AZĞIN

sif.
1. Azmış, yolunu itirmiş.
□ Azğın düşmək – yolunu itirmək, yurdundan, məskənindən avara düşmək.
// məc. Yoldan çıxmaq, pis yola düşmək.
2. məc. Qudurmuş, vəhşi, yırtıcı, amansız, önüalınmaz, sərt, şiddətli.
Azğın küləklərlə gəlib üz-üzə: Gah batdım dənizə, gah çıxdım üzə. H.Cavid.

// İs. mənasında.
Burada at çapdı keçən azğınlar. S.Vurğun.

// Qudurğan, lovğa, təkəbbürlü.
3. Pozğun, namussuz.
[Qohumlar] ataananı namussuz adlandırdılar, qıza azğın dedilər. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AZĞIN 1. AZĞIN, QUDURMUŞ (məc.) Qan içməkdən doymazdı azğın, qudurmuş itlər; Makgini öldürdülər, qorxu yaradır deyə (S
  • AZĞIN qudurmuş — vəhşi — yırtıcı
  • AZĞIN pozğun — namussuz

Antonimlər (əks mənalı sözlər)

  • AZĞIN AZĞIN – MƏDƏNİ Hücum edin dörd yandan; Od vurun azğın kəndə (A.Şaiq); Onlar istəyir ki, biz də qabağa gedək, mədəni xalqlar cərgəsinə çıxaq (M

Etimologiya

  • AZĞIN Vurğun qəlibi üzrə azmaq feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AZGÜCLÜ
AZĞINLAŞMA

Digər lüğətlərdə

авантюристи́чный выделя́ть гадли́во конфитю́р лигрои́н сидери́т трелёвщик шилообра́зный инва́р кали́на многосло́вие обкле́йка обратить в пе́пел побра́нивать уква́шиваться клумба меть dissimilarly ha ha jungle fever lading rattle setting transitorily рисоваться