Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qorxu və tənbeh olmadan (film, 1962)
Qorxu və tənbeh olmadan (rus. Без страха и упрёка) — uşaqlar üçün kino. == Sujet xətti == Moskvalı məktəbliləri — oğlanlar Vadik (Viktor Qlazkov), Yura (Nikolay Burlyayev) və qız Toşa (Alla Vitruk) küçədə böyük məbləğdə pul tapırlar. Bu pul ekspedisiya üçün lazımi texnika almaq məqsədi ilə paytaxta birgünlük ezamiyyətə gəlmiş, lakin böyük şəhərdəki qələbəlikdə çaşlb-qalmış bir nəfər tərəfindən itirilib. Məktəbli üşaqlar qərara gəlirlər ki, həmin naməlum şəxsi tapıb, pulu ona qaytarsınlar. Beləliklə, uşaqların sərgüzəştləri başlayır. Nəcib niyyətə qulluq etmək istəyən uşaqlar, nəyə görəsə, bunun əvəzinə pulun çox hissəsini xərcləyirlər. Onlar valideynlərə, müəllimlərə qarşı kobudluq edir, evdə yalan danışırlar, şampan şərabı içirlər.
Qənbərli
Qənbərli — soyad. Qənbər Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Taleh Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elton Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehdi Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əli Qənbərli — Azərbaycanın maarif xadimi. Digər Qənbərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Elton Qənbərli
Elton Baba oğlu Qənbərli (1 fevral 1997; Şərur rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elton Qənbərli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elton Qənbərli oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mehdi Qənbərli
Qənbərli Mehdi Sübhi oğlu (27 avqust 2001, Osakücə, Lənkəran rayonu – 3 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin Şəhidi. == Həyatı == 27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur. 2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür. İkinci Qarabağ müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Mehdi Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qənbər Qənbərli
Qənbər Bəhruz oğlu Qənbərli (10 sentyabr 1993; Tərtər rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəli idi, bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Qənbər Qənbərli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Qənbər Qənbərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qənbərli (Germi)
Qənbərli (fars. قنبرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (42 ailə).
Rəşad Qənbərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Taleh Qənbərli
Taleh Abil oğlu Qənbərli (17 oktyabr 1994; İsmayıllı rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Qənbərli 1994-cü il oktyabrın 17-də İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Qənbərli noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Qənbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Taleh Qənbərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Qənbərli
Vüsal İlkin oğlu Qənbərli (d. 30 mart 1995; Günəşli, Biləsuvar – ö. 20 dekabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb. == İkinci Qarabağ Müharibəsində iştirakı == Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Əli Qənbərli
Əli Qənbərli (tam adı: Qənbəri Əli Həsənəli oğlu; 5 fevral 1907, Ordubad, Naxçıvan qəzası – 26 avqust 1987, Ordubad) — Azərbaycanın maarif xadimi, əməkdar müəllim. == Həyatı == Qənbəri Əli Həsənəli oğlu 5 fevral 1907-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. === Vəfatı === 26 avqust 1987-ci ildə Ordubad şəhərində vəfat edib. === Təhsili === 1928-ci ildə Naxçıvan Müəllimlər Seminariyasını bitirib. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) bilologiya fakültəsində təhsil alıb. == Fəaliyyəti == == Pedaqoji fəaliyyəti == Ömrünün yarım əsrdən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Ordubad məktəblərində müəllim, direktor, Ordubad pedaqoji məktəbinin dərs hissə müdiri və direktoru (1939–1943), rayon xalq maarif şöbəsinin müdiri (1936–37; 1954–57) vəzifələrində işləmişdir. == Təltif və mükafatları == SSRİ — 1943-cü ildən Azərbaycan SSRİ əməkdar müəllimi SSRİ — "Şərəf" ordeni SSRİ— Respublika əhəmiyyətli fərdi pensiyaçı olub == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Hənbəli məzhəbi
Hənbəli məzhəbi — İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. == Yaranması == Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. == Tarixi == 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. == Xarici görünüş == Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Vüsal Qənbərli (şəhid)
Vüsal İlkin oğlu Qənbərli (d. 30 mart 1995; Günəşli, Biləsuvar – ö. 20 dekabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb. == İkinci Qarabağ Müharibəsində iştirakı == Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Açıq mənbəli proqram
Açıq mənbəli proqram təminatı — müəllif hüquqları sahibinin istifadəçilərə proqram təminatını və onun mənbə kodunu hər kəsə və istənilən məqsədlə istifadə etmək, öyrənmək, dəyişdirmək və yaymaq hüququnu verdiyi lisenziya əsasında buraxılan kompüter proqramı. Açıq mənbəli proqram təminatı birgə, ictimai şəkildə hazırlana bilər. Açıq mənbəli proqram təminatı açıq əməkdaşlığın bariz nümunəsidir, yəni istənilən istifadəçi orda onlayn iştirak edə bilər və bu da mümkün töhfə verə biləcək istifadəçilərin sayını sonsuz edir. Kodu yoxlaya bilmək imkanı ictimai etimadı asanlaşdırır. Açıq mənbəli proqram təminatının tərtibatı bir şirkətin perspektivlərindən kənar müxtəlif perspektivlər gətirə bilər. Standish Group-un 2008-ci il hesabatında açıq mənbəli proqram modellərinin istifadəsinin istehlakçılar üçün ildə təxminən 60 milyard dollar qənaətlə nəticələndiyini bildirir. Açıq mənbəli kod öyrənmək üçün istifadə oluna bilər və bacarıqlı son istifadəçilərə proqram təminatını öz şəxsi ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Nəticədə oxşar istəklərə sahib olan istifadəçilər öz modifikasiyalarını fork kimi dərc edir və ya mümkün təkmilləşdirmələri birbaşa "pull request" kimi təqdim edir. == Tarixi == 1950-ci və 1960-cı illərdə hesablamanın ilk günlərində proqramçılar və tərtibatçılar bir-birindən öyrənmək və hesablama sahəsini inkişaf etdirmək üçün proqram təminatını bir-birləri ilə paylaşırdılar. Məsələn, Unix istifadəçilər üçün əməliyyat sisteminin mənbə kodunu ehtiva edirdi.
Açıq mənbəli proqram təminatı

Şəhid Qənbərli Mehdi (baş əsgər)
Qənbərli Mehdi Sübhi oğlu (27 avqust 2001, Osakücə, Lənkəran rayonu – 3 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin Şəhidi. == Həyatı == 27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur. 2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür. İkinci Qarabağ müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Mehdi Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad)
Qışlaq-i Qənbərli-i Ülya (fars. قشلاق قنبرلوي عليا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (20 ailə).