Kala təbii, ilahi qüdrətiylə yaranmış belə bir adada qərar tuturdu.
Burça Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.