Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DART layihəsi
NASA`nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA`nın DART layihəsi,ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir.DART`ın bu ana qədərki NASA layihələrindən fərqi,asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir.Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7-8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Gemini layihəsi
Gemini layihəsi ABŞ-nin Apollon layihəsinə hazırlıq mərhələsində həyata keçirdiyi əvvəlki bütün rekordları qıran layihədir. Kəsilmiş bir konus şəklində kosmosa buraxılması üçün sifariş verilmiş 12 ədəd vasitə, 2 nəfər üçündür. İlk vasitə Gemini 1 8 aprel 1964-cü ildə buraxılmışdır. Buraxılmış ilk iki vasitə pilotsuz olarkən ABŞ-nin ilk pilotlu kosmik uçuşu Gemini 3 vasitəsi ilə həyata keçirilmişdir (23 mart 1965). Gemini 4-dəki astronavtlardan biri (E.H. White) vasitənin Yer üzünü 3-cü dövrü zamanı kapsuladan çıxdı və kosmosda sərbəst gəzən 2-ci şəxs oldu. Gemini 5 ən yaxın nöqtədən yerə 160 km və ən ucqar nöqtədən 347 km orbitdə olmaqla 190 saat 56 dəqiqə ərzində Yer ətrafında 120 dövr edərək bu sahədə əvvəlki bütün rekordları qırdı. Gemini 6 11 gün əvvəl buraxılan Gemini 7 vasitəsi ilə qarşılaşdı və kosmosdakı ilk görüşü təmin etdi (15 dekabr 1965). Gemini 11 nəqliyyat vasitəsi dünyanı gəzərkən qapısı 172 dəqiqə açıq qoyularaq süni cazibə təcrübəsi aparılmışdır. Son vasitə Gemini 12 11 noyabr 1966-cı ildə buraxıldı və beləliklə Gemini proqramı sona çatdırılmışdır.
Horizon Layihəsi
HORİZON Layihəsi "New Media Consortium" tərəfindən tədris və öyrənmə üçün inkişaf etməkdə olan texnologiyaları planlaşdırmağa yönəlmiş bir təşəbbüsdür. Layihənin məqsədi Dünyanın dörd bir yanında olan tədrisçilərə və müəllimlərə öz təcrübələrini təkmilləşdirməyə peşəkarların tərcrübəsindən yararlanmasına şərait yaratmaqdır."HORİZON-2020" layihəsinin 80 milyard avro fondu var və Avropa Birliyi tərəfindən maliyələşdirilir. == Rəsədxananın əməkdaşı "HORİZON-2020"-nin qaliblərindən biri olub == AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan "HORİZON-2020"-nin qalib layihələrindən biri olub. "HORİZON-2020" çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və s. sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir. C. Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir. Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur.Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hal-hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi, alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunmasına səbəb olacaq. Bu amil elmi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən amildir. Layihənin icrasına 2019-cu ilin yanvarından başlanacaq.
MKUltra layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Manhetten layihəsi
Manhettan layihəsi (ing. Manhattan Project) – Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanadanın iştirakı ilə II Dünya müharibəsi illərində ilk nüvə silahının (atom bombasının) yaradılması məqsədilə həyata keçirilmişdir. Formal adı Manhettan Mühəndisi Zonası (MMZ) olan bu layihə 1942–46-cı illərdə general R. Gruvsun hərbi rəhbərliyi ilə ABŞ Hərbi Mühəndisləri Komandanlığının nəzarəti altında həyata keçirilmişdir. Layihənin elmi-tədqiqat işlərinə amerikalı alim Robert Oppenheymer rəhbərlik etmişdir. Layihə 1945-ci ildə üç nüvə silahının əldə edilməsi və sınaqdan keçirilməsi ilə nəticələnir. İlk sınaq partlayışı 1945-ci il 16 iyul tarixində Yeni Meksika ştatının Triniti şəhəri yaxınlığında plutonium ilə zənginləşdirilmiş bombanın sınaq partlayışı (Üçlük sınağı) ilə həyata keçirilir. Daha sonra avgust ayının 6-sı uranla zənginləşdirilmiş "Little Boy" adlı bomba Yaponiyanın Hiroşima şəhərində, bundan üç gün sonra isə, avgustun 9-u yenidən Yaponiyada, bu dəfə Naqasakidə "Kök" adlı ikinci plutoniumla zənginləşdirilmiş bomba sınaqdan keçirilir. Layihə XX əsrin 30-cu illərində almanların nüvə texnologiyaları sahəsində apardıqları tətqiqatlara cavab olaraq 1939-cu ildə əvvəlcə kiçik bir tətqiqat proqramı şəklində yaranır. Tədricən layihə genişlənir və özündə 130 minlik işçi qüvvəsi toplayır. Layihənin ümumi dəyəri 2 miyard ABŞ dolları olaraq qiymətləndirilirdi (2007-ci ilin istehlakçıların qiymət indeksinə əsasən 23 milyard $).
Merkuri layihəsi
Merkuri Layihəsi — 1958-ci ildən 1963-cü ilə qədər Birləşmiş Ştatların ilk kosmik uçuş proqramı Merkuri olmuşdur. Space Yarışının erkən qeyd edildiyi müddətdə məqsədi bir insanı Yer üzünə qoymaq və Sovet İttifaqı qarşısında ideal bir şəkildə geri qaytarmaq idi. Yeni yaradılmış NASA kosmik agentliyi tərəfindən ABŞ Hava Qüvvələrindən götürülən, iyirmi bərabər inkişafsız uçuş (bəzi heyvanları istifadə edərək) və astronavtların müvəffəqiyyətli uçuşunu həyata keçirdi. Roma mitologiyasından adını alan proqram, inflyasiya üçün 2,2 milyard dollara başa gəldi. Astronavtlar kollektiv olaraq "Merkuri Seven" kimi tanındılar və hər bir kosmik gəmiyə "7" pspase Race, 1957-ci ildə Sovet peykinin Sputniknin 1-nin buraxılması ilə başladı. Bu, Amerika ictimaiyyətinə şok olaraq gəldi və mövcud ABŞ kosmik kəşfiyyat işlərini sürətləndirmək üçün NASA yaradılmasına gətirib çıxardı. Onların çoxunu vətəndaş nəzarəti altında yerləşdirdilər. 1958-ci ildə Exsplorer 1 peykinin müvəffəqiyyətli bir şəkildə başladıktan sonra ekipajlı kosmos uçuşu bir sonrakı hədəf oldu. Sovet İttifaqı ilk insan, kosmonavt Yuri Qaqarinini 12 aprel 1961-ci ildə,Vostok 1-də tək orbitə yerləşdirildi. Qısa bir müddət sonra, ABŞ, 5 mayda, ilk astronavt Alan Şepardı suborbital uçuşa buraxdı.
Monarx layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Montauk layihəsi
Montauk layihəsi (ing. Project Montauk) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihələrindən biridir. == Layihə haqqında qısa məlumat == Montauk şəhəri Nyu-Yorkda yerləşir. Bu layihə 1960-cı illərdən başlamışdır. Layihədə psixoloji silahların hazırlanması, teleportasiya, elektromaqnit sahəsi zamanı vaxt dəyişilmələri öyrənilirdi. Montauk layihəsinin əsasını şəhər parkında quraşdırılmış AN/FPS-35 radarı təşkil edir. == Xarici keçidlər == The Project is widely regarded by mainstream sources as fictional. The Montauk Project and the Philadelphia Experiment. About.com: The Montauk Project.
Qutenberq layihəsi
Qutenberq layihəsi (ing. Project Gutenberg) — elektron universal kitabxananın yaradılması və təbliği üzrə ictimai təşəbbüs. 1971-ci ildə Maykl Ştern Hart tərəfindən əsası qoyulan layihə, dünya ədəbiyyatının istifadəsi sərbəst olan müxtəlif əsərlərinin rəqəmsallaşdırılması və mətn formatında qorunmasını nəzərdə tutur. Mətnlərin əksəriyyəti ingilis dilindədir. Digər dillərdən isə daha çox fransız, alman, fin və niderland dilləri təmsil olunublar. Həmçinin, rus, katalan, sanskrit dillərində də mətnlər var.2014-cü ilin martına ola məlumata görə, Qutenberq layihəsinin kolleksiyasında 45000-dən artıq fayl var. Bu layihədəki bir çox mətnlər LibriVox layihəsi tərəfindən audiokitabların yaradılması üçün istifadə edilir. == Həmçinin bax == Internet Archive == İstinadlar == == Xarici keçidlər == gutenberg.org — Qutenberq layihəsinin rəsmi saytı The CD and DVD Project Arxivləşdirilib 2013-04-30 at the Wayback Machine – Kitabları endir Distributed Proofreaders – a worldwide group of volunteer editors* that is now the main source of eBooks for Project Gutenberg Project Gutenberg News – Official News for Gutenberg.org. Includes the Newsletter Archives, 1989–Present.
Venera layihəsi
Venera layihəsi (ing. The Venus Project) — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədilə qurduğu təşkilat. İnternet saytı vasitəsilə yayımlanan video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəliyə daşımaq məqsədi üçün çalışan, ehtiyat-əsaslı iqtisadiyyata keçməyi, şəhər modellərinin texnoloji baxımdan yenidən qurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və avtomatlaşdırma əhəmiyyətini cəmiyyətə fayda təmin edəcək yöndə artırmağı təklif edən layihədir. == Tarixi == Təşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okiçobi gölü yaxınlığında yerləşən, 85.000 m² sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır. == Ehtiyat əsaslı iqtisadiyyat == Venera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji tərəqqini şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüurlu şəkildə yaradılan yavaşlamanın "mənfəət"dən xilas edildiyində daha çox insan üçün daha çox ehtiyat bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu iqtisadi modelə əsasən, insanların eqoizm, rüşvət və acgözlüyə olan meyli aradan qalxa və onların bir-birinə olan etibarı arta bilər. Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi potensiallarını ortaya qoymaqdan saxlayaraq, cəmiyyəti geriyə aparır. Freskonun bu fikirləri Böyük böhran illərində formalaşmışdır.
Kalmık layihəsi
Kalmık layihəsi — Sovet Rusiyanın Britaniya Hindistanına qəfil hücum planına verilən ad. Sovet Rusiyası lazım olacağı təqdirdə gözlənilmədən Britaniya Hindistanının şimal-qərb sərhədlərinə Tibetdən keçməklə hücum etməyi planlayırdı. Bu layihə Sovet Rusiyasının Böyük Britaniyanı və digər qərb imperialist dövlətlərini cənubi Asiyada problemlər çıxararaq qeyri-sabitlik yaratmaq cəhdlərinin bir parçası idi. Buna cavab olaraq da britaniyalılar Hindistandakı agentlərindən bir qismini Mərkəzi Asiyaya göndərərək bolşeviklərin planlarını öyrənməyə cəhd etmişdilər. Bu agentlərə misal olaraq F. M. Baileyi göstərmək olar. == Haqqında == Sovet Rusiyasının Böyük Britaniyaya və ingilis imperializminə qarşı mübarizədə yararlanmaq istədiyi şeylərdən başlıcası ona qarşı olan hərəkatları dəstəkləmək idi. Sovet Rusiyası düşünürdü ki, qərb imperializminə ziyan vura, Dünya inqilabını reallaşdıra bilmək, onun kapitalist sənayesinin dağılması üçün lazım olan şey bu böyük sənayenin Asiyadakı xammal qaynaqlarını dağıtmaqdır. Bunu isə yalnız Asiya xalqları ya bu imperialist dövlətlərə qarşı ayağa qaldırmaqla, ya da hazırda fəaliyyət göstərən milli hərəkatları dəstəkləməklə etmək mümkün idi. Lenin milli hərəkatlarla əməkdaşlıq edə bilmək üçün problem olan marksist yanaşmada dəyişikliklər etmək üçün çalışmalara başladı və ortodoks marksist tərəfdaşlarının fikrini dəyişdirməyə çalışdı.1919-cu ildə onlar şərqşünas N. Z. Bravinin rəhbərliyi altında diplomatik missiyanı bölgəyə göndərdilər. Bravin orada olarkən Əfqanıstanda dövlət çevrilişi baş verdi və gənc şahzadə Əmənulla xan hakimiyyətə gəldi.
Florida layihəsi
Florida layihəsi (ing. The Florida Project) — 2017-ci il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Şon Beykerdir. Ssenari müəllifləri Beyker və Kris Berqoçdur. Baş rollarda Bria Vinayte, Bruklinn Prins, Villem Defo və başqaları çəkilib. Film Floridanın Kissimmi şəhərindəki moteldə anası ilə birlikdə yaşayan altı yaşlı balaca qızın yay macəralarından bəhs edir. == İstinadlar == == Xarici keçidlər == The Florida Project — Internet Movie Database saytında.
A 119 Layihəsi
A 119 Layihəsi planı 1950-ci illərin sonu ABŞ hökuməti tərəfindən hazırlamışdır və ABŞ-nin ən gizli planlarından biri idi. Xoşbəxtlikdən bu planı yerinə yetirmək mümkün olmamışdır. Plana görə Ay məhv edilməli idi.
Bakir torpaqlar layihəsi
Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir. == Mahiyyəti == Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir. == Həyata keçirilməsi == Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı. 300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular. == İlk məhsul == İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı.
Bakır torpaqlar layihəsi

Enigma (musiqi layihəsi)
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. == Diskoqrafiya == 1990: MCMXC a.D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
MK Ultra layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Mars One layihəsi
Mars One – Marsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-ci ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-ci ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard't Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur. Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular. == Mars haqqında == "Qırmızı planet Mars", Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir.
İnsan genomu layihəsi
İnsan genomu layihəsi (ing. The Human Genome Project) — 1990-ci ildən başlanmış, 2000-ci ildə isə genomun ilkin strukturu, 2003-cü ildə isə genom tam təyin edilmişdir. Lakin buna baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi bitməmişdir. Əsasən analizlər ABŞ, Kanada və Böyük Britaniyanın universitetlərində və tədqiqat mərkəzlərində yerinə yetirilmişdi. Genomun tərkibindəki aminoturşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.
May islahat layihəsi
May islahat layihəsi — Avropa dövlətləri tərəfindən təklif edilən, Osmanlı imperiyasında yaşayan ermənilər haqqında 11 may 1895-ci il tarixli islahatlar toplusu. Layihədə ermənilərin yaşadığı altı vilayətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, ictimai həyatın inkişafı, istehsalın və iqtisadiyyatın tənzimlənməsi, habelə xristianların kürd tayfa başçılarının özbaşınalığından qorunması nəzərdə tutulurdu. Layihə 1895-ci ilin oktyabrında imzalanmış və Sultan II Əbdülhəmidə təqdim edilmişdir. Bu layihə heç vaxt həyata keçirilməmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hovannisian, Richard G. The Republic of Armenia: The first year, 1918–1919. Vol 1. Berkeley: University of California Press. 1971. Nalbandian, Louise. The Armenian revolutionary movement; the development of Armenian political parties through the nineteenth century.
Mavi kitab layihəsi
Mavi Kitab Layihəsi 1952-ci ilin martından 1969-cu ilin dekabr ayına qədər Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən uçan naməlum obyektlərin sistematik tədqiqi ilə məşğul olurdu. Qərargahı Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri bazasında yerləşən layihə əvvəlcə kapitan Edvard J. Ruppelt tərəfindən idarə olunurdu. Mavi Kitab layihəsinin iki məqsədi var idi, UNO-ların milli təhlükəsizliyə təhdid olub-olmadığını müəyyən etmək və UNO ilə bağlı məlumatları elmi cəhətdən təhlil etmək . Minlərlə UNO hesabatı toplandı, təhlil edildi və təqdim edildi. UNO-ların tədqiqinin böyük elmi kəşflər verməyəcəyi qənaətinə gələn Condon Report və Milli Elmlər Akademiyasının hesabata baxışı nəticəsində Mavi Kitab layihəsi 1969-cu ildə dayandırıldı. Layihə başa çatdıqda, o, 12,618 UNO hesabatı toplandı və belə nəticəyə gəldilər ki, onların əksəriyyəti təbiət hadisələrinin ( buludlar, ulduzlar və s.) və ya adi təyyarələrin səhv identifikasiyasıdır. Milli Kəşfiyyat İdarəsinin məlumatına görə, bir sıra xəbərlər keçmiş məxfi kəşfiyyat təyyarələri U-2 və A-12- nin uçuşları ilə izah edilə bilər. 701 hesabat hətta ciddi təhlildən sonra izah olunmayan kimi təsnif edildi. UNO hesabatları arxivləşdirilib və İnformasiya Azadlığı Qanununa əsasən mövcuddur, lakin bütün şahidlərin adları və digər şəxsi məlumatları redaktə edilib. == Konqresin dinləmələri == 1966-cı ildə Massaçusets və Nyu-Hempşirdə bir sıra UNO müşahidələri Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi tərəfindən Konqresdə dinləmələrə səbəb oldu.
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi ― 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihə. Hazırda "Peşə Təhsili üzrə Dövlət Agentliyi"-nin nəzdində fəaliyyət göstərir. == Məqsəd == X–XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. == İstiqamətlər == "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı.Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir.Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
Yüz İllik Kosmos Uçuşu layihəsi
Yüz İllik Kosmos Uçuşu layihəsi (ing. 100 Year Starship və ya qısaca ing. 100YSS) — NASA və Pentaqonun DARPA adlı qurumunun insanları Yer kürəsindən kənardakı planetlərə yerləşdirmək strategiyasının həyata keçirilməsi layihəsi Layihənin əsasında insanları yad planetlərə aparıb, orada buraxmaq durur. Yəni insanların geri qaytarılması mümkün olmayacaq. İnsan yerləşdirilməsi nəzərdə tutulan ilk planet Marsdır. 2010-cu ildə bu layihə ictimaiyyətə təqdim olunan zaman NASA İdarə Heyətinin üzvü Simon Vorden deyib ki, layihə qarşıdakı 20 ildə həyata keçiriləcək: “2030-cu ildə Marsda olacağımızı düşünürəm”. 2010-cu ilin oktyabr ayına qədər qədər NASA bu layihəyə 100 min dollar, Pentaqon 1 milyon dollar ayırıb. Layihə haqqında detallı məlumat verilmir. == Mənbə == Yad planetlərə insan aparılacaq Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur.Azərbaycanda blok olunub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi