Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. == Pəhrizlə müalicə == Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dardıq Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sadıqlı
Sadıqlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Sadıqlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Məmmədhəsən Sadıqlı
Məmmədhəsən Meydan oğlu Sadıqlı (21 fevral 1992, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.1998-ci il şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib. 2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər görsətdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub. Sonrakı təyinatı isə Vayxır olub, Burdakı xidməti ərzində 2018-ci ildə Türkiyədə "Komando Temel Kursu"-nu Azərbaycan üzrə başarı və 1-ciliklə bitirmiş, daha sonra 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub. Hərbidə dəfələrlə "Yunan-Roma güləş" yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib. 2020-ci il sentyabrın 27-də başlamış "Vətən Müharibəsi"-ndə şəhid olmuş dostlarının və silahdaşlarının intiqamını almaq, həm də döyüşdəki silahdaşlarını tək qoymamaq vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətinə yola düşür.
Orxan Sadıqlı
Orxan Sadıqlı — Azərbaycan Region Liqası təmsilçilərindən olan Xan Lənkəran klubunda qapıçı kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur.
Sadıqlı (Ağstafa)
Sadıqlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla Sadıqlı kəndi arasında sadəcə bir arx var. Kənddən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var. Üzü gündoğana dayananda sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir. Kəndin cənubunda "Qarayazı" meşəsi yerləşir. Şimalda dörd kilometrliyindən keçən dəmir yolu Sadıqlı kəndi və Azərbaycanı dünya ilə birləşdirir. == Tarixi == Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli.
Sadıqlı (Tovuz)
Sadıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd mənşəcə Qazax mahalından olan sadıqlı nəslinin Xınna dərəsində kənd təsərrüfatı üçün əlverişsiz bir yerdə məskunlaşması nəticəsində yaran­mışdır. Kəndin adı yerli əhalinin dilində Sadıxlı kimi tələffüz edilir. Gürcüstanın Marneuli rayonunda Sadaxlı adlı yaşayış məntə­qəsi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində, dağətəyi düzən­likdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Sadıqlı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İbrahim Sadıqlı
İbrahim Şahin oğlu Sadıqlı (28 iyun 1993, Bakı – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrahim Sadıqlı 1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub. == Hərbi xidməti == İbrahim Sadıqlı 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == 2021-ci ildə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda küçələrin birinə İbrahim Sadıqlının adı verilmişdir.
Yadigar Sadıqlı
Yadigar Sadıqlı (d. 29 sentyabr 1968; Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı ictimai-siyasi xadim. == Həyatı == Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb. == Fəaliyyəti == 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004-2011-ci illərdə Müsavat Partiyası Lənkəran şəhər Təşkilatının sədri olub. 2011-2014-cü illərdə Müsavat Partiyasında başqan müşaviri, 2014-2018-ci illərdə başqan müavini vəzifələrini tutub. 2014-2019-cu illərdə Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Yadigar Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)" adlı kitabı çıxıb. 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.
Arıqlı (Sisyan)
Arıqlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sarılı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Çarıqlı milyonçu (film, 1983)
Çarıqlı milyonçu- 1983-cü il istehsalı komediya janrında film. Filmin rejissoru Qartal Tibet, ssenaristi isə İhsan Yücedir. Filmin baş rolunda Kamal Sunal və Nəcla Nazır ifa edir.
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı == Təbii yayılması == Avropada,Asiyada,Şimali Amerikada bitir. == Botaniki təsviri == Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. == Ekologiyası == Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. == İstifadəsi == Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. == İstinadlar == Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.