Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beynimdə qəribəlik (roman)
Beynimdə Qəribəlik — Orxan Pamukun 2014-cü ildə nəşr edilən romanı bu cümlə ilə başlayır: "Boza satıcısı Mövlud Qaradaşın həyatı, macəraları, xəyalları və dostlarının hekayəsidir və 1969–2012-ci illər arasında İstanbul həyatının bir çox insanların gözündən izah edilən bir rəsmidir". == Məzmunu == "Beynimdə qəribəlik vardı, içimdə də nə o zamana, nə o məkana aidlik duyğusu". — William Wordsworth, Prelüd-dən sitat. "Beynimdə qəribəlik" həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı (yalnız bir dəfə toy mərasimində ötəri gördüyü) sevgilisinin İstanbuldakı həyatlarından danışır. İyirmi beş yaşında kəndindən bir qız qaçırdı (yanlış qızı qaçırır); Qəribə bir şey oldu, onun bütün həyatını təyin etdi. İstanbula qayıtdı, evləndi, iki qızı oldu. Mövlud 1969–2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir.
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Qəhbəlik
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas,Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Musa Qəribli
Musa Nasil oğlu Qəribli (25 iyun 1992, Ərəbocağı, Ağdaş rayonu – 30 oktyabr 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. == Həyatı == Musa Nasil oğlu Qəribli 25 iyun 1992-ci il Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib və qayıtdıqdan sonra isə 2014-cü ildə MAXE işləmək qərarına gəlir və MAXE işləyir. == Hərbi xidməti == Əsgər Maxe Musa Qəribli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı başından yaralanır. Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam edib. Uzun müddət müalicədən sonra 30 oktyabr 2016-cı ildə şəhid olur. Oktyabrın 31-i isə Musa Qəribli doğulduğu Ağdaş rayonunun Ərəbocağı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər maxe Qəribli uğrunda şəhid olduğu torpağa tapşırıldı. Musa Qəribli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qəribli (Tovuz)
Qəribli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli məlumata görə, kəndi vaxtilə Qərib adlı şəxs saldığına görə belə adlanmışdır. Əslində, bu tipli oykonimlər başqa yerdən gəlmiş, köç­müş ailələrin məskunlaşması ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahi­lində, Haçaqaya dağının ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Qəribli kənd kitabxana filialı, Qəribli kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Qəribli kənd həkim məntəqəsi yerləşir.
Qəribli bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İslam Qəribli
İslam Eynəli oğlu Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı. == Həyatı == İslam Eynəli oğlu Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, orta təhsilini isə qonşu Şingədulan kənd orta məktəbində tamamlamışdır. 1971-1975- ci illərdə ADPU-nun filologiya fakültəsində oxumuş, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1975 -1979- cu illərdə Biləsuvar rayonunun Əmənkənd kəndində müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış, 1979- 1990-cı illərdə Lerik payonunun Murya, Kaqoy, Molalan kəndlərində müəllim və məktəb direktoru olmuşdur. 1990 – cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunmuş, hazırda həmin İnstitutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması adlı namizədlik, “M. Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında(1905-1920)” adlı doktorluq dissertasiyasının müəllifidir. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. == Kitabları == === Müəllifi olduğu kitablar === İ.Qəribli aşağıdakı kitabların müəllifidir: “Ağçaydan başlanan yol”, Bakı, “Ozan” nəşriyyatı -1997, 72 səh., tirajı 500 (Redaktoru Allahverdi Məmmədli) “Sönməyən ocaq”, Bakı, “Mütərcim” nəşriyyatı -1997, 432 səh., tirajı 1000(Məsləhətçi filologiya elmləri doktoru, prof. Xeyrulla Məmmədov, redaktoru Allahverdi Məmmədli) “Məhəmməd Hadinin “İnsanların tarixi faciəlıəri, yaxud əlvahi-intibah” poeması, Bakı, “Elm” nəşriyyatı-2001, 121 səh., tirajı 500(Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
Şahmar Qəribli
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Aysel Qəribli
Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi. Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim. == Həyatı == Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə “Azərbaycan dili qloballaşan dünyada” adlı kitabı dərc olunub. 2014-2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb. 2015-cil ildə “Azərbaycan təriqət şeirinin leksikası” adlı kitabı nəşr edilib. 2017-ci ildə “XIX əsr təriqət şeirinin lüğət tərkibi” mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.
İsmayıl Qəribli
İsmayıl Cavanşir oğlu Qəribli (10 yanvar 1984, Axaməd, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı. == Həyatı == İsmayıl Qəribli 10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 2005–2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir.2007–2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində məsləhətçi, 2009–2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 oktyabr 2015-ci il tarixli 325–04/S nömrəli sərəncamı ilə İsmayıl Cavanşir oğlu Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2020-ci il tarixli 49-VI FR nömrəli fərmanı ilə İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin edilmişdir.2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin "Hüquq fənləri" kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir. == İctimai-siyasi fəaliyyəti == İsmayıl Qəribli Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin üzvüdür. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış üzvüdür.
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. == Məzmun == Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.
Qəribli bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əqli gerilik
Əqli gerilik (kəmağıllıq, oliqofreniya) — anadangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafı. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. "Əqli gerilik" termini alman psixiatr Emil Krepelin tərəfindən təklif edilmişdir. Bir çox cəhətdən o, müasir əqli gerilik anlayışı ilə sinonimdir. Eyni zamanda, sonuncu anlayış bir qədər daha genişdir, çünki o, yalnız üzvi patologiyanın səbəb olduğu zehni geriliyi deyil, məsələn, sosial və pedaqoji laqeydliyi də əhatə edir və ilk növbədə intellektual inkişaf və sosial uyğunsuzluq dərəcəsinin müəyyən edilməsi əsasında diaqnoz qoyulur. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir (lat. “eniş, tənəzzül, aşağı hərəkət” + kişi “ağıl, ağıl”). Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Bəzi alimlər zehni geriliyi “...müstəqil sosial uyğunlaşma qabiliyyəti olmayan fərd” kimi müəyyən edirlər.