Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quturğan
Quturğan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Quturğan oyk., düz. Qusar r-nunun Sudur i.ə.v.-də kənd. Şahdağın ətəyindədir. Oykonim türk dillərindəki kııdur (dalğavari sıra dağlar) sözündən və -qan şəkilçisindən ibarət olub, “sıra dağlar qoynundakı kənd” mənasını bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 283 nəfər əhali yaşayır. == Həmçinin bax == Qusar rayonu == Xarici keçidlər == Cənnətə bir addım qalmış...
Qumqurğan
Qumqurğan (özb. Qumqoʻrgʻon) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Qudurdağ aşırımı
Qudurdağ aşırımı — Baş Qafqaz silsiləsində yerləşən, Azərbaycannın Zaqatala rayonunu Samurçayın yuxarı axarı ilə birləşdirir. Aşırımın hündürlüyü 3259 m təşkil edir.
Qurğan (Soyuqbulaq)
Qurğan (fars. قورغان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (52 ailə).
Haynts Vilhelm Quderian
Haynts Vilhelm Quderian (alm. Heinz Wilhelm Guderian‎; 17 iyun 1888 – 14 may 1954) — İkinci Dünya müharibəsi dövrü alman generalı. == Həyatı == Prussiya zabiti ailəsində doğulan Haynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin "Tanklar böyük müharibədə" adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək. Birinci Dünya müharibəsindən sonra səhra hərbi radio hissələrində qulluq edən Quderian vəzifəsini çox yüksək səviyyədə yerinə yetirdiyinə görə böyük hörmət qazanmışdı.
Cücürgan
Cücürgan (az.-əbcəd جۆجۆرگان‎, fars. جوزرگان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 64 nəfər yaşayır (22 ailə).
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Tuturqan (Xudabəndə)
Tuturqan (fars. توتورقان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 445 nəfər yaşayır (84 ailə).
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Gürgan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.
Qurqan (Xoy)
Qurqan (fars. قورقان‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Gürgan salamandrı
Gürgan salamandrı (Paradactylodon persicus) — Asiya salamandrı fəsiləsinin adı.
Qurqan (İrəvan xanlığı)
Qurqan - İrəvan xanlığının Sürməli mahalında kənd adı. == Tarixi == 1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağılmışdır. Bu kəndin adının mə'nası haqqında üç mülahizə irəli sürmək olar. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Qurqan tayfasının adını əks etdirir. Türk dillərində qurqan - düzən yerdə 1000 alaçıqdan ibarət dairəvi formalı dayanacaq, düşərgə sözündəndir. Türk dillərində tayfa başçısının qəbri üstündə ucaldılan konusvarı təpə-kurqan sözündəndir. Qeyd edilməlidir ki, Azərbaycan və ERmənistan ərazilərində qədim türk tayfalarına məxsus olan bə'zi kurqanlar xalq içərisində XIX əsrə qədər müqəddəs sayılırdı (məs: Laçın r-nunda Qurqanbaba piri və s.).