AZĞIN

1. AZĞIN, QUDURMUŞ (məc.) Qan içməkdən doymazdı azğın, qudurmuş itlər; Makgini öldürdülər, qorxu yaradır deyə (S.Rüstəm); AĞZIKÖPÜKLÜ (dan.). Dağətəyi kəndi.. ağzıköpüklü ağalarına qarşı baş qaldırmış deyildi (S.Rəhimov); DƏLİ-QUDURMUŞ Görəsən yenə hansı dəli-qudurmuşa rast gəldi (M.F.Axundzadə); QUDURĞAN Qudurğan dövlətli cavanları arvada latayır söz qoşub oxuyur.. (Ə.Əbülhəsən); QUDUZ (məc.) Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı (M.Hüseyn); VƏHŞİ (bax).

2. AZĞIN, AZMIŞ, HARIN (məc.), YOLUNU İTİRMİŞ

AZƏRİCƏ
AZĞINLAŞMAQ

Digər lüğətlərdə